QIŞ NAĞILI Məryəm ƏLİYEVA
CANLI TV / 04.01.2026 03:30
QIŞ NAĞILI
Biri var idi, biri yox idi. uzaq kəndlərin birində Geda, Femina, Düyməciy, Zoluşka, Ələddin, Maşa, Qırmızı Papaq, Ağca Pəri öz yeddi cırtdanı ilə birlikdə adında bir – birlərinə çox sadiq, gözəl dostlar var idi . Bu dostların bəziləri çox sakit, bəziləri isə şıltaq idilər. Amma bütün bunlara baxmayaraq dostlar bir –birlərini çox, lap çox istəyirdilər. Onlar bu qədər bir – birlərini çox istədikləri üçün hər zaman bir yerdə oynayırdılar, biri çətinə, dara düşəndə dostlar tez kömək edib onu çətinlikdən, dardan qurtarardılar. Bir gün dostlar eşitdilər ki, kəndə sehirbaz gəlib.
Bu xəbəri eşidən dostlar çox, lap çox sevindilər Bu balaca dostlar yenə də bir yerə yığışıb seirbazın görüşünə getdilər. Burda çoxlu uşaqlar var idi, hər kəs sehirbazın gəlişini səbirsizliklə gözləyirdi. Sehirbaz gəldi. Onun gəlişinə balaca uşaqlar o qədər sevindilər ki, hətta sevinlərindən atılıb – düşürdüər də. Sehirbaz : Salam uşaqlar. Uşaqlar: Salam Sehirbaz, deyərək onu alqışladılar və onu əhatəyə aldılar. Hamı çox maraqlanırdı ki, görsünlər sehirbaz hansı sehiri göstərəək. Sehirbaz əlindəki güzgünü uşaqlara göstərib onun sehirli olduğunu uşaqlara söylədi və onun toxxunulmaz olmasını uşaqlara başa saldıqdan sonra həmin güzgü ilə müxtəlif sehirbazlıq edərək uşaqları əyləndirməyə başladı. Bütün uşaqlar təəccüblə sehirbaza baxırdılar.
Gözəl Gerda isə nəyin bahasına olursa olsun, sehirli güzünü əlinə alıb ona baxmaq istəyirdi.O, istəyirdi ki, görsün sehirli güzgü neə olur, ona baxanda insan necə görünür? Gerda bunları düşünə - düşünə güzgünü ələ keçirmək üçün yollar axtarırdı. Bunu anlayan dostları Gerdaya yaxınlaşıb onu bu yoldan uzaqlaşdırmaq istədilər. Düyməik: Gerda güzgüyə yaxın getmə, ona əl uzatma, ona toxunmaq olmaz.- deyərək Gerdanı ordan uzaqlaşdırmaq istədi. Amma Gerda rəfiqəsinin sözünə qulaq asmadı. Yenə də sehirbazın ətrafında gəzib güzgünü götürməlk istəyirdi. Bu zaman Qırmızıpapaq yaxınlaşıb Gerdanın əlindən yapışmağa cəhd edirdi ki, onu güzgüdən uzaqlaşdırsın, Gerda bu rəfiqəsinin də sözünü dinləməyib ondan kənarlaşdı. Sehirbaz isə uşaqların maraqla baxdıqlarını gördükcə, alqışlarını eşitdikcə daha maraqlı sehirbazlıqlar edirdi. Hamının başı bu sehirli səhnələrə qarışmşdı ki, birdən Gerda əlini uzadıb sehirbazın atıb tutduğu güzgünü əlindən almaq istədi. Əlini uzatmışdı ki, güzgünü tutsun , güzgü əlindən sürüşüb yerə düşdü və xırda – xırda çiliklərə bölünündü.Bu güzgü parçasının biri gəlib Gerdanın gözünə düşdü. Birdən Gerda var gücü ilə qışqırdı: "Vay gözümə nəsə düşdü?” Gerda birdən yoxa çıxdı.
Sehirli güzgünün xırdalanmış parçası Gerdanı gətirib buzlaşmış bir saraya çıxartdı. Gerda bu sarayda Qar kraliçası oldu Saray buzlarla əhatə olnmuşdu. Buranın insanları da buz kimi sərt idilər. Hər kəs Gerdaya Kraliça kimi təzim edir, onun əmirlərini dərhal yerinə yetirməkçün cani – dildən çalışırdı. Bu güzgü parçası isə gözəlürəkli, yaxşıdan da yaxşı Gerdanı tamamilə dəyişib bambaşa biri etmişdi. Bu qızçığazın ürəyi də sanki buza dönmüşdü. Bütün insanları eybəcər görür, yaxşı nə varsa hamısında pis nə isə tapıb ondan qaçırdı. Dostları neə olursa olsun Gerdanı tapacaqlarına söz verdilər. Yeni il bayramı Femina, Düyməciy, Zoluşka, Ələddin, Maşa, Qırmızı Papaq, Ağca Pəri öz yeddi cırtdanı ilə birlikdə yenə də bir yerə yığışıb Şaxtababanı səslədilər. Uşaqlar bir səslə: Şaxtababa şaxtacan, hardasan bu vaxtacan? Şatababadan səs gəlmədi.Uşaqlar çox həyəanlandılar. Femina : Uşaqlar gəlin təkrar çağıraq şaxtababanı deyə uşaqlara baxdı. Uşaqlar bir səslə: Şaxtababa şaxtacan, hardasan bu vaxtacan? Yenə də Şaxtababadan səs eşidilmədi.
Uşaqlar çaşqın – çaşqın bir – birlərinə baxırdılar. Zoluşka:Şaxtababaya nə olub, niyə o bizi eşiitmir - deyə məyus məyus baxdı dostlarına. Dostlar Şaxtababadan xəbər tutmaq üçün ətrafı gəzib dolanırdılar. Maşa qaça – qaça gəlib uşaqlara Şaxtababadan xəbər gətirdi. Maşa : Uşaqlar Şaxtababanı Gerda ourlayıb, onu buz sarayına aparıb. Uşaqlar bir səslə: Nəəə? Ağca Pəri : Biz indi neyləyək, Gerdanı da, Şaxtababanı da ordan necə azad edək? Uşaqlar çox həyəcanlı idilər, bilmirdilər necə etsinlər ki, həm dostları Gerdanı, həm də Şaxtababnı azad edib şənliyə gətirsinlər.
Uşaqlar axtarıb çox çətinliklə də olsa Sehirbazı tapdılar. Sehirbaz: Bunu ancaq Küpəgirən qarı edə bilər - dedi uşaqlara. Onu tapın razı salın ki, sizinlə Buzlar ölkəsinə getsin. Şaxtababanızı və Gerda dostunuzu yalnız Küəgirən gedib gətirə bilər. Uşaqlar isə çox məyus oldular. Ağca Pəri : Biz axı Küpədirən qarını hardan tapaq, onu neə razı salaq ki, bizimlə Buzlar ölkəsinə gedib ordakı sarayda tilsimi qırsın, Şaxtababanı, Gerdanı gətirsin. Axı bu çox çətinddi. Ağca Pərinin yeddi çırtdanı səs səsə verdilər:
Bəli çox çətindi. Bizim balaca olmağımıza baxmayın, biz çox cəsuruq. Biz də sizə kömək edəcəyik, sizinlə gedib həm Küəgirəni, həm də Şaxtababa ilə dostumuz Gerdanı gətirəccəyik. Cırtdanların səs səsə verərək belə deməklərinə dostlar ürəkdən ggüldülər və cırtdanları da özləri ilə aparmağa raznı oldular. Qırmızıpapaq : Biz tələsək, Şaxtababa və Gerdanı bayram şənliyinə qədər gətirək ki, həm bayramda, həm də şənlikdə bizimlə bərabər olsunlar. Maşa : Hamımız birlikdə getsək bəlkə Küpəgirəni razı razı sala bilərik ki,bizə kmək edə. Ələddin sehirli xalçası və seirli lampası ilə gəldi. Ələddin: Dostlar gəlin yola çıxaq, bu sehirli xalça bizi heç vaxt yarı yolda qoymayacaq, sehirli lampa isə gecə də, gündüz də yolumuza nur, işıq salaraq bizi qorxulu möcüzələrdən uzaq tutacaq.
Uşaqlar sevincək xalçanın üzərinə çıxdılar, xalça yola çıxdı. Ələddinin əlindəki lama ətrafa o qədər gözəl işıq salırdı ki, bu nur, bu işıq hamının üzünü güldürürdü. Bir xeyli yol getmişdilər ki, yolda Küpəgirəni gördülər. Sehirli Xalça yerə enib dayandı. Küpəirən o qədər acıqlı idi ki, uşaqlar ona yaxın durmağa qorxurdular. Üz özündən sankı bulud tökülürdü, bu bulud selə - suya dönüb bütün dünyünı dağıdacaqdı sankı. Uşaqlar ehtiyatla Küpəirənin yanına gəlib salam verdilər.
Küpəirən : Heç salamı almadan ;Nə var, nə istəyirsiniz? Ağca pəri : Nənə, dostumuz Gerda sözümüzə baxmadı, sehirbazın sehirli güzgüsünü əlinə götürəndə güzgünü sındırdı. Femina: Şüşə parçası dostumuzun gözünə düşdü, o Büzlar ölkəsindəki saraya düşdü. Maşa: Gözəl, mehriban dostumuz Gerda çox qəddar, qorxunc Qar Kraliçası olub. Qırmızıpapaq: O həm də bizim Şaxtababamızı oğurlayıb ki, şənlik keçirə bilməyək. Düyməciy : Nənə, nə olar, bizə kömək elə , həm dostumuzu gətirə bilək, həm də, Şaxtababanı. Küpəgirən qarı uşaqların bu xahişlərinə heç məhəl qoymadı da, onlara bərk qəzəbləndi. Uşaqlar nə qədər yalvarsalar da razı olmadı ki, olmadı.
Hətta uşaqları əsəbi halda qovdu da. Uşaqlar kor – peşman geri qayıtmaq istəyirdilər ki, birdən Ələddinin yadına Sehirli Lampa düşdü. O, sehirli lampa ilə Küpəgirənin üzünə işıq səpdi. Bu an Küəirənən ürəyi də sankı işıqlandı və o uşaqlara yaxınlaşıb onlarla birlikdə Buzlar sapayına getmək istədiyini bildirdi. Küpəirən : Yolda sehirbazı da götürək. Qar Kraliçasının gözündəki sehirli şüşə parçasını yalnız Sehirbazın sehirli qüvvəsi çıxara bilər; dedi uşaqlara. Uşaqlar Ələddin Sehirli Lampanın gücü ilə Sehirbazı da Buzlar Sarayına getməyə razı saldılar.
Dostlar, Sehirbaz və Küpəgirən sehirli xalçanın və sehirli lampanın köməyi ilə gəlib Buzlar Sarayında şaxtababannı və Qar Kraliçasını tapdılar. Amma Gerda onların heç birini tanımaq və görmək istəmədi. Dostlar nə qədər çalışsalar da Qar Kraliça onlara yaxın gəlmədi ki, gəlmədi.Bu an yenə də sehirli lampanın sehirkar gücü ilə Qar Kraliça yumuşaldı və onun gözündəki sehirli güzgü parçasını sehirbaz çıxara bildi. Qar Kraliçası o dəqiqə çevrilib yenidən gözəl, səmimi Gerda oldu.
Bayaqdan heç onlara əhəmiyyət vermək istəməyən dostlara qoşulub Şaxtababa ilə birlikdə öz obasına qayıtdı. Dostlarla birlikdə yeni il şənliyinddə işturak etdi. Bizim də Qar Kraliçası haqqındakı nağılımız burda sona çatdı. Əziz balaca dostlar bax siz də Gerda kimi böyüklərin sözündən çıxmayın, onda sizin də başınıza Qar Kraliçası kimi pis bəlalar gələ bilər. Hər zaman böyüklərinizin, valideyinlərinizin sözünü dinləyin, onlara əməl edin ki, bütün işləriniz uğurlu olsun. Əgər siz böyüklərin sözünə qulaq assaz o zaman heç kim sizi aldada bilməz, heç kim sizi incidə bilməz.
Gydən üç alma düşdü. Əziz balalar bu almaları bölün elə bölün ki, hamıya eyni bərabərlikdə düşsün, heç kim küsməsin.
Məryəm ƏLİYEVA,
Kürdəmir rayon MKS–nin metodika–biblioqrafiya şöbəsinin baş biblioqrafı
2026-01-04
03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA
2025-12-26
03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV
2025-12-25
01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür
2025-12-24
01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
XƏBƏR ARXİVİ
TƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Əlaqə
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
Haqqımızda
İDMAN13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək
18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq
23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
Təqvim
