reklam
USD
17 ℃
EUR
BAKI

NASA qanad çalan kosmik gəmi ilə Veneranın qaranlıq tərəfini tədqiq edəcək

XƏBƏR / 16.11.2019 00:41
NASA qanad çalan kosmik gəmi ilə Veneranın qaranlıq tərəfini tədqiq edəcək


Qanad çalan çərpələng formalı kosmik gəmi Venera planetinin qaranlıq tərəfini tədqiq etməyə kömək edəcək. carciTV xəbər verir ki, ABŞ-ın Buffalo Universitetinin mühəndisləri tərəfindən hazırlanmış bu aparat Ekstremal Ətraf Mühit və Zonaların Kəşfi (BREEZE) layihəsi çərçivəsində bio-şüalanma texnologiyası əsasında ərsəyə gətirilib. Bu kosmik gəmi ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyinin (NASA) İnnovasiyalı Qabaqcıl Konsepsiyalar (NIAC) proqramı daxilində seçdiyi 12 layihədən biridir.
Universitetin aerokosmik strukturlar və hibridlər laboratoriyasında hazırlanmış kosmik gəmi quşlar kimi qanad çalaraq Veneranın orbitindəki güclü küləklərin təsirini azalda biləcək. Kosmik gəminin bu planetin atmosferində dözümlülük səviyyəsini sınaqdan keçirmək məqsədilə ABŞ-ın ən küləkli yerlərindən birində test də keçirilib. Layihənin müəlliflərindən biri olan professor Cavid Bayandur bildirib ki, alimlər qrupu Yer kürəsində təbiət əlamətlərindən istifadə etməklə kosmik gəminin effektivliyini artırmağa çalışıb. Onun sözlərinə görə, yeni aparat sərt iqlim zonası və meridian küləklərinə davamlılıq üzrə sınaqlardan keçirilir. Kosmik gəmi hər beş gündən dördündə Veneranın ətrafında uçacaq. Enerji mənbəyi olacaq günəş panelləri isə qalan bir gün müddətində Veneranın işıqlı tərəfində uçmaqla batareyaları şarj edəcək.
Kosmik gəmi Veneranın qaranlıq tərəfində atmosfer və vulkan aktivliyi barədə məlumatlar da toplayaraq Yerə göndərəcək. Bunun üçün onun göyərtəsində ən müasir texnoloji cihazlar quraşdırılacaq.
Venera Günəş sisteminin ən asta fırlanan planetidir. O, Günəşin orbitində 225 gün, öz oxu ətrafında isə 243 gün müddətində fırlanır. Bu səbəbdən planetin günəş şüaları düşməyən qaranlıq tərəfi mövcuddur. Burada çoxlu miqdarda təhlükəli sulfat turşusu və 482 dərəcə Selsi temperatur olduğundan pilotlu kosmik gəmi və ya robotlu aparat göndərilməsi mümkün deyil. Ona görə də astronomlar qrupu onun atmosferini tədqiq etməklə kifayətlənir.


Oxunub: 395






SON XƏBƏRLƏR

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim