reklam
USD
23 ℃
EUR
BAKI

Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

NƏŞR / 21.06.2025 10:40

Səmimiyyət və durustluk mənbəyi 

   Sabah İyun ayının 21 gözəl insan, əziz dostum, qardaşım, həmkarım Daşdəmirin 60 yaşı tamam olur. Bu yaşın yarısından bir qədər də artıqdır ki, onu tanıyıram. İlk əvvəl sadəcə tanış olduq . Bu o zamanlar idi ki, jurnalistlər və poleqrafçılar adətən "Azərbaycan", nəşriyyatında tanış olur, ünsiyyət qurur dost, qardaş olurdular . Daşdəmirlə tanış olduğum çağlar, onun Ədalət qəzetində fəaliyyətə başladığı illərə təsadüf edir . İlk tanışlıqla sözümüz düz dəlməsədə, bu çəlimsiz, ötkəm oğlanda xoşum gəldi. Hər bir zarafata özünəməxsus qabarması var idi- bir də mənimlə belə zarafat eləmə. Görəndə ki, bu ötkəmlik keçmir," Qardaş, olar mənimlə belə zarafat etməyəsən, yumsalırdı. Dedim baş usta , daha eləmərəm .
Ayla illər keçdi
Bütün qeyd etdiklərimi bir gündə, bir ayda, olmayıb, aradan illər keçib. Aramızda 10 il, 1ay və bir gün fərqimiz olsa da söz söhbətimiz həmişə səmimiyyət üzərində qurulub, bəzən ən kobud zarafatlarımız belə . Biri birimizi sınadığı iz vaxtlarda olub. Bu sınaqdan üzü ağ çıxa bilmişik ki, dostluğumuz bugünə qədər davam edib.

Səmimi və dürüst insan

Əjdər kişi oğlu Dasdəmirə elə tərbiyə verib, elə yetişdirib ki, O həyatımda tanıdığım ən səmimi və dürüst insanlardan biridir. Daşdəmir elə bir insandır ki, onun vətənsevərliyi, insansevərliyi səmimiliyi və dürüstlüyü ilə tam bir vəhdət təşkil edir.
Doğrusunu deyim ki, onun nə vaxtsa, əsəbləsdiyini, görməmişəm, is vaxtı istisnadır . Qəzetçilik elə bir işdir ki, əsəbləşmədən olmaz . Həyatının ən ağır günlərində belə, onun nədənsə narazılıq etdiyini də, ğörmədim. Bu da Daşdəmirin Allaha iman gətirərək təvəkkül etməsindən doğan şükranlıq hisslərindən irəli gəlir.
Daşdəmir qardaşım elə bir insandır ki, onunla qarşılaşan hər kəs ondan güclü müsbət enerji alır . Bunu dəfələrlə özünə də demişəm, Bir vaxtlar mənim zarafatlarımdan cınrayan Daşdəmir, indi özü də zarafatsız ötüşə bilmir . Çünki insanın bəzən səmimi zarafatlara da ehtiyacı olur.

Həm jurnalist, həm poliqrafçı

Müasir jurnalistlərin böyük əksəriyyəti mətbəənin, poleqrafiyanın, qəzet çapının nə olduğunu belə bilmirlər . Daşdəmirin əmək fəaliyyətinə başladığı dövürdə qəzetdə məsul katib, yaxud məsul katibin köməkçisi kimi işləmək çox ağır vəzifə idi. Gələcək jurnalist üçün ən önəmli məsələ universiteti bitirmək idisə, ikinci pillə redaksiyada məsul katib işləyib, qəzetçiliyin sirrlərini öyrənmək idi. Çünki istədiyini bir isə başladıqda ilk əvvəl onun təməlində başlamaq lazımdır ki, yüksəldikdə yıxılmayasan . Daşdəmir də, bütün çətinliklərə, agırlıqlara baxmayaraq, qəzetciliyə, məhz bu sahədən başladı, və bugün də dövlətin ən nüfuzlu qəzetlərindən biri olan "Azərbaycan" qəzetində çalışmaqda davam edir.

Yazar, publisist, şair və gözəl oçerklər müəllifi


Daşdəmir jurnalistikanın bütün sahələrində qələmini uğurla sınaqdan keçirmək gücünə malik olduğunu da, tam təsdiq edib. O, gözəl publisist, şair, mükəmməl portret oçerklər müəllifidir . Bir neçə biri birindən maraqlı kitabların müəllifi kimi də tanınır . Bütün bunlarla yanaşı Daşdəmir həm də mükəmməl qəzetçudir. Fəaliyyətini tam olaraq qəzetciliyə həsr etmiş bir insandır.
Bildiyiniz kimi, media qəzetcilikən başlayır. Bu yaxınlarda 150 illik yubileyinə hazırlaşdigımiz Azərbaycan mediasının təməlini də"Əkinçi" qəzeti ilə, məhz Həzən bəy Zərdabi qoyub .
Bugün dünyanın hər yerində olduğu kimi, ölkəmizdə də elektron mediaya üstünlük təşkil edir. Amma elektron media heç zaman qəzetçiliyi üstələyə bilməz, çünki onun sükanı Daşdəmir kimi qəzetçi jurnalistlərin əlindədir .

Dostluq və səmimiyyət

Müasir dövrümüzdə Daşdəmir Əjdər oğlu Tağıyev qədər dostluğa, səmimiyyətə, dürüstlüyə dəyər verən insan tapmaq çox çətindir. Onun bir çox dostlarını şəxsən tanıdıgım üçün deyə bilərəm ki, Daşdəmir dostları da zərgər dəqiqliyi ilə seçməyi bacaran insandır.
Bugün 60 illik yubileyini qeyd etdiyimiz insanın da həyatı hər zaman sakit və rahat keçməyib. Bütün yaşadığı məqama çatmaq üçün bir çox hədəfləri dəfə etməli olub . Həmin hədəfləri də özünəməxsus tərzdə, əyilmədən, heç kimə minnət qoymadan dəfə edə bilib .
Açığını deyim ki, Prezidentin sərəncamı ilə jurnalistlər üçün evlərin tikintisinə başlayanda ən çox arzuladığım Dasdəmirin həmin binalarda ev alması olub . Bu onun haqqı idi və bu ona layiq idi . Onu da qeyd edim ki, insanın öz evi olması onun dogal haqqı olmaqla, həm də vətəndaş olaraq haqqıdır.
Hesab edirəm ki, Daşdəmir haqq etdiyi şeylərdən ancaq birinə sahib ola bilib . Qarşıdan həm mətbuatımızın, həm də Daşdəmir qardaşımızın yubileyi gəlir. Bizim gücümüz təbriklərə çatır. Haqq etdiyini isə aidiyyəti qurumlar əskik etməsinlər

P.S. İlk öncədən qeyd edim ki, bu yazıdan Daşdəmirin xəbəri yoxdur. O da, sizin kimi yazını səhifəmdə oxuyacaq.
İkincisi, yazıdakı qüsur və səhvlərə görə hər birinizdən üzür istəyirəm, bu mənim telefon və kompüter bilgilərimin zəifliyindən irəli gəlir .
Əziz qardaşım, səni səmimi qəlbdən təbrik edir, bağrıma basıram. İngiltərənin baş naziri olmuş Uinston Çörçel deyib ki, mən heç kimə uzun ömür cansağlığı arzulamıram, bu Allahın işidir . Mən hər kəsə vaxt açıqlığı arzulayıram. Titanikdəkilərin hamısı sağlam, varlı və imkanlı insanlar idilər. Gəmi batdı da isə yalnız bir nəfərin bəxti gətirib.
Qardaşım, bəxtin həmişə acıq olsun, inşəallah, yüz yaşa!

Yusif SEYİD,
Poliqrafçı


Oxunub: 52






SON XƏBƏRLƏR

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image

2025-06-19

18:03 Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində

Product image

2025-06-11

01:16 Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb

Product image

01:11 Azərbaycanda işığın qiyməti ilə bağlı YENİ QANUN

Product image

01:03 Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib

Product image

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image

2024-07-21

02:28 Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim