UEFA Bakıda 3 yarışın ev sahiblərini açıqlayacaq
İDMAN / 23.02.2019 09:46
Kişilər arasında 2021-ci il Çempionlar Liqasının final oyununun məkanı isə Bakıda açıqlanmayacaq.
UEFA İcraiyyə Komitəsinin mayın 29-da Bakıda keçiriləcək iclasında 2021-ci ilin avrokubok yarışlarından 3-ü üzrə final matçının ev sahibi açıqlanacaq.
Bunlar Avropa Liqası, qadınlar arasında Çempionlar Liqası və UEFA Super Kubokunun həlledici qarşılaşmalarıdır. Həmin oyunlara təşkilatçılıq istəyi ilə ümumilikdə 7 milli assosiasiyadan müraciət edilib:
Avropa Liqası
Gürcüstan. Boris Payçadze adına "Dinamo" stadionu (Tbilisi)
İspaniya. Ramon Sançes Pisxuan stadionu (Sevilya)
UEFA Super Kuboku
Belarus. "Dinamo" stadionu (Minsk)
Finlandiya. Olimpiya stadionu (Helsinki)
Şimali İrlandiya. Windsor Park Milli Futbol Stadionu (Belfast)
Ukrayna. "Metalist" stadionu (Xarkov)
Qadınlar arasında Çempionlar Liqası
İsveç. "Qamla Ullevi" stadionu (Qotenburq)
Kişilər arasında 2021-ci il Çempionlar Liqasının final oyununun məkanı isə Bakıda açıqlanmayacaq. UEFA qitənin ən nüfuzlu klub turnirinin 2022 və 2023-cü il finallarına ev sahibliyi etmək istəyənlər üçün ərizə qəbuluna start verib. Hər 3 həlledici qarşılaşmanın təşkilatçıları sentyabrda məlum olacaq. 2021-ci il finalına Almaniyanın Münhen şəhərindəki "Alyans Arena" və Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı stadion namizəddir. 2022 və 2023-cü il finallarına namizədliyini vermək niyyətində olanlar isə istəklərini martın 22-dək təsdiqləyə bilərlər.
Qeyd edək ki, mayın 29-da Bakıda həm də Avropa Liqasının final oyunu keçiriləcək. (report)
Oxunub: 437
25.08.2026
22:52 Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
22:38 Buxara şəhərində “Ark” qalası ilə tanışlıq
08.08.2026
17:40 Deputat:
17:14 Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR22:52 Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
22:38 Buxara şəhərində “Ark” qalası ilə tanışlıq
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim