reklam
USD
4 ℃
EUR
BAKI

İlham Əliyev rusiyalı nazirlə görüşdü

Veriliş / 05.12.2017 12:18
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Rusiya Federasiyasının Rabitə və Kütləvi İnformasiya naziri Nikolay Nikiforovu qəbul edib.

Axar.az xəbər verir ki, görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən rabitə və texnologiyalar sahəsində uğurla inkişaf etdiyi qeyd olunub.

Rusiyanın Rabitə və Kütləvi İnformasiya naziri Nikolay Nikiforov Azərbaycan Prezidenti İlham Əliyev ilə 2011-ci ildə Kazan şəhərində İnformasiya Texnologiyaları Parkında görüşdüklərini, o zaman Prezident İlham Əliyevin orada xatirə kitabında fəaliyyət göstərməyə başlayan şirkətlərə yazdığı ürək sözlərini məmnunluqla xatırladıb. Nikolay Nikiforov qeyd edib ki, bu gün o, azərbaycanlı həmkarı ilə ölkəmizdə fəaliyyətə başlayan bir sıra start-up layihələri ilə də artıq tanış olub. Rusiyalı qonaq iki ölkənin texnologiya sahəsində əməkdaşlıq proqramının genişlənməsinin vacibliyini qeyd edib.

Nikolay Nikiforov XXIII Bakutel-2017 sərgisində 20-dən çox ölkənin, 190-dan artıq şirkətin, o cümlədən Rusiya Federasiyası şirkətlərinin və eləcə də müxtəlif ölkələrin bir sıra nazirlərinin iştirak etdiyini vurğuladı və bu tədbirin artıq rabitə sahəsində mütəxəssislərin ənənəvi görüş yerinə çevrildiyini məmnunluqla qeyd edib.

Prezident İlham Əliyev XXIII Bakutel-2017 sərgisinin önəmini qeyd edərək, Rusiya Federasiyasının bu tədbirdə yüksək səviyyədə təmsil olunmasından məmnunluğunu ifadə edib. Bu cür sərginin artıq ənənəvi xarakter aldığını qeyd edən dövlətimizin başçısı bunu müasir texnologiyalarla bağlı beynəlxalq əhəmiyyətli bir tədbir kimi dəyərləndirdi. Prezident İlham Əliyev Nikolay Nikiforovun ölkəmizə bu səfərinin əməkdaşlığın genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib.

Söhbət zamanı Azərbaycanın tranzit imkanlarından istifadə edilərək, poçt, TASIM layihəsi çərçivəsində əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.


Oxunub: 393






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim