reklam
USD
16 ℃
EUR
BAKI

Neft Daşlarının 70 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilib

XƏBƏR / 07.11.2019 22:18
Neft Daşlarının 70 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilib


Noyabrın 7-də Neft Daşlarında ilk neftin çıxarılmasının 70-ci ildönümü günündə SOCAR rəhbərliyinin nümayəndələri və çoxminli kollektivinin təmsilçiləri xalqımızın ümummilli lideri Heydər Əliyevin Fəxri xiyabandakı məzarını ziyarət ediblər. Şirkət nümayəndələri müstəqil Azərbaycan dövlətçiliyinin memarı, ölkə iqtisadiyyatının inkişafında müstəsna rol oynamış yeni neft strategiyasının banisi ulu öndər Heydər Əliyevin unudulmaz xatirəsinə bəslədikləri dərin hörmət və ehtiramın ifadəsi olaraq onun abidəsi qarşısına əklillər qoyub, məzarı önünə tər çiçəklər düzüblər.

carciTV xəbər verir ki, həmin gün əlamətdar yubiley münasibətilə SOCAR-ın baş ofisində təntənəli mərasim keçirilib. Əvvəlcə Neft Daşlarına həsr olunmuş film nümayiş etdirilib. Filmdə Neft Daşlarının yaranması, Azərbaycan neftçilərinin ilk neftin çıxarılması üçün göstərdikləri şücaət və qəhrəmanlıq, ötən 70 ildə burada əldə edilmiş nailiyyətlər əks olunub.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Neft Daşlarının 70 illiyi münasibətilə Azərbaycan neftçilərinə təbrikini oxuyub.

Yubiley mərasimində geniş məruzə ilə çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev Neft Daşlarının fəth edildiyi dövrdə dəniz neftçilərinin ilk nəslinin göstərdiyi qəhrəmanlıq və fədakarlığın sonrakı nəsillər üçün örnək olduğunu vurğulayaraq deyib: "1949-cu ildə hələ dənizdə neft kəşfiyyatı və hasilatı sahəsində heç bir təcrübə yox idi, müasir texnologiyalar, norma və standartlar işlənilməmişdi. Geoloji strukturunun çoxlaylı olmasına, zəngin ehtiyatlarına görə unikal bir yataq olan Neft Daşlarında kəşfiyyat və istismar məqsədlərinə çatmaq üçün yeni və tamamilə fərqli yanaşmaya ehtiyac vardı. Azərbaycan neftçiləri bütün bu problemlərin öhdəsindən layiqincə gələ bildilər. Neft Daşlarında qazanılan zəngin təcrübə sonrakı dövrdə Xəzərin digər sahələrində axtarış-kəşfiyyat işlərinin sürətləndirilməsinə güclü təkan verdi, az müddətdə yeni yataqların kəşf olunmasına və istismara daxil edilməsinə yol açdı. Xəzərin qəhrəman fatehlərinin və onların ardıcılları olan dəniz neftçilərinin hünəri nəsillərə nümunədir”.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev Neft Daşlarının istismara başlanılmasının 70 illiyi münasibətilə neftçiləri təbrik edib və bildirib ki, bu hadisə Xəzər Dəniz Gəmiçiliyi üçün də əlamətdardır. Neft Daşlarının kəşfi ilə neftçilərlə gəmiçilər arasında yaranmış işgüzar əlaqələr bu gün də yüksək səviyyədədir. Rauf Vəliyev Azərbaycanın neft donanmasının da bu gün özünün 70-ci ildönümünü qeyd etdiyini bildirib, Azərbaycan dənizçilərinin də böyük neftçi ailəsinin ayrılmaz hissəsi olduğunu vurğulayıb.

Daha sonra SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə söz alaraq uzun illər çalışdığı Neft Daşlarının şanlı inkişaf tarixindən danışıb və deyib: "Məndən əvvəl çıxış edənləri dinləyərkən gözlərim önündə Xəzərdə keçən aylarım, illərim canlanır, "Əsrin müqaviləsi”nin işlənib hazırlanmasının və imzalanmasının iştirakçılarından biri kimi düşünürəm ki, indiyədək dənizdə gördüyümüz işlərin, əldə etdiyimiz nailiyyətlərin təməli Azərbaycan neftçilərinin dənizdə məskən saldıqları və məşhur Neft Daşlarının dünyaya səs saldığı vaxtdan qoyulub”.

Tədbirdə gənc neftçilər adından "Neft Daşları” neft və qazçıxarma idarəsinin (NQÇİ) İstilik elektrik stansiyasının baş mühəndisi Cavid Qocayev ölkə rəhbərliyi tərəfindən gənclərə göstərilən qayğıdan və həyata keçirilən islahat kursundan söhbət açıb, SOCAR-da çalışan gənclərin yeni çağırışlara cavab verdiklərini bildirib.

Sonra "Neft Daşları” NQÇİ-nin baş geoloqu Əhəd Abduyev Neft Daşlarının 70 illiyinə həsr olunmuş tədbir iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciətini oxuyub.

Tədbirin sonunda "Əsrin müqaviləsi”nin 25 illiyi münasibətilə fəxri adlara layiq görülən neftçilərə mükafatlar təqdim edilib.

Xatırladaq ki, Neft Daşları Xəzər dənizində, Bakı şəhərindən 110 kilometr şimal-şərqdə yerləşir. Dənizin bu yerində qara qayalıqlar olduğu üçün əvvəllər bura "Qara Daşlar” adlandırılırdı. Neft Daşları yatağını əfsanəvi geoloq Ağaqurban Əliyev kəşf etmiş və ilk dəfə açıq dənizdə neftçıxarma layihəsinin gerçəkləşdirilməsinə nail olmuşdur. 1949-cu il iyunun 24-də Neft Daşlarında birinci kəşfiyyat quyusunun qazılmasına başlanmış, noyabrın 7-də qazma işi uğurla başa çatdırılmış və yatağın işlənməsinə start verilmişdir.

İlkin dövrdə burada istismardan çıxarılmış yeddi gəmi batırılaraq qazma və yaşayış üçün şərait yaradılmışdır ki, Neft Daşlarının bir müddət xalq arasında "Yeddi gəmi adası” kimi məşhurlaşması da bununla əlaqədardır. 1951-ci ildə Neft Daşlarında hasil edilmiş ilk məhsul tankerlə sahilə göndərilmişdir. İstismar dövründə "Neft Daşları” (NQÇİ) ölkəmizin ümumi neft hasilatının 13 faizini birbaşa təmin etmişdir. Neft Daşlarının kəşfi Azərbaycanın neft sənayesində dönüş nöqtəsi olmuş və ölkəmizin tarixində ikinci neft bumuna yol açmışdır. Hazırda Azərbaycan neftinin böyük hissəsi dəniz mədənlərində çıxarılır. Neft Daşları SOCAR-ın dənizdəki yataqlarını bir-biri ilə əlaqələndirən və məhsulun sahilə birbaşa ötürülməsinə xidmət edən əsas kommunikasiya düyünüdür. SOCAR üzrə hasil olunan xam neft və təbii qazın 70 faizə yaxın hissəsi məhz Neft Daşları üzərindən sahilə ötürülür.


Oxunub: 393






SON XƏBƏRLƏR

2024-04-16

00:23 QƏLƏMLƏR NIYƏ KÜSDÜ? Uşaq hekayəsi

Product image

00:20 Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək

Product image

00:11 Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib

Product image

00:02 Prezident İlham Əliyevin Qəbələ rayonuna səfərindən görüntülər

Product image

23:46 Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub Dövlətimizin başçısı tədbirdə çıxış edib

Product image

2024-04-08

23:40 Yaş sizin həyatınıza əngəl deyil! 96 yaşlı kardioloq öz uzunömürlülük və mükəmməl sağlamlığının sirrini paylaşıb

Product image

23:20 Çörəyimizə gizli qatılan- Xərçəng yaradan 3 maddə

Product image

23:05 Azərbaycanda ən böyük büdcəyə sahib olan bələdiyyələr hansılardır? - SİYAHI + RƏQƏMLƏR

Product image

22:51 Yaxşı menecerlərin sahib olmalı olduğu 9 xüsusiyyət

Product image

22:10 Daha bir deputatın mandatı ləğv olunacaq

Product image

22:04 Şirkətdə idarəetmənin səviyyəsini müəyyən etmək üçün 18 əsas sual

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

21:55 Azərbaycan savatçıları İtaliyada 4 qızıl medal qazanıblar TƏBRİK EDİRİK

Product image

23:07 “Qarabağ” “Kəpəz”i məğlub edərək ölkə çempionluğunu rəsmiləşdirib

Product image

23:16 "Qarabağ"-"Bayer" oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-3

Product image
Təqvim