reklam
USD
11 ℃
EUR
BAKI

Seyid Füğara Ağa

MÜSAHİBƏ / 18.01.2018 11:50
Seyid Füğara Hacı seyid Manaf ağanın oğlu Məşədi Əli ağanın oğludur.
O, 1909-cu ildə Ağdam rayonunun Suma kəndində anadan olub. Bir oğlu, dörd qızı, 9 nəvəsi var.
Qızları seyid Pəri Tərtərdə, seyid Səkinə, seyid Mina, seyid Balış və yeganə oğlu SEYİD İSA isə Bərdədə məskunlaşıblar.
Hacı seyid Manaf ağanın nəvələrı içində seyid Füğara öz həlim-təbiəti ilə seçilərdi. Ona görə də el araslında ona, "Füğara peyğəmbər” deyərdilər. Danışırlar ki, Məşədi seyid Əli ağanın həyat yoldaşı hamilə olarkən Hacı seyid Manaf ağa onun yuxusuna girir. Nəvəsi olacağını və adını Füğara qoyduğunu nəfəsini ona verəcəyini bildirib.
Əkbər Rüstəmov:
- Ağdamı ələ keçirən ermənilər respublikamızdakı, ordudakı hərc-mərclikdən istifadə edib, aşağılara enərək, ətraf kəndləri bir-bir işğal edirdilər.
1993-cü il dekabr ayının axırları idi. Erməni hərbi birləşmələri Seysulan, Qırmızıkənd və Salahlı istiqamətlərindən Qərvənd, Güllücə kəndlərini işğal etmək üçün hücumlarını davam etdirirdilər. Lakin onlara yerli özünümüdafiə batalyonları, milli ordunun qüvvələri layiqi cavab verib geri oturdurdular.
Yanvar ayının biri idi. Gecə erməni birləşmələri Suma istiqamətində yenidən hücuma keçdilər. Hərbi hissələrimiz geri çəkilməyə məcbur oldular. Gecə kəndə kəşfiyyat dəstəsi göndərildi. Xəbər gəldi ki kənddə ermənilər yoxdur. Səhər açıldı. Gördük ki, Füğara babanın ocağı tərəfdə, şumluqda ermənilərin bir zirehli texnikası qalıb. Səhər gedib o texnikanı götürdük. Əlbəttə, tankın adi bir şumluqda batıb qalması möcüzə idi. Sonralar əsir götürdüyümüz bir erməni yaraqlısı danışırdı ki, onlar ocağa çathaçatda elə bil möcüzə baş verdi. Müasir, təzə texnika adicə şumluqda ilişib qaldı. Yoxsa elə o gecə Güllücə kəndi işğal olunacaqdı. Təsadüfi deyildi ki, 1994-cü il aprelin axırlarında ermənilər Güllücəyə növbəti hücumu tamamilə başqa səmtdən - İlıxçılar tərəfdən həyata keçirdilər və kəndi işğal etdilər.
Sözün qüvvəti:
1984-cü il idi. Seyid Füğaranın rəhmətə getməsinin ili idi. Qarabağın bütün bölgələrində ağanın yas yerinə minlərlə adam gəlmişdi. Yas məclisində seyid Füğaranın əmisi oğlu seyid Məhəmməd necə ah-nalə çəkdisə, necə ağladısa, camaat məəttəl qaldı. Bir nəfər ağsaqqal onu kiritmək istədi. Seyid Məhəmməd göz yaşlarını silib, "Mən seyid Füğaranı ağlamıram, bu gecə ağa yuxuma girərək mənə dedi ki, bir neçə ildən sonra Qarabağda çoxlu qırğın görsənir, çoxlu adam həlak olacaq. Mən ona ağlayıram”, -dedi.
Xatırladaq ki, seyid Məhəmməd o sözləri deyəndə nə Qorbaçov hakimiyyətə gəlmişdi, nə də ki, ermənilərlə düşmənçiliyimiz vardı. O vaxt buna çoxları inanmırdı. Lakin seyid Füğaranın xəbərdarlığı sonralar həqiqətə çevrildi.
Hə, Füğara baba, ocağına kafirlər də şəkk gətirməmişdilər. Sən ululuğunu, ağırlığını bir daha kafirlərə göstərdin. Amma nə fayda... Vətən xainləri milləti çöllərə saldılar. Onlarda isə nə torpaq qeyrəti, nə də Allah qorxusu var.
Görüm cəddin onlara qənim olsun, ağa!
Haşiyə: Füğara babanın Suma kəndində, Xaçın çayının üstündəki ocağı yaxın-uzaq ellərin inam yeri, güman yeri idi. Dərdə, xəstəliyə düçar olanlar ona pənah gətirərdilər. Qonaqlı-qaralı olardı ocağı. Nəzirimiz oldu-olmadı, həmişə ziyarətinə gedərdik. Bir dəfə yenə də atamla ocağına getmişdik. Elə təzəcə çatmışdıq ki, bir ilan sürünə-sürünə ocağı dolanıb, babamın ayağı altında yalmanmağa başladı. Babam "görüm səni lənətə gələsən, yenə də kimi çalmısan”, -dedi. Heç yadımdan çıxmaz, ilan insan kimi dil çıxarıb sanki yalvarırdı. Sonra yenə də ocağın başına dolanıb getdi.
Bir azdan ocağa traktorda bir kişi gətirdilər, dedilər ki, ot çalanda ilan vurub. Seyid Füğara suçlu adamlar kimi başını aşağı salmışdı. Dədəmə yavaşca dedi ki, bu kişini bayaqkı ilan çalıb, artıq gecdir. İlan özünü ondan tez ocağa yetirib.
Hacı seyid Manafın nəslindən olanlardan daha bir nəfərə - onun kötücəsi seyid Həbibə də hələ ana bətnində olarkən anasının müharibədə itkin düşən əmisi tərəfindən, qeybdən ad verilib.
Həbib Məmmədov, Daxili İşlər İdarəsi Mərkəzi Hospitalın qəbul şöbəsinin rəisi, daxili xidmət kapitanı:
- Babam sağlam, nurlu adam idi. Ömrünün əsas hissəsini ocağında keçirər, gecə-gündüz Allaha dua oxuyardı. Onun nəfəsi sayəsində neçə xəstə şəfa tapıb, neçə qan yatırdıb, neçə-neçə ailə dağılmaqdan qurtarıb. Mən hələ o vaxt uşaq idim, amma yaxşı yadımdadı ki, keçmiş SSRİ-nin müxtəlif yerlərindən, respublikamızdan ocağımıza ziyarətə gələrdilər.
1976-77-ci illər idi. Səhər gördüm ki, bir neçə nəfər çeçen ocağa gəlib. Sən demə, onlar niyyət tutublar, gecə yuxularına babam, bizim ocaq girib. Niyyətləri qəbul olduqdan sonra axtara-axtara gəlib babamın ocağını tapıblar.
1974-cü ildə, sonralar baş nazir işləmiş Feyruz Mustafayev və onunla Xuraman Abbasova, Səyyaf Verdiyev ocağımıza gələrək ağanın oğlu seyid İsaya təzə, növbədənkənar "Jiquli” markalı maşın bağışlamışdılar.
Belə faktlar yüzlərcədir. Niyyət tutub babamın ocağına pənah gətirənlərin heç biri naümid geri qayıtmayıb.
Əli Həsənov:
İmam Əli ə. s. rəhmətə getməmişdən əvvəl oğlu Həsənə vəsiyyət edir ki, səbrli olsun, heç vaxt tamahkar, nəfsinin qulu olmasın. O, Həsənə nəfsinə cihad elan etməyi tapşırmışdı. Çünki bilirdi ki, nəfs insana yaraşmayan bir keyfiyyətdir. Şəriətdə yazılıb ki, elmi, mərifəti olmayan adama Vətən də qürbətdir, mənən varlı, nəfssiz insana isə qürbət də Vətəndir. Peyğəmbər (ə. s.) nəslinin davamçıları kimi tanıdığımız seyidlər də həmişə əməli-saleh insanlar olublar, xeyirxah işlər görüblər, gənclərimizi düzgün yola istiqamətləndiriblər. Ağdamın seyidləri saflığı, təmizliyi, uzaqgörənliyi ilə təkcə Ağdamda yox, bütün Azərbaycanda sayılıb-seçilən ağsaqqallarımızdan olublar. Bu gün də onların adını tutub, niyyət edənlərin arzuları çin olur. Nə yaxşı ki, elə insanlardan xali olmamışıq, nə yaxşı ki, qədirbilən xalqımız onları xatırlayır, onlara olan inancları qoruyub saxlayır.
Hacı Məzlum Musayev, Eyvazxanbəyli kənd sakini:
Ağdam rayonunda məşhur molla Hüseyn mənim qaynatamdır. Ona görə də uzun bir müddət ərzində din xadimləri, ağır nəfəsli seyidlərimizlə sıx əlaqəm olub. Respublikamız müstəqil olandan sonra Məkkədə, Kərbəlada, Məşhəddə ziyarətdə olmuşam. O müqəddəs yerlərdə namaz qılmış, torpaqlarımızın qayıtması üçün Allah-təalaya dualar etmişəm. Biz ziyarətə avtobusla getmişdik. Bu da imkan verdi ki, biz o müqəddəs məkanla daha yaxından tanış olaq və namaz qıla bilək. Mehdi Əz-Zamanın beş metr dərinlikdə olan məscidində də namaz qılıb niyyət diləmişəm.
Həzrət Əlinin quyusundan götürdüyüm sudan hələ də saxlamışam. Möcüzə odur ki, o su uzun müddət keçsə də hələ də öz keyfiyyətini itirməyib.
Demək olar ki, Qarabağın əksər seyidlərini tanıyıram. Seyid Lazım ağa, seyid Füğara ağa ilə yaxın münasibətlərim olub. Həyat yoldaşım Səmayə xanımın nəsil-nəcabətində də görkəmli din xadimləri çox olub. Hətta Gövhər ağa onun babasına Ağdamın Xaçın çayı boyunca, məscidə məxsus ərazisini onun babası molla Abbasəliyə mütah etmişdi. Mən Tağıbəylidən seyid Məhəmməd ağanın babası Mirzad ağanın qeybə çəkildiyinin, qəbrim Savalan dağında olacaq, deməsini eşitmişəm.
Ümumiyyətlə, seyidlərimiz həmişə öz pak əməlləri, əqidələri ilə başqalarından seçilmiş, xalqın iman, güman yeri olmuşlar. Gün o gün olsun ki, yağı düşmən torpaqlarımızdan çəkilib getsin, biz də onların uyuduqları müqəddəs torpaqlarımızı asudə ziyarət edə bilək.
Allah-təaladan bircə arzum var. Rəhmətə gedəndə də o torpaqlarda dəfn olunaq.
Qəhrəman Rəhimov:
Həmişə əlində çəlik olardı. Qabağına çıxanı çəlikləyərdi. Elə ləzzətlə, ürəklə çəliklərdi ki, bərk vursa da heç kəs ağrımazdı. Pulun nə olduğunu, qədərini bilməzdi. Qabağına keçənə pul paylayardı. Hələ indinin özündə də onun verdiyi 10-luq. 5-lik, 3-lükləri saxlayan yüzlərlə adam tanıyıram. Onun verdiyi hər manat bərəkət gətirərdi.
Səfərə çıxanlar, iş dalınca gedənlər gedib onunla hal-əhval tutar, ocağını ziyarət edərdilər.
Seyid Füğaranın sifəti o qədər nurlu işıqlı idi ki, üzündən həmişə təbəssüm, xeyirxahlıq, saflıq yağardı. Lap uşaq kimi idi, sülh adamı idi. Seyid Füğara ömrünün son ayları adətinin əksinə olaraq tez-tez camaat içinə çıxar, görüşərdi. Sanki ömrünün az qaldığını hiss etmişdi. Rəhmətə gedəndə də heç kəsə əziyyət vermədi. İkicə günə ömrünü bəndələrinə tapşırdı.
Allah ona qəni-qəni rəhmət eləsin!
Ələkbər Əhmədov, Suma kənd sakini:
Özümü tanıyandan seyid Füğaranın ocağını, möcüzələrini görmüşəm. Lap kiçik yaşlarımızda kənd uşaqları ilə birlikdə onun qoyun-quzusunu otarardıq.
Bir dəfə yayın qızmar çağı idi. Gördük ki, bir ilan seyid Füğara babanın çiynindən sallanıb. İstədik öldürək, qoymadı, dedi, dəyməyin, özü gedəcək. İlan babamın əlini yalayıb getdi.
Hələ lap qədimlərdə Füğara babamın ocağına "Maral gələn ocaq” deyərdilər. Danışırlar ki, keçmiş zamanlarda hər tərəfdən bu ocağa marallar da gələrmiş.
Seyid Füğara babamın möcüzələri, xasiyyətindəki qəribəliklər çox olub. Heyvanlardan pişiyi çox sevər, həmişə də gülərdi. Qarğış nədi, bilməzdi. Onun sayəsində çox adamlar xoşbəxt olub, ağ günə çıxıblar.
Mirzalı Behbudov, Xındırıstan kənd sakini:
Bir dəfə avtobusla Bərdədən gəlirdik. Sürücü bir az çətin adam idi. Hər xırda şeyə deyinirdi. Füğara baba da maşında idi. Xaçın çayının üstündəki körpünün yanında Füğara baba sürücüdən maşını saxlamağı xahiş etdi. Sürücü danışa-danışa saxladı. Füğara baba pul vermədən düşüb getdi. Sürücü onu tanımadığından, yenə də deyin-məyə başladı. Camaat dedi ki, a bala, bu seyid Füğaradır, heç kəs ondan pul istəmir, niyə deyinirsən. Sürücü hirslə maşını işə salmaq istədi. Amma nə qədər əlləşdisə, bir şey alınmadı. Xeyli əlləşdi, camaatın töhmətini eşidəndən sonra səhv etdiyini anladı. Düşüb Füğara babanın dalınca yüyürdü, boynunu qucaqladı, maşına gətirdi. Ağa maşına minən kimi maşın heç nə olmamış kimi işə düşdü.
Elşad Vəli oğlu Məmmədov, Qərvənd kənd sakini:
80-cı illər idi. Bakıda işləyirdim. İş yerimdən mənə "Jiquli” markalı maşın vermişdilər. Sevincimin həddi-hüdudu yox idi. Valideynlərimi sevindirmək üçün kəndə getdim. Kənddə atam rəhmətlik məni də götürüb Füğara babamın ocağına apardı. Ağanı ziyarət etdik, bizə xeyir-dua verdi.
Səhər o başdan Bakıya çıxdım. Əmim oğlu Məmməd də yanımda idi. Uzaqdan sürətlə bir maşın düz üstümüzə gəlirdi.
Qəflətən necə oldusa, yolun lap o tayı ilə gedən maşın üstümüzə sürdü. Mən maşını hansısa ilahi qüvvənin gücü ilə kənara çəkə bildim.
Necə sağ qaldıq, möcüzə idi. Maşına da heç nə olmamışdı.
Allah seyid Füğara babaya rəhmət eləsin! AMİN!




Oxunub: 8396






SON XƏBƏRLƏR

2024-03-27

01:29 TƏDBIR KEÇİRİLMİŞDİR

Product image

00:24 “Global Times” qəzeti Azərbaycan-Çin münasibətlərini “Dostluğun qızıl standartı” hesab edir

Product image

00:19 Müdafiə Nazirliyi: Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin tərk etdiyi növbəti dayaq məntəqəsi aşkarlanıb

Product image

00:01 Moldova nümayəndə heyəti AŞPA-ya Azərbaycanla bağlı çağırış ünvanlayıb

Product image

2024-03-19

01:06 Bakıda Yeni Hava Limanı Tikilir

Product image

00:47 Bir çox iş axtaran üçün yeni ümid yeri - İşəgötürənlər öz vakansiyalarını gizlədə bilməyəcəklər

Product image

00:44 Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər VİDEO

Product image

00:35 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Özbəkistan Prezidentinin köməkçisi Saida Mirziyoyeva

Product image

00:25 Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adı verilib VİDEO

Product image

00:20 Bu gün Torpaq çərşənbəsidir

Product image

2024-03-13

23:37 Prezident İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunu qəbul edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

23:16 "Qarabağ"-"Bayer" oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-3

Product image

22:30 "Qarabağ" möhtəşəm qələbəyə görə futbolçularını MÜKAFATLANDIRDI - Hər oyunçuya...

Product image

23:40 Messi və Ronaldo: Son 20 ilin ən dəyərlisi kim olub?

Product image
Təqvim