reklam
USD
10 ℃
EUR
BAKI

Akademik Arif Paşayev Xarkov Aviasiya İnstitutunun fəxri adları ilə təltif edilib

XƏBƏR / 25.11.2019 21:17
Akademik Arif Paşayev Xarkov Aviasiya İnstitutunun fəxri adları ilə təltif edilib


Ukraynanın N.Y.Jukovski adına Milli Aerokosmik Universitetinin Xarkov Aviasiya İnstitutunun rektoru, professor Nikolay Neçiporuk, Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski, "Azərbaycan Hava Yolları" QSC və "Silk Way" aviaşirkətinin prezidentlərinin müşaviri, akademik Dmitri Kiva, eləcə də universitetin və səfirliyin bir qrup nümayəndəsi "Azərbaycan Hava Yolları" QSC-nin nəzdindəki Milli Aviasiya Akademiyasında (MAA) olmuşlar.

Səfər zamanı qonaqlar "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərovla və Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevlə görüşmüşlər.

Görüş zamanı Ukrayna Milli Aerokosmik Universitetinin və Azərbaycan Milli Aviasiya Akademiyasının elm və təhsil sahələrində həyata keçirdikləri inkişaf strategiyasının aktual məsələləri, eləcə də tədris müəssisələri arasında əməkdaşlıq istiqamətləri müzakirə olunmuşdur.
Görüşdə professor Nikolay Neçiporuk Milli Aviasiya Akademiyasının rektoru akademik Arif Paşayevə N.Y.Jukovski adına Ukrayna Milli Aerokosmik Universitetinin Xarkov Aviasiya İnstitutunun "Fəxri elmlər doktoru" və "Fəxri professor" attestatlarını təqdim etmişdir.
Nikolay Neçiporuk bu fəxri adların Ukrayna Milli Aerokosmik Universitetinin Elmi Şurasının müvafiq qərarları əsasında MAA-nın rektoru akademik Arif Paşayevə elmin və təhsilin inkişafına verdiyi töhfəyə, aviasiya texnikasının diaqnostikasında müasir metod və vasitələrin tətbiq olunmasına, aerokosmik sahə üçün mütəxəssis hazırlığında görülən işlərə görə verildiyini qeyd etmişdir.
Görüş zamanı həmçinin Ukrayna Milli Aerokosmik Universiteti və Azərbaycan Milli Aviasiya Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır.
Sonra ukraynalı qonaqlar Azərbaycan Milli Aviasiya Akademiyasının infrastrukturu, elmi-praktik və tədris-təcrübə bazası ilə tanış olmuş, müəllim və tələbələri ilə görüşmüşlər.


Oxunub: 786






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim