reklam
USD
18 ℃
EUR
BAKI

Mərkəzi Seçki Komissiyasının Müstəqil Media Mərkəzi fəaliyyətə başlayıb

XƏBƏR / 14.01.2020 00:29
Mərkəzi Seçki Komissiyasının Müstəqil Media Mərkəzi fəaliyyətə başlayıb



Bu il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin yüksək səviyyədə hazırlanıb, geniş aşkarlıq şəraitində azad və ədalətli keçirilməsi üçün nəzərdə tutulan irimiqyaslı layihələr ardıcıl, sistemli və keyfiyyətlə həyata keçirilməkdədir. Müxtəlif statuslu seçki prosesi iştirakçılarının fəaliyyətinin asanlaşdırılması, onlara hərtərəfli kömək göstərilməsi, habelə ictimaiyyətin seçkilərlə bağlı dolğun və operativ məlumatlandırılmasına hədəflənən növbəti layihə çərçivəsində Mərkəzi Seçki Komissiyasının "Seçki - 2020” Müstəqil Media Mərkəzi yaradılıb.

carciTV xəbər verir ki, yanvarın 13-də Bakı şəhərindəki Hilton otelində Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov və Komissiya üzvlərinin iştirakı ilə "Seçki - 2020” Müstəqil Media Mərkəzinın açılışı olub. Yerli və beynəlxalq kütləvi informasiya vasitələrinin asan və sərbəst məlumat əldə etmələri üçün Mərkəzdə yaradılan hərtərəfli şərait və geniş imkanlarla yaxından tanış olan sədr M.Pənahov seçki subyektlərinə göstərilən xidmətin keyfiyyətini və səmərəliliyini daha da yüksəltmək üçün tövsiyələrini verib.

Qeyd edək ki, "Seçki-2020” Müstəqil Media Mərkəzi seçkilərin geniş və obyektiv işıqlandırılması, habelə seçkilərdə şəffaflığın daha yüksək səviyyədə təmin edilməsi üçün KİV nümayəndələrinə seçkilərlə bağlı məlumat əldə etmək və operativ şəkildə ictimaiyyətə çatdırmaqda yardım göstərilməsi məqsədilə yaradılıb. Bunun üçün Mərkəz yüksək tələblərə cavab verən müasir informasiya-kommunikasiya texnologiyaları və zəruri texniki avadanlıqlarla tam təchiz olunub, həmçinin ödənişsiz internet də media təmsilçilərinin ixtiyarına verilib.

Milli Məclisə seçkilər dövründə fasiləsiz fəaliyyət göstərəcək Müstəqil Media Mərkəzində mətbuat konfransları keçirmək və bəyanatlar vermək üçün hər cür şərait mövcuddur.

Müstəqil Media Mərkəzinin www.secki-2020.az internet səhifəsi artıq Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir. Səhifədə seçki prosesinin gedişi ilə bağlı məlumatlar, səlahiyyətli şəxslərin və ekspertlərin rəyləri, açıqlama və bəyanatlar yerləşdirilir, eləcə də seçkilərə dair foto və video görüntülər təqdim olunur.

"Seçki - 2020” Müstəqil Media Mərkəzinin əlaqə məlumatları:

Ünvan: Hilton otelinin "ONYX" zalı, telefonlar: (+99412) 565-50-31, e-mail: [email protected].


Oxunub: 482






SON XƏBƏRLƏR

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim