reklam
USD
11 ℃
EUR
BAKI

EŞQ NƏDİR?

NƏŞR / 29.04.2026 02:03

                              EŞQ


Eşq - bir sualdır ki, cavabı yoxdur,

İçimdə dolaşır min fikir kimi.

Nə qədər axtarsam, sonu görünmür,

Bir ömür içində gizli sirr kimi.


Bir baxış toxunur zaman üzünə,

Sükut danışırsa, söz susur onda.

Qəlbim öz dərdini gizlədir yenə,

Sevgi itgin düşür bəzən həyatda.


Nədir bu duyğunun başlanğıc yeri?

Bir anla doğulur, bir ömür qalır.

Ya işıq gətirir qaranlıq gecə,

Ya da ki, içində bir odu qalır.


Sən demə sevgi də bir yol kimidir,

Gedən də azacaq, qalan da yanır.

Bəlkə də ən doğru gerçək budur ki,

Eşqin mehrabında bir az da sınır.


                                              EŞQ NƏDİR?


İnsan varlığının ən qədim suallarından biri budur: EŞQ nədir və harada başlayır? Bir qadının saçından öpülən nəvazişdədirmi, yoxsa aclığı kəsən bir tikə çörəyin müqəddəsliyindədirmi? Bu iki obraz bədən və çörək əslində iki böyük həqiqətin qapısını açır: EŞQ həm maddənin içində doğulur, həm də mənanın içində tamamlanır. Psixologiya insanın daxilində iki əsas ehtiyac olduğunu deyir:

1. Bədən yaxınlığı ehtiyacı (intimlik, şübhəsizlik, sevildiyini hiss etmək). Yataqdan sonra qadının saçından öpmək oxşamaq deyil, sahib olmaq deyil. Bu psixikada təhlükəsizlik siqnalıdır. İnsan toxunduğu və nəvaziş göstərdiyini öpəndə "sən mənim üçün dəyərlisən” mesajını verir. Bu həm də psixoloji bütövlüyün simvoludur. Ona görə Fransız psixoloqu Jacques Lacan deyirdi: "EŞQ, sənin məndə olmayan şeyi mənə bəxş etməyindir.” Bir qadının saçı onun ruhunun yumşaqlığıdır. Bunu öpmək zəifliyini qəbul etmək, sevdiyin insanla birləşmək deməkdir.

2. Minnətdarlıq və qorunmaq ehtiyacı (doymaq, yaşamaq, güvən tapmaq). Ac adamın çörəyi öpməsi isə EŞQ deyil, yalnız aclıqdan qurtuluş deyil bu insanın ən qədim minnətdarlıq instinktidir. Çörək öpmək şüuraltı olaraq "həyat mənimlədir” mesajıdır. Burda EŞQ bir insana deyil, varlığa yönəlir. Bu iki ehtiyac yaxınlıq və minnətdarlıq birləşəndə psixoloji harmoniya yaranır. Bu harmoniya olduqda, insan EŞQin həm yumşaqlığını, həm gücünü yaşayır. Fəlsəfədə "EŞQ” haqqında ən qədim fikir Heraklitə aiddir: "Kainatı birləşdirən qüvvə ziddiyyətlərin harmoniyasıdır.” EŞQ də belədir. İki ziddiyyət olan: bədən maddənin ehtirası, çörək ruhun ehtiyacı bir yerdə nəzərdən keçiriləndə EŞQ ortaya çıxır. Platon isə EŞQi iki hissəyə bölürdü:

a) Eros — bədənə yönələn EŞQ: Bu saçdan öpüşün dilidir. İnsanın gözəlliyə, toxunuşa, yaxınlığa meyli.

b) Agape — ruhu qidalandıran EŞQ: Bu, çörək öpüşün dilidir. Fədakarlıq, minnətdarlıq, mərhəmət. İnsan yalnız Erosla yaşayarsa, EŞQ ehtirasa çevrilib ölər. Yalnız Agape ilə yaşayarsa, EŞQ qurbanlığa çevrilib yorular. EŞQ bu iki qüvvənin elə bir nöqtəsidir ki, nə ehtiras insanı kor edir, nə fədakarlıq onu əzir.

İslamda EŞQ yalnız hiss deyil, həm də əməldir. Quranda "məhəbbət” sözü daha çox "rəhmət” və "mərhəmət”lə yanaşı keçir. Çünki EŞQ insanı yalnız həyəcanlandırmır insanı yumşaldır. Peyğəmbər (s.a.s) buyurur: "İnsanlara mərhəmət etməyənə Allah mərhəmət etməz.” Burada EŞQ həm qadının saçında, həm çörəyin müqəddəsliyindədir: Qadının saçını öpmək Allahın yaratdığı bir gözəlliyə hörmətdir. Çörəyi öpmək Allahın nemətinə şükrdür. İçində EŞQ olan insan nə qadını alçaldar, nə çörəyi ayaq altında qoyar.

Tarix boyu böyük mədəniyyətlər EŞQ üzərində qurulub. Çünki EŞQ insanı dəyişdirən tək qüvvədir. Nizami Gəncəvinin "Leyli və Məcnun”u sevginin ahəngləndirici gücüdür. Məcnun qadının saçını öpməyən EŞQdir, amma Leyli üçün dünyadan keçməsinə səbəb olan EŞQdir. Bu Agape EŞQin zirvəsidir. Füzulinin "Aşıq olduğu aləmi görməyən yanar” fikri EŞQin insanın idrakını necə böyütdüyünü göstərir. Sufi düşüncəsi EŞQin insanı "özündən çıxarıb” Allaha yaxınlaşdırdığını deyirdi. Orda bədən öpüşü də, çörək öpüşü də bir həqiqətə aparır: EŞQin içində fani olmaq.

EŞQ həm insanı yüksəldən, həm də yandıran od olub. EŞQ olmasaydı nə Mesopotamiya poemaları yaranardı, nə Yunan fəlsəfəsi dərinləşərdi, nə İslam irfanı inkişaf edərdi. Bu iki obrazın arasında gizli bir həqiqət var: İnsan həm bədəndir, həm ruhdur - EŞQ bu iki varlığın dialoqudur. EŞQ nə yatağın istiliyinə sığır, nə bir çörəyin müqəddəsliyinə. EŞQ bunların arasında doğulan bir haldır: insan qadının saçını öpəndə onu Tanrının yaratdığı bir incəlik kimi görürsə, insan çörəyi öpəndə həyatın içindəki neməti dərk edirsə, o zaman EŞQ həm maddənin, həm mənanın tərcüməsi olur.

EŞQ bir toxunuşun mənasıdır. EŞQ bir tikənin dəyəridir. EŞQ insanın dəyəri tanıya bilməsidir. Ən güclü həqiqət isə budur: EŞQ bədəni qidalandıran ehtirasla ruhu qidalandıran minnətdarlığın birləşdiyi nöqtədə yaranan ilahi enerjidir. Bu enerji insanı dəyişdirir, böyüdür, yetkinləşdirir, hətta bəzən yandırır. Amma onu yaşayan insan bir daha əvvəlki kimi olmur!...

Rahib KƏRİMLİ,

yazıçı-jurnalist



Oxunub: 58






SON XƏBƏRLƏR

2026-04-29

02:03 EŞQ NƏDİR?

Product image

00:50 MÜSBƏT BAXIŞIN HƏYATIMIZA MÜSBƏT TƏSİRLƏRİ

Product image

2026-04-25

02:19 Azərbaycan Prezidenti İlham Əliyev və Latviya Prezidenti Edqars Rinkeviçs mətbuata bəyanatlarla çıxış ediblər

Product image

01:22 Azərbaycan–Latviya münasibətlərində keyfiyyətcə yeni mərhələ

Product image

2026-03-06

16:03 Azərbaycan Prezidenti cənab İlham Əliyevin İranın Azərbaycana qarşı dron hücumu ilə bağlı çıxışından təsirlənərək MÜRACİƏT

Product image

03:52 Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

Product image

03:17 POEZİYA DƏQİQƏLƏRİ Elnarə BABAYEVA

Product image

03:05 Sürücülər

Product image

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Haqqımızda

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim