Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək
CANLI TV / 02.08.2025 00:30
Direktor: "Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək
"Abşeron” mədə-bağırsaq sanatoriyasının "Abşeron” sağlamlıq mərkəzi qastroenteroloji xidmətlərlə yanaşı, uroloji konseptin inkişaf etdirilməsini hədəfləyib.
"carciTV" xəbər verir ki, bunu "Kurort" Qapalı Səhmdar Cəmiyyətinin direktoru Çingiz Hacıyev "Abşeron” mədə-bağırsaq sanatoriyasına təşkil edilən mediatur zamanı jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bunun üçün mərkəz diaqnostik və terapevtik avadanlıqlarla təmin olunub: "Müasir avadanlıqlar qonaqlarımıza mədə-bağırsaq, uroloji və digər ümumi profilli terapevtik prosedurlar almağa imkan yaradacaq. Yeni təmirdən çıxmış mərkəz 3 mərtəbədən ibarətdir. Burada banyaterapiya, fizioterapiya üzrə avadanlıqlar və xidmətlər mövcuddur. Elektromaqnit, lazer, ultrasəs, SPA kapsullar, quru hidromasaj kimi müasir texnologiyalar tətbiq olunur. 3-cü mərtəbədə hotel otaqları istifadəyə verilib".
Çingiz Hacıyev vurğulayıb ki, yalnız yollayış alanlar deyil, istənilən şəxs oraya gedərək sanator-kurort müalicə paketi ala və istirahət edə bilər: "Abşeron” sanatoriyası 19 hektar ərazidə yerləşir, burada gözəl park zonası var. Sanatoriyada həm müalicə almaq, həm də istirahət etmək mümkündür”.
Direktor diqqətə çatdırıb ki, hazırda "Kurort” Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində olan digər sanatoriyalarda da təmir işləri gedir, şərait daha da yaxşılaşdırılır. "Ötən ay "Bilgəh”də yeni rekonstruksiyadan çıxmış korpus istifadəyə verilib. Növbəti mərhələdə "Günəşli” və "Abşeron” sanatoriyalarının yeni korpusları, Naftalanda isə sanatoriya istifadəyə veriləcək. Həmçinin tibbi və xidmət personalının bacarıqlarının artırılması istiqamətində işlər davam etdirilir", - deyə o qeyd edib.
2026-01-04
03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA
2025-12-26
03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV
2025-12-25
01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür
2025-12-24
01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
XƏBƏR ARXİVİ
TƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Əlaqə
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Haqqımızda
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
İDMAN13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək
18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq
23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
Təqvim
