Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının final qarşılaşmasının qalibi “Çelsi” komandası olub Azərbaycan Prezidenti İlham Əliyev final oyununa baxıb

CANLI TV / 30.05.2019 23:12
Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının final qarşılaşmasının qalibi "Çelsi” komandası olub
Azərbaycan Prezidenti İlham Əliyev final oyununa baxıb

Mayın 29-da Bakı Olimpiya Stadionunda keçirilən UEFA Avropa Liqasının final qarşılaşmasının qalibi "Çelsi” komandası olub.

CarciTV xəbər verir ki, Londonun "Arsenal” və "Çelsi” komandaları arasında baş tutan maraqlı final oyununa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri də baxıblar.

Azərbaycanın paytaxtında çoxdandır maraqla gözlənilən futbol yarışı uğurla baş tutdu.

Oyunu italiyalı referi Canluka Rokki idarə edib. Avropa Liqası tarixində ilk dəfə bu oyunda videonəzarət (VAR) sistemindən istifadə olunub. Bundan başqa, bu turnirdə ilk dəfə olaraq komandalar əlavə vaxt təyin olunacağı təqdirdə dördüncü əvəzetmədən istifadə etmək hüququ qazanıblar.

Final oyununun möhtəşəm açılış mərasimində ingiltərəli DJ, bəstəkar və remikser Conas Blu Bakı Olimpiya Stadionuna toplaşan azarkeşlərə unudulmaz anlar yaşatdı. O, möhtəşəm mərasimdə 150 yerli rəqqasla birlikdə səhnəyə çıxdı.

Şərq ilə Qərbin qovuşduğu Bakıda təşkil olunan bu möhtəşəm mərasimdə Conas Blunun bənzərsiz ifası azarkeşlərin coşqulu alqışları ilə qarşılandı.

Əsrarəngiz xüsusi effektlər "Odlar Yurdu” üzərində səmanı işıqlandırdığı zaman DJ Blu özünün ən böyük hitlərinin miksini ifa etdi. Bu, tamaşaçılara müsbət enerji verməklə final oyununda mübarizə aparacaq hər iki komandaya da ehtiramın ifadəsi oldu.

Mərasimin ən yadda qalan hissəsi Conas Blunun bənzərsiz ifasının sədaları altında "Çelsi” və "Arsenal” komandalarının nəhəng formalarının arenaya gətirilməsi oldu.

Açılış mərasimindən sonra turnirin kuboku arenaya gətirildi. Daha sonra "Arsenal” və "Çelsi” komandalarının futbolçuları meydana çıxdılar.

İki yüzdən çox ölkədə canlı yayımlanan final qarşılaşmasının birinci hissəsində bir neçə dəfə təhlükəli vəziyyət yaransa da, hesab açılmadı. İkinci hissəyə "Çelsi” daha fəal başladı. Bu fəallığın nəticəsində 49-cu dəqiqədə Oliviye Jiru öz komandasını 1:0 hesabı ilə önə keçirdi. Qarşılaşmanın 60-cı dəqiqəsində "Çelsi” hesabda üstünlüyünü artırdı. Budəfəki qolun müəllifi Pedro Rozdrigez oldu. Beş dəqiqə sonra "Arsenal”ın qapısına penalti təyin edildi. Penaltini dəqiq yerinə yetirən Eden Azar hesabı 3:0-a çatdırdı. "Arsenal” hesab arasındakı fərqi 69-cu dəqiqədə Aleks İvobinin möhtəşəm qolu ilə azaltmağa müvəffəq olsa da, iki dəqiqə sonra Eden Azarın vurduğu qolla "Çelsi” fərqi üç topa çıxardı: 4:1.

Maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşma elə bu hesabla da başa çatdı.

Bununla da "Çelsi” komandası UEFA Avropa Liqasının 2018-2019-cu illər mövsümünün qalibi oldu.

Matçda dubl edən Eden Hazard final qarşılaşmasının ən yaxşı futbolçusu seçilib.

"Çelsi”nin fransalı hücumçusu Oliviye Jiru isə vurduğu qol sayəsində UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün ən məhsuldar futbolçusu olub. O, cari mövsümdə bu turnirdə 11 dəfə fərqlənib.

Final matçından sonra qaliblərin təntənəli mükafatlandırılması mərasimi keçirildi.

Qalib komandaya kuboku UEFA prezidenti Aleksandr Çeferin təqdim etdi.

Bununla da "Çelsi” 2012-2013-cü il mövsümündən sonra ikinci dəfə UEFA Avropa Liqasının qalibi adını qazandı. "Arsenal” isə ikinci dəfə UEFA Avropa Liqasının finalında məğlub oldu.

Qeyd edək ki, bu oyunla peşəkar futbolda 851-ci dəfə meydana çıxan "Arsenal”ın çexiyalı qapıçısı Petr Çex final görüşündən sonra karyerasını başa vurub.

Daha bir maraqlı məqam ondan ibarətdir ki, final qarşılaşması ilə əlaqədar tamaşaçı tutumu 70 min yerə çatdırılan Bakı Olimpiya Stadionu bu baxımdan UEFA Avropa Liqasının tarixində 20 illik rekordu yeniləyib. Bakı Olimpiya Stadionu bu göstərici üzrə UEFA Avropa Liqasının final matçına ev sahibliyi edən stadionlar arasında ən çox tamaşaçı tutumuna malik arena olub. Belə ki, 1999-cu ildə "Parma” və "Marsel” komandaları Moskvanın 62 min tamaşaçı tutumuna malik "Lujniki” stadionunda üz-üzə gəliblər.

Xatırladaq ki, 2017-ci il sentyabrın 20-də UEFA İcraiyyə Komitəsi futbol üzrə UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final oyununun 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçirilməsi haqqında qərar qəbul edib. UEFA Avropa Liqasının final qarşılaşmasının Bakıda keçirilməsi ilə əlaqədar Azərbaycan paytaxtında silsilə tədbirlər təşkil olunub. Belə ki, UEFA Avropa Liqasının zəngin irsinin təbliği məqsədilə Bakıda ötən il dekabrın 22-dən bu il yanvarın 7-dək "UEFA Avropa Liqası Muzeyi” fəaliyyət göstərib.

Bu mötəbər futbol turnirinin kubok səyahətinə martın 9-da Cenevrədə start verilib. Martın 22-23-də Sevilya, martın 29-30-da Berlin, aprelin 5-6-da London, aprelin 12-də Milan, aprelin 20-də Moskva, mayın 10-da Parisdə olan kubok mayın 19-da Gəncədə, 21-də isə Cocuq Mərcanlıda nümayiş olunduqdan sonra Bakıya gətirilib.

UEFA Avropa Liqasının final qarşılaşması çərçivəsində keçirilən tədbirlərdən biri də martın 3-də "Bakı 2019: Ulduzlar Finalı” adlı qarşılaşma olub. Həmin oyunda məşhur futbolçular Yeju Dudek, Maykl Essien, Anderson Luis de Souza (Deku), Hamit Altıntop, Nihat Kahveci, Andrey Arşavin, Revaz Arveladze, eləcə də yerli veteran futbolçulardan Nazim Süleymanov və UEFA Avropa Liqasının Bakıda keçirilən final oyununun səfiri Vəli Qasımovun iştirakı ilə "Bakı 2019: Ulduzlar Finalı”nda "Qərb Ulduzları” və "Şərq Ulduzları” komandaları qarşılaşıblar.

UEFA Avropa Liqasının final matçının Bakı Olimpiya Stadionunda keçirilməsi ilə bağlı qərar son illər sürətlə inkişaf edən Azərbaycan idmanının qazandığı növbəti uğurdur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət idman siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilməsi nəticəsində bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Azərbaycanın son illərdə bir neçə mötəbər beynəlxalq idman yarışına - I Avropa, IV İslam Həmrəyliyi Oyunlarına, Formula 1 yarışına, 42-ci Ümumdünya Şahmat Olimpiadasına yüksək səviyyədə ev sahibliyi etməsi Azərbaycanın idman dövləti olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi. Təsadüfi deyil ki, bu gün ən mötəbər idman qurumları nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi hüququnu tərəddüd etmədən Azərbaycana verirlər. Belə ki, UEFA Avropa Liqasının final oyunu ilə yanaşı, 2020-ci ildə futbol üzrə Avropa çempionatının qrup mərhələsinin üç, dörddəbir final mərhələsinin bir oyununun, bu il iyulun 20-28-də Avropa Gənclərinin Yay Olimpiya Festivalının Bakıda keçirilməsi barədə qərarlar bunun göstəricisidir. İdmançılarımızın Olimpiada, dünya və Avropa, eyni zamanda, digər beynəlxalq idman tədbirlərində qazandıqları medalların sayının ilbəil artması dövlət səviyyəsində idman sahəsinə göstərilən diqqətin nəticəsidir. Təqdirəlayiq haldır ki, uşaqlar və gənclər arasında idmana böyük maraq var. Bütün bunlar digər sahələr kimi, Azərbaycan idmanının da inkişafının ən parlaq dövrünü yaşadığını nümayiş etdirir.




SON XƏBƏRLƏR

2019-09-21

Product image

23:03 DOST mərkəzləri müasir Azərbaycanın siması kimi

Product image

22:42 Bədən Tərbiyəsi və İdman Akademiyasında amputant şəxslər üçün qaçış təlimi keçirilib

Product image

22:27 Xaricdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şuralarının birinci toplantısı keçirilib

2019-09-20

Product image

00:33 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 87-ci kitabı çapdan çıxıb

Product image

23:49 Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə iştirak edib

2019-09-19

Product image

00:50 Bakıda Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub

Product image

00:47 Sürücünün yol polisi inspektorunu təhqir etməsi ilə bağlı hərəkətlərinə hüquqi qiymət verilib carciTV xəbər verir ki, sosial şəbəkələrdə sürücünün yol polisi inspektorunu təhqir etməsi ilə bağlı videogörüntü yayılıb.

2019-09-17

Product image

23:36 Bakı Dövlət Universitetinin rektoru birinci kurs tələbələri ilə görüşüb

Product image

23:35 Ombudsman “Sülh aylığı” çərçivəsində “Bilik günü” ilə bağlı silsilə tədbirlər keçirib

Product image

22:39 DİQQƏT! DİQQƏT! DİQQƏT!carciTV tərəfindən verilmiş bütün xidməti vəsiqələr etibarsız sayılır.

2019-09-16

Product image

09:03 Nuru paşa - Azərbaycan xalqının qəlbini fəth edən müzəffər komandan

XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

Seyid Füğara Ağa

20 Yanvar: müasir tariximizin şəhid qanı ilə yazılmış hünər səhifəsi FOTOKOMPOZİSİYA

ÇADIRDA YAŞAYAN AİLƏNİN HARAYI

Heydər Əliyevin vəfatından 14 il keçir

Qarabağ Müharibəsi Qazisinə biganəlikVİDEO

Şuşada Novruz bayramı - Tarixi foto

İdman Product image

14:44 Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 2-ci "AGF Junior Trophy" beynəlxalq turnirində təsnifat yarışları davam edir.

Product image

23:39 Futzal üzrə Azərbaycan milli komandası Serbiya yığmasına məğlub olub

Product image

09:46 UEFA Bakıda 3 yarışın ev sahiblərini açıqlayacaq

Maraqlı Product image

12:13 Dünyanın ən yaxşı pəhrizinin adı açıqlandı

Product image

10:12 Klassik avtomobillər sertifikatlaşdırılacaq

Product image

20:31 İt pişiyi belə xilas etdi - VİDEO

Təqvim