Sürücülər
NƏŞR / 06.03.2026 03:05
Sürücülər
Həyat çox qəribədi. Bəzən insanlar günahı olmadan başqalarının günahını çəkmək məcburiyyətində qalırlar,. Ən acısı da elə budu. Yol ilə gedirdim. Maşın yolun keçmək lazım idi. Yola baxdım ki, görüm maşın yoxdursa keçim. Gördüm lap uzaqdan bir maşın gəlir. Düşündüm, bu maşın mənə gəlib çatana qədər bir neçə dəfə yolu keçib qayıtmaq olar, çünki çox uzaq idi. Yolu keçirdim ki, mənə çox uzaq gələn yoldakı maşının mənə toxunacaq qədər yaxında dayandığını gördüm. Çox həyəcanlandım. Məni maşın vurmaq təhlükəsindən qurtardığım üçün deyil, günün günorta vaxtı bəlkə də çörək qazanmaqçun çıxan kimi isə, günahı olmadan, yəni, mənim günahım üzündən nələrə qatlaşacağını düşündüyüm üçün həyəcanlanmışdım..
Dayanıb gözlədim ki, sürücü maşından düşüb mənə nə isə deyəcək, ya da ki, dalaşacaq (buna onun haqqı da var idi, özü də çox böyük haqqı ! Günahı olmadan onu təhlükə ilə üzbəüz qoyduğum üçün). Amma o, maşından düşmədi, heç nə də demədi. Sadəcə mənə baxıb başın aşağı saldı və maşını sakitcə sürüb getdi. Bu mənə ən ağır yük oldu. Bəlkə də mənə nə isə desəydi, günahımı üzümə vürsaydı heç belə utanıb sarsılmazdım, amma təəssüf ki, etmədi. Məni öz səhfimlə baş – başa buraxıb getdi. O anda mən ölümdən qorxmaqdan çox etdiyim bu səhfdən utanıb, sıxıla – sıxıla düşüncələr içərisində yoluma davam etdim.
Demək elm sahələri kimi, sürücülük sahəsində də peşəkarlıq, bacarıq var imiş.Sən demə sürücülük sahəsindəki, peşəkarlıq, bacarıq daha önəmli və daha vacib imiş. Mən bunu həmin gün anladım. Onu da anladım ki, yol qəzalarının çoxu sürücülərin deyil, piyadaların səhfi və ya günahı üzündən baş verirmiş.. Ona görə də belə sürücülərin dəyərin, qiymətin bilmək lazımdır ki, onları günahları olmaya – olmaya hansısa bir çətinliyə salmayaq, onları günahları olmaya, olmaya günahkar kimi tanımasınlar, yəni biz piyadaların səhflərimizin qurbanlarına çevirilməsinlər bu dəyərli insanlar..
Məncə yollarda piyadaların vurulmasında, bu kimi bir çox qəzalarda sürücülər deyil, piyadaların günahları tapılıb üzə çıxarmalı və onlar cəzalandırmaq lazımdı. Axı, günahı olmayan sürücü nədən ötrü cəza çəkməlidirlər, səhf piyadaların üzündən... Əziz piyadalar ən çətin iş adamları hesab olunan sürücüləri öz günahlarımızın, səhflərimizin qurbanlarına çevirməyək ki, onlar bizim günahlarımızın cəzasını çəkmsinlər.
Mən duyğularımın dili ilə yenə də düşünərək bu qənitə gəldim ki, ona görə də əlində pol olan insanlara, yəni sürücülərə "Allah səni mərdimazardan, xətadan – bəladan qorusun” deyə nə üçün tez – tez dua edirlər və bu duanı özüm də tez – tez edirəm, tanıdım, tanımadım.
ƏLİNDƏ ROL OLAN BÜTÜN SÜRÜCÜLƏRƏ...
Bütün günlərini yollarda keçirən əllərində rol olan, uzaq yolları bizə yaxın edən sürücülərimiz, yolunuz hər zaman açıq olsun. Xətadan, bəladan hər zaman uzaq olun. Əziz piyadalarımız sürücülərimizi dəyərləndirək, onları öz günahlarımızın qurbanlarına çevirməyək...
Məryəm ƏLİYEVA.
2026-03-06
03:52 Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib
03:17 POEZİYA DƏQİQƏLƏRİ Elnarə BABAYEVA
03:05 Sürücülər
2026-01-04
03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA
2025-12-26
03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV
2025-12-25
01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür
2025-12-24
01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı
XƏBƏR ARXİVİ
TƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Əlaqə
Haqqımızda
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
İDMAN13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək
18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq
23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
Təqvim
