reklam
USD
24 ℃
EUR
BAKI

Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

NƏŞR / 21.06.2025 11:07

Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı


    Adi adamlar haqqında yazmaq, adətən, elə də çətin olmur. İnsanlar, onların malik olduqları mənəvi keyfiyyətlər, cəmiyyətin bütün bunlarla bağlı minillərdən bəri formalaşmış aydın təsəvvürləri düşüncələrini ipə-sapa düzməkdə köməyinə çatır. Həyat və fəaliyyəti ilə ali dəyərlərin canlı simvoluna çevrilmiş əsl şəxsiyyətlər haqqında yazmağa başlayarkən isə istər-istəməz tərəddüdə qapılırsan. Yazıya hansısa konkret bir təəssüratdan başlamaq, əsas diqqəti nələrə yönəltmək və qələmə aldıqlarının - haqqında yazmaq istədiyin şəxsiyyətin böyüklüyünü nə dərəcədə əhatə edəcəyini müəyyənləşdirmək o qədər də asan başa gəlmir.

   Antik yunan filosofu Platon yazırdı ki, kamilliyə can atan insanlar üçün ən gərəklisi qanunlar haqqında elmdir. Ədalətə, haqqa, qanuna bağlılıq bəşər sivilizasiyasının qədim dövrlərindən həqiqətən də insanlığı səciyyələndirən, onu dünyanın ən ali varlığına, zinətinə çevirən ülvi keyfiyyət sayılıb. Yaşadığı zaman və məkandan asılı olmayaraq daxilindəki işığa doğru üz tutan, ədalətə tapınan insanlar bütün cəmiyyətlərdə sevilib-seçilirlər. Parlaq şəxsiyyətləri, yüksək mənəvi idealları ilə tanınan belə insanların həyat amalı, ilk növbədə, onların cəmiyyətə fayda verən fəaliyyətində real təcəssümünü tapır.

    Daşdəmir Əjdəroğlu məhz bu tip kateqoriyaya aid insanlardandır. İnsan doğulduğu mühitin övladıdır. Onun sonrakı həyat mərhələrindəki bütün fəaliyyəti elə həmin mühitin ab-havasından ruhuna hopmuş hiss və duyğuları ilə formalaşır, məzmun səciyyəsi almağa meyillənir. Həm də insanın əsl şəxsiyyət kimi yetişməsində zamanın da böyük və əhəmiyyətli rolu olur. Çünki insan zamanla şəxsiyyətə çevrilir. Əlbəttə ki, daxili aləminin daha alt qatındakı keyfiyyətləri zamanla çulğaşaraq, onun bütöv insan kimi yetişməsində, sağlam təfəkkür, doğru, düzgün məntiqi düşüncə, dolğun təxəyyül sahibi olmasında böyük rol oynayır və o, həqiqi şəxsiyyət statusu alır.

    Daşdəmir Əjdəroğlu həmçinin, sözün əsl mənasında ömrün ən dəyərli anlarını doğurdan da əsl insan, əsl şəxsiyyət olmaq üçün yaşayıb desək səhv etmərik. Onun daxili aləminin portretini cızarkən, doğurdan da əsl insana xas bütün xüsusiyyət və məziyyətlərin bu cizgilərdə necə də əks olunduğu, ən xırda detal və ştrixlərin dəyərli insan Daşdəmir Əjdəroğlunun daxili aləminin ən dərin qatından baş qaldırdığının, cilalanıb sahibinə əsl qiymətin verilməsi üçün necə də təşnələnməsinin şahidi olursan. Doğurdan da, insana onun layiq olduğu dəyəri verəndə, həmin dəyərin çəkisinin ağırlığı, nə qədər çox baha və ağır gəldiyini görürsən.

   Daşdəmir Əjdəroğlu da respublikada dəyərinin və sanbalının çəkisi çox ağır gələn nümunəvi jurnalistlərdən, bacarıqlı, əsl işgüzar insanlardandır. Onun günümüzə qədərki cəmiyyət həyatı, ictimai sfera və əmək fəaliyyətinə nəzər salsaq, zəngin və rəngarəng panoramanın şahidi olarıq. Vətən, xalq və dövlət qarşısandakı xidmətlərinin silsilə şəklində artan dinamik inkişaf mərhələsi, bu insanın layiqli vətəndaş statusu qazanmasına bir daha müsbət stimul verən amillər sırasındandır. Bütün bu akademik göstəricilər, işgüzar, potensial, kreativ, ictimai düşüncəyə malik bir insanın, ölkənin bir nömrəli rəsmi qəzetində tutduğu prinspial mövqeyi, düz, səlis, aydın, ürəkaçan fəaliyyəti ilə müşahidə ediləndir.

    İnsan doğurdan da əməlləri ilə tanınır, sevilir, hörmət, nüfuz sahibi olur, xalqının gözündə ucalır, əziz tutulur, vətəndaşı olduğu ölkənin inkişafı üçün bütün səy və bacarıqlarını əsirgəmir, gördüyü işlərlə daim diqqət mərkəzində olur, dövlətin etimadını qazanır, ona tapşırılan işlərin öhdəsindən bacarıqla gəlir, sınağından əsl şəxsiyyət kimi çıxır, vətən qarşısındakı sədaqət və dönməzliyi daim qiymətləndirilir.

   Duyğuların həssaslığı, insanın qeyri-adiliyini üzə çıxardır. Düşüncənin fikir kamilliyini üzə çıxardan, ruhun həyat qayəsidir. Sevginin həyat alqısı, daima həyatın dəyərini ortaya qoyur. Hisslərin yaratdığı duyğular Sözə çevriləndə, ruhun ağrı-acısı unudulur. Daşdəmir Əjdəroğlunun mənəvi dünyasının duyumu həyatın enişli-yoxuşlu mənzərəsini özü ilə daşıyır. Duyğularının həssaslığı insan ruhunun həyata şüurlu münasibətini açıqlayır.

     İnanırıq, dəyərli, işgüzar insan Daşdəmir Əjdəroğlu bundan sonrakı bütün fəaliyyətində uğurlu imzaları ilə yadda qalacaq, daha mükəmməl ictimai proqramları üçün yaradıcı və qurucu zəka nümayiş etdirəcəkAzərbaycan və dövlətçilik maraqları yolunda uğurlarınız daha bol olsun, əziz dost!

     Bu gün sənin günündir. Səmimiyyəti ilə sevilən Daşdəmir Əjdəroğlu! Ustad yaşın, Qələm yaşın, Söz yaşın mübarək! Sən məmləkətimizin sayılan Söz, seçilən Qələm adamı olmaqla yanaşı həm yaxşı dostsan. Hər zaman belə gənc və gümrah qal! Doğum günün mübarək! 

Rahib KƏRİMLİ,

Yazıçı-jurnalist



Oxunub: 81






SON XƏBƏRLƏR

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image

2025-06-19

18:03 Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində

Product image

2025-06-11

01:16 Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb

Product image

01:11 Azərbaycanda işığın qiyməti ilə bağlı YENİ QANUN

Product image

01:03 Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib

Product image

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image

2024-07-21

02:28 Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim