reklam
USD
15 ℃
EUR
BAKI

Zərrabın Azərbaycandakı mülkləri də əlindən alınır - “Bank of Baku”, "Baku Electronics", “Qafqaz Lizinq” "Hyundai”...

XƏBƏR / 06.12.2017 09:17
Xəbər verdiyimiz kimi, hazırda ABŞ-da həbsxanada olan iş adamı Rza Zərrabın bütün mülkünü İstanbul Cümhuriyyət Baş Prokurorluğu müsadirə edib. Belə ki, Zərabla bərabər ona yaxın 23 nəfərin mülkü də müsadirə edilib. Türkiyə mətbuatı Rza Zərrabın Azərbaycandakı yatırımlarına da əl qoyulduğu barədə məlumat dərc edib.

Unikal.org-un məlumatına görə, Azərbaycanda ən məşhur banklardan biri olan "Bank of Baku”nun 40 faiz səhmdarı "NAB Holdinq” şirkətinə məxsusdur.

«NAB Holding»ə Nader Mohaghegh Oromi, Bahram Mohaghegh Oromi və Şahram Mohaghegh Oromi tərəfindən nəzarət edilir.

Məlumatlara görə, «NAB Holding»in sahiblərindən Şəhram Oromi Rza Zərrabın bacısının əridir.
Lakin şirkət rəhbərləri bunun Rza Zərrabla heç bir kommersiya əlaqəsi olmadığını bildirib.

Şirkət rəhbəri Omid Eromi baş verənlərdən narahat olduqlarını deyib: "Yanlış məlumat ola bilər. Mənim və şirkətimizin Zarrabla kommersiya heç bir əlaqəsi yoxdur. Özünü də son on ildə bir iki dəfə görmüşəm. Bu danışıqlar da təşkil olunan dəvətlərdəki qarşılaşmalar şəkilində olub".

Amma Türkiyə hüquq mühafizə orqanları bu holdinqin də Rza Zərrabla bağlı olduğuna israrlıdır. Bu şirkətə Rza Zərrabın əmisi Omid Mohaghegh Oromini və onun oğlu Şahram Mohaghegh Oromi rəhbərlik etdiyi üçün bu fakt sübuta yetirilir.

İddialardan sonra Rza Zərrabın bacısı əri Ş.Eromi "NAB Holdinq”in idarə heyəti üzvlüyündən də gedib.

«NAB Holding» Azərbaycanda "Auto Azerbaijan" avtomobil şirkətinə də nəzarət edir.
Ölkəmizdə "Hyundai” markalı avtomobillərin və sərnişin avtobuslarının eksklüziv rəsmi distribyutorudur.

Bununla belə, "Baku Electronics" şirkətinin sahibi və Samsung, Siemens, Bosch, Tefal, Nintendo, Moulinex, Sony, LG, Electrolux və Canon markaları ilə yanaşı və digər elektron avadanlıqlarının 80-a yaxın markasının rəsmi distribütorluğunu həyata keçirir və Azərbaycanda bu markalar istehlakçılara 50-dən çox satış nöqtəsi təklif edir.

Bununla belə, Baş ofisi İstanbulda (Türkiyə) yerləşən, başda pərakəndə olmaqla yanaşı avtomobil və maliyyə sahələrində də fəaliyyət göstərən NAB Holding-ə daxil olan "Qafqaz Lizinq” ASC şirkəti də 2007-cü ildən ölkəmizdə fəaliyyət göstərir. "Qafqaz Lizinq” ASC Azərbaycanda ilk mikrolizinq məhsulları təqdim edən lizinq şirkətidir.

Məlumatda qeyd edilir ki, bütün bu şirkətlərlə bağlı Türkiyə hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır və yaxın günlərdə R.Zərrabın Azərbaycandakı bu mülkləri də əlindən alınacağı iddia edirlir.


Oxunub: 566






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim