reklam
USD
16 ℃
EUR
BAKI

Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

MÜSAHİBƏ / 14.10.2025 21:21

Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir


Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Yaxın Şərq üzrə Sülh Sammiti ən mühüm beynəlxalq hadisələrdən biri kimi tarixə düşdü. Azərbaycan Prezidenti İlham Əliyevin bu mühüm Sammitə dəvət olunması ölkəmizin artan beynəlxalq nüfuzunun, sülh və təhlükəsizlik məsələlərindəki konstruktiv rolunun bariz göstəricisidir.

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Azərbaycan öz torpaqlarını erməni işğalından azad etməsindən sonrakı dövrdə yalnız dağıdılmış əraziləri bərpa etməklə kifayətlənməyib, onları dayanıqlı inkişafın nümunəsinə çevirən azsaylı ölkələrdən biridir. Qarabağ və Şərqi Zəngəzur bu gün təkcə dirçəlişin rəmzi deyil, həm də yaradıcılıq, həyata dönüş və etimadın möhkəmləndirilməsi üzərində qurulan yeni sülh fəlsəfəsinin modelidir. Münaqişədən sonra ərazilərin adaptasiyası və sosial reabilitasiyası sahəsində qazanılan təcrübə Bakıya təkcə bəyanatlar deyil, real həllər təklif etmək imkanı verir. Buraya məcburi köçkünlərin qayıdışının təşkili, infrastrukturun bərpası və azad olunmuş torpaqların ümummilli inkişaf prosesinə inteqrasiyası istiqaməti daxildir. Bu təcrübə dünyanın müxtəlif regionlarında böyük maraq doğurur. Azərbaycan sübut edib ki, sülhə gedən yol inkişafdan, təhsildən, innovasiyalardan və yaşıl texnologiyalardan keçir. Yəni, sadəcə, bəyanatlardan deyil, real addımlardan ibarətdir.

Parlamentarinin sözlərinə görə, Prezident İlham Əliyevin Şarm əl-Şeyx Sammitinə dəvəti Azərbaycanın ardıcıl və balanslı xarici siyasətinin məntiqi nəticəsidir. Bakı suverenliyə hörmət, bərabərlik və qarşılıqlı fayda prinsipləri əsasında münasibətlər qurur, dialoqu və etimadı dəstəkləyən tərəf kimi çıxış edir. Azərbaycan həm ərəb dünyası, həm də İsraillə konstruktiv münasibətləri qoruyaraq, qərəzsiz və ikili standartlardan uzaq siyasət yürüdən nadir ölkələrdən biridir. Region dövlətləri Azərbaycanı vasitəçilik missiyasını yerinə yetirməyə və ideoloji şüarlardan deyil, praktiki həllərdən çıxış etməyə qadir etibarlı tərəfdaş kimi dəyərləndirirlər. Bu dialoq qabiliyyəti Bakının Yaxın Şərq proseslərində iştirakını daha da əhəmiyyətli edir. Azərbaycan Misir, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələri möhkəmləndirib, iqtisadi və humanitar sahələrdə əməkdaşlığı genişləndirir, eyni zamanda, İsrailin strateji tərəfdaşı olaraq qalır.

Sevinc Fətəliyeva qeyd edib ki, Prezident İlham Əliyevin Misirdə keçirilən Sammitdə iştirakı Azərbaycanın son aylardakı diplomatik gündəliyinə təbii olaraq uyğun gəlir. Dövlətimizin başçısı BMT Baş Assambleyasından tutmuş Avropa Siyasi Birliyi, Türk Dövlətləri Təşkilatı və MDB sammitlərinədək bir çox beynəlxalq platformalarda ölkəmizi uğurla təmsil edib. Azərbaycan bu platformalarda daim eyni prinsiplərlə çıxış edir: beynəlxalq hüququn qorunması, suverenliyə hörmət, dövlətlərin bərabərliyi, enerji və nəqliyyat təhlükəsizliyi, dayanıqlı inkişaf. Bu ardıcıllıq Azərbaycanın müstəqillik, maraqların balansı və praqmatizm üzərində qurulan diplomatiyasına beynəlxalq etimadı daha da gücləndirir.

"Azərbaycan beynəlxalq proseslərdə, sadəcə, müşahidəçi rol ilə kifayətlənmir. Ölkəmiz enerji, nəqliyyat və humanitar təşəbbüslər də daxil olmaqla əməkdaşlığın yeni formatlarını fəal şəkildə formalaşdırır. Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir. Bu, Bakını qlobal proseslərin iştirakçısından daha çox, yeni sülh və təhlükəsizlik arxitekturasının vacib halqasına çevirir. Etimad böhranlarının getdikcə dərinləşdiyi bir dövrdə Azərbaycan alternativ təklif edir - ayıran deyil, birləşdirən diplomatiya. Prezident İlham Əliyevin Şarm əl-Şeyxdəki Sülh Sammitində iştirakı isə bu siyasətin, yəni, inkişaf yolu ilə sülh siyasətinin ən aydın təcəssümüdür”, - deyə deputat vurğulayıb.



Oxunub: 6






SON XƏBƏRLƏR

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim