reklam
USD
18 ℃
EUR
BAKI

3 günlük yeni il tətili üçün 7765 manat qiymət “oxuyan” hotel hansıdır?

REPORTAJ / 11.11.2019 00:15
3 günlük yeni il tətili üçün 7765 manat qiymət "oxuyan” hotel hansıdır? 

Yeni il bayramına ay yarımdan artıq vaxt qalsa da, indidən ölkə ərazisində fəaliyyət göstərən hotellər qiymətlərini açıqlayıblar.
carciTV bildirir ki, bu ilki rəqəmlər ötən ildəkilərlə müqayisədə daha yüksəkdir. Rayonlardan və hotellərdən asılı olaraq, qiymətlər fərqlənir. Üstəlik, bir çox hotellərin tətil paketi 2 gecə 3 gün olduğu halda bəzilərində də 3 gecə 4 günlük paketlər var. Bütün bunlar isə qiymətə də təsir göstərir. Bundan başqa, gündə 3 dəfə qidalanma sistemi paketlərin əksəriyyətində var. Amma yenə də qiymətlər "dodaq uçuqladır".

Qiymətlərə diqqət edək:

Yeni İli "Cənnət Bağı Altıağac" İstirahət Mərkəzində keçirmək istəyənlər üçün iki istirahət paketi təqdim olunur.
1-ci paket
Tarixlər: 30.12.2019-02.01.2020 ( 3 gecə-4gün )

Qiymət: 335 AZN (1 nəfər üçün) 2-ci paket:
Tarixlər: 29.12.2019-02.01.2020 ( 4 gecə-5 gün)

Qiymət: 410 AZN (1 nəfər üçün)

Qiymətə Daxildir:
• Hoteldə gecələmə;
• Qidalanma (gündə 3 dəfə - Qala Şam yeməyi daxil)
• Yeni İL Gala gecəsi
• Əyləncələr: • Şaxta Baba və Qar Qız;



Keçək Şamaxı Palace Şaradil hotelinə. Burda isə 2 nəfərin bayram günlərində 2 gecə 3 gün keçirməsi 1255 manat təşkil edir.
Qiymətə daxildir:
-qidalanma 3 dəfə;
-hoteldə qalma;
-şou proqram;
-Yeni il gecəsi şam yeməyi.

Quba Palace Otelin qiymətlərinə diqqət edək. 27,28,29,30 dekabr, eləcə də, 2,3,4 yanvar tarixlərində 1 gecə 2 gün oteldə qalmaq istəyənlər üçün(2 nəfər üçün) tariflər aşağıdakı kimidir:
Deluxe Dağ Mənzərəli Otaq - 270 AZN
Deluxe Göl Mənzərəli Otaq - 290 AZN

Qiymətə daxildir:
Hoteldə gecələmə (2 gecə / 3 gün), (1 gecə/2 gün)
Qidalanma:
31 Dekabr (nahar və Gala Şam yeməyi)
1 Yanvar (Səhər və Şam yeməyi)
Şou Proqram
Fitness və SPA xidmətləri




Ən astronomik qiymətlər isə Şəkidə yerləşən Marxal Resort hotelindədir. Dekabrın 30-dan yanvarın 2-ə qədər 2 və 3 gecəlik paketlər rezerv olunduğu təqdirdə otaq tiplərinə görə tam pansion (gündə 3 dəfə qidalanma) və yeni il proqramı daxil olmaqla qiymətlər aşağıdakı kimidir:

2 gecəlik qiymətlər:
Standart otaq eyvansız 1560 manat (2 nəfərlik)
Standart otaq eyvanlı 1610 manat
Triple 2225 manat
Deluks Suite otaq 1780 manat
Orta ölçülü villa (6 nəfər) 4700 manat
Böyük ölçülü villa (8 nəfər) 5990 manat

3 gecəlik qiymətlər: 
Standart otaq eyvansız 2035 manat (2 nəfərlik)
Standart otaq eyvanlı 2110 manat
Triple 2880 manat
Deluks Suite otaq 2365 manat
Orta ölçülü villa (6 nəfər) 6135 manat
Böyük ölçülü villa (8 nəfər) 7765 manat




Bəli, hələ yeni ilin gəlişinə ay yarımdan artıq vaxt var. Amma bəzi hotellərin bayram qiymətləri insanın canına üşütmə salır. Gerçəkdən də Azərbaycanda 3 günlük tətil üçün, üstəlik də cəmi 2 nəfərə 7765 manat verə biləcək insanların mövcudluğu sual doğurur. Amma əminəm ki, bir-iki həftə sonra bu hotellərlə əlaqə saxlayanda sizə boş yer qalmadığı bildiriləcək.


Oxunub: 396






SON XƏBƏRLƏR

2024-04-16

00:23 QƏLƏMLƏR NIYƏ KÜSDÜ? Uşaq hekayəsi

Product image

00:20 Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək

Product image

00:11 Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib

Product image

00:02 Prezident İlham Əliyevin Qəbələ rayonuna səfərindən görüntülər

Product image

23:46 Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub Dövlətimizin başçısı tədbirdə çıxış edib

Product image

2024-04-08

23:40 Yaş sizin həyatınıza əngəl deyil! 96 yaşlı kardioloq öz uzunömürlülük və mükəmməl sağlamlığının sirrini paylaşıb

Product image

23:20 Çörəyimizə gizli qatılan- Xərçəng yaradan 3 maddə

Product image

23:05 Azərbaycanda ən böyük büdcəyə sahib olan bələdiyyələr hansılardır? - SİYAHI + RƏQƏMLƏR

Product image

22:51 Yaxşı menecerlərin sahib olmalı olduğu 9 xüsusiyyət

Product image

22:10 Daha bir deputatın mandatı ləğv olunacaq

Product image

22:04 Şirkətdə idarəetmənin səviyyəsini müəyyən etmək üçün 18 əsas sual

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

21:55 Azərbaycan savatçıları İtaliyada 4 qızıl medal qazanıblar TƏBRİK EDİRİK

Product image

23:07 “Qarabağ” “Kəpəz”i məğlub edərək ölkə çempionluğunu rəsmiləşdirib

Product image

23:16 "Qarabağ"-"Bayer" oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-3

Product image
Təqvim