reklam
USD
10 ℃
EUR
BAKI

POEZİYA DƏQİQƏLƏRİ Elnarə BABAYEVA

NƏŞR / 06.03.2026 03:17

Payız axşamı

Hey çalınır qulaqlarda həzin ney səsi,

Külək sanki sənətkardır payız axşamı.

Uçuşurlar aram ilə sarı yarpaqlar

Nağılları xatırladır payız axşamı


Bir sehrli aləmdir ki, doya bilmirəm

Min naxışlı bir xalçadır, saya bilmirəm

Nə gözəllik, aman allah, deyə bilmirəm

Nəm qoxulu, bol yağışlı, payız axşamı.


Rəssam gərək, bu rəngləri ayırd eləyə

Şair gərək, min ilhamla şeir söyləyə

Gəl bir çıxaq ulduzları seyr eləməyə

Bir başqadır gecələrin,payız axşamı.



Nahaq dünya

Bu dünyanı qarğıma gəl,

Puçdu, heçdi söyləmə gəl,

Deyən səndin, indi məyər

Dəyişibmi sənin dünyan?!


Hey əzəldən fani olmuş

Gözəl güllər erkən solmuş.

Ədaləti məyər buymuş

Nahaq,haqsız sənin dünyan.


İnsan oğlu, demə yalan

Yaşayırsan qəmli, pünhan

Xəyanətlər yuvasında

Şeytan,iblis sənin dünyan.


Ölümündən qorxma,qafil

Əcəl hər an gəlir qəfil.

Gözü doymaz, ürəyi kin

Kəsə bənzər, sənin dünyan!


Elnarə BABAYEVA,

198 sayli tam orta məktəbdə kitabxana müdiri



Oxunub: 6






SON XƏBƏRLƏR

2026-03-06

03:52 Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

Product image

03:17 POEZİYA DƏQİQƏLƏRİ Elnarə BABAYEVA

Product image

03:05 Sürücülər

Product image

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Haqqımızda

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim