reklam
USD
18 ℃
EUR
BAKI

İCRASINI SONSUZADƏK LƏNGİTMƏYİ MÜMKÜN EDƏN MƏHKƏMƏ QƏTNAMƏLƏRİ

CANLI TV / 10.02.2024 22:01


İCRASINI SONSUZADƏK LƏNGİTMƏYİ MÜMKÜN EDƏN MƏHKƏMƏ QƏTNAMƏLƏRİ

Beləliklə, 2024-cü ilin fevral ayının 7-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri nəticəsində cənab İlham Heydər oğlu Əliyev seçicilərin böyük səs çoxluğunu qazanaraq, növbəti 7 il müddətinə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçildi. Cənab İlham Əliyevin uğurunu şərtləndirən amillər çoxdur. Onun ölkəyə başçılıq etdiyi son 20 ildə Azərbaycan çox inkişaf edib, bütün müstəvilərdə tərəqqiyə nail olub. Amma İlham Əliyevin qazandığı və xalqımıza, ölkəmizə qazandırdığı qələbələrin uzun siyahısının başında əlbəttə ki, Qarabağ probleminin həllinə nail olması, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan kimi Müzəffər ordumuzun rəşadəti hesabına ölkəmizin ərazi bütövlüyünü təmin etməsi oldu.

İndi işğaldan azad edilmiş torpaqlarda quruculuq işləri sürətlə gedir. Məcburi köçkünlərin də tədricən doğma yurd-yuvalarına köçürülməsi işinə start verilib. Ötən 20 ildə qaçqın və məcburi köçkünlərə dövlətimiz tərəfindən çox böyük diqqət göstərilib, bu kateqoriyadan olan insanlara evlər və mənzillər verilib, hər cür maddi yardım göstərilib, yemək xərci, pul müavinətləri verilib. Elə olub ki, dövlətimizin başçısı öz ad gününü qaçqın və məcburi köçkünlərlə bir yerdə qeyd edib.

Möhtərəm Prezidentimizin müvafiq sərancamı ilə "Qaçqınlarm və Məcburi Köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə dövlət proqramı”nm təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamının 2-ci bəndində Azərbaycan Respublikasının aidiyyatı dövlət orqanlarının rəhbərlərinə tapşırılıb ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verilməsin. Bundan başqa, "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının 1999-cu il 21 may tarixli Qanunun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər.

Amma ötən illərin müşahidələri göstərir ki, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər imtiyazlarından sui-istifadə edərək, özbaşına məskunlaşarkən digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozublar. Təəssüf ki, yerlərdə şəhər və rayon icra hakimiyyətləri nəyəsə görə belə neqativ hallara yol veriblər. Özü də təkcə qaçqın və məcburi köçkünlərin məskunlaşma problemlərinin ciddi şəkildə özünü göstərdiyi ilk illərdə deyil, sonralar da buna göz yumublar. Bu isə cəmiyyətdə haqlı narazılıqlar doğurur.

Daha bir mənfi tendensiya ondan ibarətdir ki, ilk əvvəl müvəqqəti məskunlaşmaq üçün seçdikləri qaçqın və məcburi köçkünlər sonradan paytaxt Bakıya köçüb məskunlaşıblar. Bacarığı, qabiliyyəti, fərasəti, istedadı hesabına pul qazanıb qanuni üsullarla ev-eşik alanlara sözümüz yoxdur. Ancaq qanunsuz olaraq, başqa şəxslərin mülkiyyətində olan torpaq sahələrini zəbt edənlərin qarşısının aidiyyəti qurumlar tərəfindən alınmaması başa düşülən deyildir. Nəzarət etmək vəzifəsi daşıyan şəxslərin zəbtkarlara bunca "humanist” münasibətii barədə fikirləşəndə ilk növbədə ağıla gələn səbəb – özlərinin korruptiv maraqları olur. Nə isə, rəvac verilmiş belə neqativ hallardan birinin doğurduğu çəkişmə barədə söz açmaq qərarına gəldik.

AZAD HORADİZDƏN KÖÇKÜN DÜŞMÜŞLƏR


Sənədlərə inansaq,Füzuli rayonunun İşıqlı kəndində doğulmuş Verdiyev Allahverdi Ərşad oğlu ailə üzvləri Verdiyeva Reyhan Ərşad qızı, Verdiyev Ərşad Sərxan oğlu, Mehrəliyeva Kamalə Mehralı qızı ilə birlikdə ilk əvvəl Sabirabad rayonunun Qalaqayın kəndində salınmış çadır şəhərciyində 428 №-li çadırda məskunlaşmış, sonradan 1997-ci ildən Bakı şəhərinin Yasamal rayonunda qeydiyyatda olmuş, 2006-cı ildə isə özbaşına olaraq Bakı şəhəri, Keşlə qəsəbəsi, Əlişir Nəvai küçəsi, 3-7 №-li poçt ünvanının ətrafında vaqon qoyaraq böyürlərini tikib dövlət torpaqlarına aid həmin ərazidə məskunlaşmış və necə olmuşsa, 2007-ci ildən guya Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 61 ünvanına qeydiyyata alınmışlar(rəsmi dövlət sənədləri ilə təsdiq olunmuşdur ki, belə bir ünvan yoxdur). Məcburi köçkünlərin 2006-cı ildə özbaşına məskunlaşdıqları tikili orada fəaliyyət göstərən bir neçə sənaye və nəqliyyat müəssisəsinin ətrafla əlaqəsini təmin edən nəqliyyat yolunu məhdudlaşdırmışdır. Bu məqamda xatırlatmağa dəyər ki, Sabirabad rayonunun Qalaqayın kəndindəki çadır şəhərciyi orada məskunlaşmış qaçqın və məcburi köçkünlər onlar üçün inşa edilmiş yeni qəsəbələrdəki fərdi ev və mənzillərə köçürüləndən sonra ləğv edilib. Bu isə o deməkdir ki, Verdiyevlər ailəsinin də dövlət tərəfindən mənzil və ya fərdi evlə təmin olunması istisna deyil. Hətta onlara ev verilməyibsə də belə, yenə də Qalaqayın çadır şəhərciyi ləğv ediləndən sonra müvəqqəti yaşamaları üçün məhz Sabirabad rayonu ərazisində yer verilməliydi. Əgər təklif edilən yaşayış sahəsi məcburi köçkünü təmin etmirsə, o, öz arzusuna və imkanına uyğun olaraq, qanunla müəyyən edilmiş qaydada mənzil əldə edə bilər və bu halda yaşayış yeri seçməkdə sərbəstdir. Çünki məcburi köçkünlər dövlət tərəfındən yalnız bir dətə məskunlaşdırılır və təkrar məskunlaşdırılması qanunla nəzərdə tutulmamışdır. Lakin məcburi köçkün öz arzusuna və zövqünə uygun olan şəraitə malik yaşayış yerini qanun pozuntusu, torpaq sahəsı zəbt etməklə, özbaşına və qanunsuz tikililər tikməklə bununla əlaqədar dövlət orqanlarının və digər fiziki və hüquqi şəxslərin hüquqlarını pozmaqla həyata keçirə bilməz. Amma...

Redaksiyamıza şikayət ərizəsi ilə müraciət etmiş Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, ev 7, mənzil 61 ünvanda yaşayan Qocayev Tahir Süleyman oğlu bildirir ki, Verdiyev Allahverdi Ərşad oğlu və ailə üzvləri məlum ərazidə qanunsuz məskunlaşmaqla, onun Keşlə bələdiyyəsinin qərarına əsasən Bakı şəhərinin Keşlə qəsəbəsində Əlişir Nəvai küçəsindəki icarəyə götürdüyü 290 kv.m-lik torpaq sahəsində qurduğu Metal məmulatlarının təmiri və hazırlanması emalatxanasının, habelə digər sahibkarların – "Ülkər – 87” müəssisəsinin müdiri Nüsrət Baba oğlu Babazadənin, İxtisaslaşdırılmış Mexanizasiya İdarəsinin baş direktoru Fəramüz Koruş oğlu Məmmədovun, "GA” yardımçı müəssisəsinin müdiri Əli İbrahim oğlu Lalayevin fəaliyyətlərinə mane olur. Verdiyevlərin zəbt etdikləri torpaq sahəsinin nəqliyyat yolunu əhatə etməsi nəticəsində yolun istismar edilməsinin məhdudlaşdırılması nəqliyyat vasitələrinin maqistral neft və qaz kəmərlərinin üzəri ilə hərəkət etməsinə səbəb olur ki, bu da son nəticədə nəinki nəqliyyat vasitələri üçün, həm də ətraf üçün müstəsna təhlükə mənbəyidir.

T.Qocayevin ərizəsinə qoşma etdiyi sənəd surətlərindən görünür ki, göstərilən özbaşınalığın qarşısının alınması üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinin Başçısına, Nizami rayon İcra Hakimiyyətinin Başçısma və Azərbaycan Dövlət Dəmir Yolu "Yol” Təsərrüfatı İstehsalat Birliyinə ünvanlanmış şikayət ərizələrinə verilmiş cavablarda Verdieylərin özbaşınalığı əks olunmuş və qanuna müvafiq tədbirlər görüləcəyi göstərilmişdir. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Nizami rayon İcra Hakimiyyətinin başçısına ünvanladığı 08 sentyabr 2008-ci il tarixli 25/24-04149 №-li məktubda göstərir ki, adı gedən ünvanda yerində araşdırmalar aparılmış və müəyyən edilmişdir ki, yolun bir hissəsində bir qrup qaçqın və məcburi köçkünlər adı ilə 1 ədəd vaqon qoyulmuş və yaşayış evləri inşa edilmişdir. Bu da müəssisələrə gedən yolun daralmasına səbəb olmuşdur. Görülmüş işlərə dair heç bir sənəd təqdim edilməmişdir. ADDY "Yol” Təsərrüfatı İstehsalat Birliyinin 03.02.2009-cu il tarixində Nizami rayon İcra Hakimiyyəti Başçısına ünvanlanmış olduğu 25 saylı məktubunda göstərilir ki, Azərbaycan Dövlət Dəmir Yolu Bakı-Sabunçu yol distansiyasının xidməti ərazisi olan NBNZ-Əhmədli mənzilin 6 km PK 8-də dəmir yolu xəttinin kilometr artımı istiqamətinin sol tərəfındə dəmir yoluna yaxın ərazidə məskunlaşan qaçqınlar tərəfındən son 1 (bir) ildə qeyri-qanuni tikinti işləri aparılmış, həmin tikililərdə məskunlaşan qaçqınlar məişət tullantılarını və kanalizasiya sularını dəmir yolu xəttinin üzərinə axıdır, bundan əlavə tikilinin qarşısmda genişləndirmə işləri apararaq dəmir yolunun üzərinə torpaq tökürlər. Bu da dəmir yolunun süni qurğularmın, konkret olaraq su axıdıcı lotokların torpaq və məişət tullantıları ilə dolmasına və nəticədə suyun lotoklarla axmasında problemlər yaradır.Distansiyanın işçiləri tərəfındən dəfələrlə yola atılmış məişət tullantıları yığılmış, su axıdıcı lotoklar təmizlənmişdir ki, bu da əlavə maliyyə resursları hesabına başa gəlir. Bu barədə ərazidə məskunlaşan qaçqınlara xəbərdarlıq edilməsinə baxmayaraq, belə hallar yenə də davam edir.Məktubda həmçininƏhmədli-NBNZ yolu ilə dövlət əhəmiyyətli neft və neft məhsullarının daşınmasını nəzərə alaraq və həmin istiqamətdə hərəkət edən qatarların hərəkət təhlükəsizliyini təmin etmək məqsədilə qeyd olunan nöqsanların aradan qaldırılmasında distansiyaya köməklik göstərilməsi xahiş olunmuşdur.

T.Qocayev və digərlərinin yerli polis orqanına etdikləri şikayətlər nəticə verməmiş, polis Verdiyevlər barəsində cinayət işi açmamışdır. Hətta ibtidai istintaqa prosessual nəzarəti həyata keçirən prokurorluq polisin cinayət işinin rədd edilməsi barədə qərarını ləğv edib yenidən araşdırılması üçün Nizami RPİ-nin Təhqiqat Şöbəsinə qaytarsa da, faydası olmamışdır. Prokurorluq işin sonrakı gedişinə nəzarəti boş buraxmışdır.

İTƏN MƏHKƏMƏ QƏTNAMƏSİ VƏ İŞĞALDAN 15 İL SONRA VERİLƏN KÖÇKÜN STATUSU


Nizami Rayon Məhkəməsinin 09 iyun 2009-cu il tarixli 2(007)-123/2009 saylı qətnaməsi ilə Nizami Rayon İcra Hakimiyyətinin, müstəqil tələb irəli sürən üçüncü şəxslər Qocayev Tahir Süleyman oğlunun və qeyrilərinin cavabdehlər Verdiyev Allahverdi Ərşad oğluna və qeyrilərinə qarşı özbaşına inşa edilmiş tikinti və daldanacaqların sökülməsinə dair iddia tələbləri təmin olunmuş, lakin Nizami rayon İcra və Probasiya Şöbəsi qətnamənin icrasını təmin etməmişdir. Nizami rayon İcra və Probasiya Şöbəsinə qeyd olunan işlə əlaqədar müraciət etsələr də, Şöbə həmin işlə bağlı məhkəmə qətnaməsindən xəbərsiz (?) olduqlarını bildirmişlər. Nəhayət, T.Qocayev və digərləri 13.03.2019-cu ildə Nizami rayon məhkəməsinə məktubla müraciət etsələr də, məhkəmə onlara sözügedən iş materiallarının arxivdə tapılmadığını əsas göstərərək, təkrar İcra Şöbəsinə göndərilməsinin mümkün olmadığı cavabını vermişdir.

Qəribədir, deyilmi? Məhkəmə çıxardığı qətnaməni İcra və Probasiya Şöbəsinə göndərmir. Sonra da deyir ki, qətnamə arxivdə yoxdur. İddiaçıların əlindəki möhürlü – imzalı Qətnamə surətini isə təbii ki, tanımır.

Maraqlıdır, görəsən Verdiyevlərin qanunsuz hərəkətlər hesabına rahatlıqlarını təmin etmələri nə qədər vacib məsələdir ki, onların dövlətin torpağını zəbt etmələrinə, dəmir yolunun üzərinə zibil tullamalarına, istehsalla məşğul olan, insanları işlə təmin edən, dövlətə vergi ödəyən sahibkarların fəaliyyətinə mane olmalarına göz yumulur? Hətta heç A.Ə.Verdiyevin inşa edilmiş qəsəbələrdə adına mənzil sahəsinin olub-olmamasının da müəyyən edilməsinə də səy göstərilmir. Daha ciddi araşdırılsa, üzə çıxarılardı ki, Verdiyev Allahverdi Ərşad oğlu, Verdiyeva Reyhan Ərşad qızı və Verdiyev Ərşad Sərxan oğlu mərhum ataları Verdiyev Ərşad Misirxan oğluna məxsus Horadiz şəhəri, Azadlıq küçəsi, 68 ünvanında daimi qeydiyyatdadılar. Məlum olduğu kimi, sonradan şəhər statusu almış Horadiz qəsəbəsi ermənilər tərəfindən işğal olunandan az sonra, hələ 1994-cü ildə düşməndən azad edilmişdi. Belə çıxır ki, Verdiyevlər məcburi köçkün deyillər – onlar ermənilər hələ uzaqda olanda Horadizdən qaçıblar və qəsəbənin işğaldan azad edildiyi bəlirlənsə də, daha geri qayıtmaq istəməyiblər. Ya da ki, sonradan dövlət onlara Horadizdə ev verib. Allahverdi Verdiyevin doğulduğu İşıqlı kəndi 1993-cü ildə işğal olunsa da, de-fakto qeydiyyatda olduğu və yaşadığı yer kimi Horadiz qəsəbəsi olub. Verdiyevlərin cavabdeh kimi cəlb olunduqları, haqqında söz açacağımız məhkəmə proseslərinin heç birində nədənsə bu xüsusatlar araşdırılmayıb.Bundan başqa, Azərbaycan Respublikası Abşeron Rayonu İcra Hakimiyyəti Başçısmın Hökməli Qəsəbə İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin 04.12.2018-ci il tarixli, 49 saylı məktubuna əsasən 1993-94-cü illərdə Hökməli qəsəbəsi ərazisində sənədsiz evlərin sayı artmış və belə evlərdən 3 (üç) ədədi Qəsəbə qəbristanlığının yuxarı tərəfındə hasara alınmış 12 sot ərazidə Verdiyev Allahverdi Ərşad oğlu, Verdiyeva Reyhan Ərşad qızı və Verdiyev Fikrətə məxsus olmaları, həmin evlərin ətrafında yerləşən hasarın üzərində 18773271 saylı, qutu nömrəsi 1796 olan elektrik sayğacınm olması qeyd olunmuşdur. Təəssüf ki, həmin evlərə (bir hasarm içərisində tikilmiş 3 ədəd ayrı-ayrı villalara) baxış keçirilməmiş, Verdiyevlərin orada yaşayıb - yaşamamalan müəyyən edilməmiş, bu barədə izahatları alınmamış, həmin tikililərin qanunun tələblərinə uyğunluğu və onlara torpaq sahəsinin verilməsinin əsaslı olub-olmaması yoxlanılmamışdır. Bu azmış kimi, birinci instansiya məhkəməsi Nizami Rayon İcra Hakimiyyətinin Verdiyevlərin Qalqayın çadır şəhərciyində yaşadıqları barədə məlumatı təsdiqləyən sənədin məhkəməyə təqdim edilmədiyini xüsusi vurğulayıb. Əgər məhkəmə sorğu göndərsəydi, "Qaçqınkom”dan həmin məlumatın doğru olub-olmadığını asanlıqla öyrənə bilərdi.

Hələ 4 il bundan əvvəl bu məsələ ilk dəfə kütləvi informasiya vasitələrində ictimailəşdiriləndə Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən məsələ ilə bağlı açıqlama verilib:"Mehrəliyeva Kəmalə Mehrəli qızı Füzuli rayonunun İşıqlı kəndindən məcburi köçkündür. 1992-ci ildə Füzuli rayonunun işğaldan azad edilmiş ərazisi olan Horadiz şəhərinin sakini Verdiyev Allahverdi Ərşad oğlu ilə ailə həyatı qurub. Allahverdi Verdiyev atasının Horadiz şəhərində olan mənzilində qeydiyyatdadır və həmin yaşayış sahəsi dövlət tərəfindən bərpa olunub. Eyni zamanda Mehrəliyeva Kəmalə Mehrəli qızının 5 nəfər ailə üzvü ilə birlikdə Bakı şəhəri Xətai rayonunda adlarına mənzil var. "Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 2.11.2.-ci bəndinə əsasən, məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların ailə üzvlərinə (şəhid ailələri istisna olunmaqla) köçürülmə zamanı yeni yaşayış sahəsi verilmir”.

Belə çıxır ki, Verdiyevlər işğaldan 15 il ötəndən sonra, 2008-ci ildə (?) aldıqları legitimliyi şübhəli olan məcburi köçkün vəsiqələrindən sui-istifadə edərək, Bakıda və Abşeronda istədikləri yerdə əl qoyduqları torpaq sahələrini zəbt edərək, dam-daş salmışlar. Üstəgəl, oxuduqları hansısa gözbağlayıcı tilsimin hesabına aidiyyəti qurumların onların qanunsuz hərəkətlərinə göz yummalarına nail olmuşlar.

İCRASINI QEYRİ-MÜƏYYƏN VAXTADƏK TƏXİRƏ SALMAĞI MÜMKÜN EDƏN QƏTNAMƏ


Müstəqil tələblər irəli sürən şəxslər - T.Qocayev və digərləri məcbur olub 02.09.2019-cu ildə yenidən Nizami rayon məhkəməsinə məktub göndərərək itirilmiş məhkəmə icraatının və icra üzrə icraatın bərpa edilməsini xahiş ediblər. Nizami rayon məhkəməsi 07.10.2019-cu il tarixli, 2-2(007)-3183/2019 saylı qətnaməsi ilə Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin və müstəqil tələb irəli sürən üçüncü şəxslər Qocayev Tahir Süleyman oğlu və qeyrilərinin cavabdehlər Verdiyev Allahverdi Ərşad oğluna və qeyrilərinə qarşı özbaşına inşa edilmiş tikinti və daldanacaqların sökülməsinə dair iddia tələblərini təmin etmiş, özbaşına tikililərin sökülməsini qərara almaqla, eyni zamanda Verdiyevlərin rayon ərazisində məskunlaşdırılması məsələsi həll edilməklə qətnamənin eyni zamanda icra edilməsi öhdəliyini rayon icra hakimiyyətinin üzərinə qoymuşdur.

Həmin qərarın "cavabdehlərin rayon ərazisində başqa yaşayış sahəsində məskunlaşdırılması” hissəsi ilə razılaşmayan Tahir Qocayev və qeyriləri (müstəqil tələb irəli sürən 3-cü şəxslər) 17.12.2019-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək, qərarın dəyişdirilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Çünki bu, olduqca "sürüşkən” məsələdir – İtirilmiş məhkəmə icraatı və həmin işlə bağlı itirilmiş icra icraatı bərpa edilsə də, İcra Hakimiyyəti "mənzil fondunda boş yer yoxdur” deməklə qətnamənin icrasını qeyri-müəyyən vaxta ləngidə bilər. Verdiyevlər isə 07.10.2019-cu il tarixli icra sənədinin icrasını könüllü təmin etməyiblər. Elə fikirləri də yoxdur. Onların barəsində isə məcburi icra tədbirləri görülməyib.

Təəssüf ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 14.01.2020-ci il tarixli 2(103) - 1194/2020 nömrəli Qərardadı ilə üçüncü şəxslər statusunda T.Qocayevin və digərlərinin Nizami rayon məhkəməsi 07.10.2019-cu il tarixli, 2-2(007)-3183/2019 saylı qətnaməsindən verdikləri şikayət əsasında başlanmış icraatdan mülki işi çıxarmış və apellyasiyanı qeyri-mümkün hesab edərək işi birinci instansiya məhkəməsinə qaytarmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, bəs, 2009-cu uldən bəri 10 il keçmiş, apellyasiya şikayəti üçün qanunla müəyyən edilmiş 1 ay müddət ötmüşdür. Halbuki, T.Qocayev və digərləri Nizami rayon məhkəməsinin 2009-cu il tarixli deyil, 2019-cu ildə qəbul etdiyi qətnamədən apellyasiya şikayəti vermişdilər.

Kim necə fikirləşir-fikirləşsin, Nizami Rayon İcra Hakimiyyətinin də, Nizami rayon Polis İdarəsinin də, Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin də mənsublarının Verdiyevləri Keşlə qəsəbəsində zəbt etdikləri dövlətə aid ərazidən çıxarmağa tələsmədikləri aydın sezilir. Nizami rayon məhkəməsi də müstəqil tələb irəli sürməklə prosesə qoşulmuş Tahir Qocayev və digərlərinin off-saydda qalması üçün çalışımışdır. Belə ki, məhkəmə üçüncü şəxslərin guya sözügedən ərazidə mülkiyyətçi olmadıqlarını əsas göstərərək, maraqlarının pozulmadığı qənaətinə gəlmişdir. Tahir Qocayev isə bildirir ki, icarəçi olsa da, həm yerli bələdiyyəyə, həm də vergi orqanına mütəmadi ödənişlər edir. Onun sözlərinə görə, üçüncü şəxs qismində prosesə qatılanlar arasında həqiqətən mülkiyyətçi olanlar da vardır.

Məhkəmə qərarının icrasını ləngidən vəzifəli şəxslərin yanaşması təxminən bu cürdür: Dövlətin torpağı da qurban olsun Verdiyevlərə, dövlətin dəmir yolu da qurban olsun Verdiyevlərə, milli-müstəqil iqtisadiyyatımızın formalaşmasına töhfə verən sahibkarların maraqları da qurban olsun Verdiyevlərə, yolu kəsilən istehsal müəssisələrində çalışan zəhmətkeşlərin mənafeyi də qurban olsun Verdiyevlərə. O Verdiyevlərə ki, erməni işğalını, qanuniliyi şübhə doğuran köçkünlük adını var-dövlət əldə etmək üçün fürsət kimi dəyərləndiriblər.

Qələmə aldı: 

Rahib KƏRİMLİ.




Oxunub: 350






SON XƏBƏRLƏR

2024-10-08

21:23 Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib

Product image

21:11 Moskvada Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə görüşü olub VİDEO

Product image

21:01 Moskvada MDB Dövlət Başçıları Şurasının iclası keçirilib Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib

Product image

20:46 Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanışlıq VİDEO

Product image

2024-10-03

10:35 Prezident İlham Əliyev Suqovuşanın azad olunması ilə bağlı paylaşım edib VİDEO

Product image

2024-09-30

22:59 44 GÜNLÜK MÜHARİBƏ Müharibə dəhşət, müharibə vəhşət...

Product image

18:17 Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

Product image

2024-09-28

22:58 AQTA-nın kollektivi Zəfər parkını ziyarət edib

Product image

22:45 Bakının “Gənclik” parkında ağacəkmə aksiyası keçirilib VİDEO

Product image

21:47 Əhmədli qəsəbəsindəki 120 yaşlı məscid Heydər Əliyev Fondunun təşəbbüsü ilə bərpa edilib VİDEO

Product image

21:41 Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image

01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib

Product image

01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib

Product image
Təqvim