reklam
USD
6 ℃
EUR
BAKI

Azərbaycan Prezidenti cənab İlham Əliyevin İranın Azərbaycana qarşı dron hücumu ilə bağlı çıxışından təsirlənərək MÜRACİƏT

CANLI TV / 06.03.2026 16:03


Azərbaycan Prezidenti cənab İlham Əliyevin İranın Azərbaycana qarşı dron hücumu ilə bağlı çıxışından təsirlənərək 

 MÜRACİƏT 
 Hörmətli cənab Prezident! 
Son günlər Sizin İran tərəfindən Azərbaycana qarşı dron hücumu ilə bağlı səsləndirdiyiniz qətiyyətli mövqe və prinsipial çıxış Azərbaycan xalqının dövlət başçısına olan inamını bir daha möhkəmləndirdi. Azərbaycanın suverenliyinə, təhlükəsizliyinə və sərhədlərinin toxunulmazlığına yönəlmiş istənilən təhdidə qarşı göstərdiyiniz qətiyyətli münasibət xalqımızın iradəsini və dövlətimizin gücünü ifadə edir.

 Tarixin müxtəlif dönəmlərində bu torpaq çox sınaqlardan keçib. Lakin hər dəfə olduğu kimi bu gün də Azərbaycan xalqı öz dövlətinin ətrafında bir yumruq kimi birləşir. Prezident İlham Əliyevin İran tərəfindən dron hücumları ilə bağlı səsləndirdiyi sözlər sadəcə bir siyasi bəyanat deyil, həm də bir millətin qürurunun və iradəsinin ifadəsidir. Bu torpaq min illərin yaddaşını daşıyır. Onun səmasında uçan hər yad kölgə xalqın qüruruna toxunan bir xəbərdarlıq kimi qəbul olunur. Azərbaycanın səması yalnız sülhün, sabitliyin və azadlığın səmasıdır. Bu gün ölkəmiz güclü dövlətdir. Ordusu güclü, xalqı qürurlu, dövlət rəhbərliyi isə qətiyyətlidir. Heç bir təhdid, heç bir təxribat bu xalqın iradəsini sındıra bilməz. 
Çünki Azərbaycan yalnız bir dövlət deyil — o, tarixdir, yaddaşdır, torpaqdır, şəhid qanı ilə yazılmış bir müqəddəs əmanətdir. Və bu əmanət hər zaman qorunacaq. 

 Azərbaycan xalqı tarix boyu öz müstəqilliyini və torpaqlarını qorumaq uğrunda mübarizə aparmış, heç vaxt xarici təzyiqlər qarşısında geri çəkilməmişdir. Bu gün də dövlətimizin başçısı kimi Sizin rəhbərliyiniz altında ölkəmizin təhlükəsizliyi və milli maraqları ən yüksək səviyyədə müdafiə olunur.

 Biz əminik ki, Azərbaycanın güclü ordusu, möhkəm dövlət strukturları və xalq–hakimiyyət birliyi istənilən təhdidin qarşısını almağa qadirdir. Regionda sülh və sabitliyin təmin olunması üçün Azərbaycan həmişə beynəlxalq hüquqa və qarşılıqlı hörmət prinsiplərinə sadiq qalıb. Lakin dövlətimizin təhlükəsizliyinə qarşı yönəlmiş hər hansı addım heç vaxt cavabsız qalmayacaq. 

 Cənab Prezident! Sizin qətiyyətli siyasətiniz Azərbaycan dövlətinin suverenliyini və milli maraqlarını qorumaq yolunda xalqımız üçün böyük təminatdır. Azərbaycan vətəndaşları olaraq biz də dövlətimizin yanında olduğumuzu, ölkəmizin təhlükəsizliyi və gələcəyi naminə göstərdiyiniz fəaliyyətə dəstəyimizi bildiririk. Uca Tanrı Azərbaycanı qorusun! 

 Hörmətlə, 
Rahib KƏRİMLİ, 
yazıçı-jurnalist


Oxunub: 102






SON XƏBƏRLƏR

2026-03-06

16:03 Azərbaycan Prezidenti cənab İlham Əliyevin İranın Azərbaycana qarşı dron hücumu ilə bağlı çıxışından təsirlənərək MÜRACİƏT

Product image

03:52 Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

Product image

03:17 POEZİYA DƏQİQƏLƏRİ Elnarə BABAYEVA

Product image

03:05 Sürücülər

Product image

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Haqqımızda

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim