reklam
USD
24 ℃
EUR
BAKI

İntihar məktubunu şagird özü yazıb – Direktor müavini

Reportaj / 06.12.2017 12:20
Sagirdimizin intihar etməzdən öncə ailəsinə yazıb qoyduğu məktub onun Azərbaycan dili müəllimi tərəfindən də araşdırılıb. Müəllimi də təsdiqləyib ki, məktub İsmayılın özü tərəfindən yazılıb, xətt onun xəttidir.

Bu sözləri Axar.az-a Ağdaş rayon Ləki qəsəbə tam orta məktəbin direktor müavini Qumru Abbasova sözügedən məktəbin intihar edən 12 yaşlı şagirdinin ölümündən öncə ailəsinə yazdığı məktubla bağlı danışarkən deyib.

Direktor müavininin sözlərinə görə, İ.Adıgözəlov məktəbin ən yaxşı oxuyan şagirdlərindən olub və məktubdakı yazı üslubu da ona aiddir:

"Məktubu biz də araşdırmışıq, İsmayılın Azərbaycan dili müəlliminə də göstərilib. Müəllim özü də təsdiqləyib ki, onun xəttidir. İsmayıl yaxşı oxuyan uşaq olub. Danışığı və yazısı da yüksək səviyydə idi. Müəllimi də təsdiqləyib ki, cümlələr, cümlə quruluşu da, xətt də özünündür. Bəli, mətndə çoxlu hərf səhvləri var, sonda yazılan "Tovlaya bax” sözü də yanlış yazılıb. Ancaq burada söhbət intihardan gedir axı. O, bunu tələsik də yaza bilər. Ancaq biz təsdiqləyirik ki, məktub onun öz xətti ilə yazılıb, hətta sonuncu söz də”

Biz də hər kəs kimi məəttəl qalmışıq. Bu ilk belə hadisədir ki, məktəbimizdə baş verir. Ailə qədər biz də təəccüb və dəhşət içindəyik”.

Q.Abbasovanın sözlərinə görə, İ.Adıgözəlovun sinif yoldaşları ilə də söhbət aparılıb. Onlar da şokdadır. Heç biri bu barədə məlumatlı deyil:

"İsmayıl dərsdən bir gün belə qalmazdı. Xəstə olduğu günlərdə də müəllimi deyirdi "qal evdə, sağal, gələrsən”, ancaq qalmırdı. Xaraktercə çox mehriban idi. Bizi gün ərzində 5 dəfə də görsə, hər dəfə salam verib hal-əhval tuturdu. Dərslərində də heç vaxt hansısa problem olmayıb. Məktəblə yanaşı, Quran dərslərinə də gedirdi. Ailə üzvləri də namaz qılan, oruc tutandır”.

Son günlər məktəblilərin intiharına səbəb olan "Mavi balina” oyununun bu intiharla da əlqəsinin olub-olmadığı maraq doğursa da, intihar edən məktəblinin müəllimi belə ehtimalın olmadığını bildirib:

"İntiharın həmin oyunla əlaqəsi ola bilməz. Nəzərə alın ki, ailə çox kasıbdır. Uşağın mobil telefonu yox idi ümumiyyətlə. Anada telefon var idi, onunla da ancaq danışmaq mümkündür. Köhnə telefondur, interneti yoxdur. Kasıb ailənin evində internet, kompüter hardandır ki, uşaq da elə oyun oynasın”.

Qeyd edək ki, 2005-ci il təvəllüdlü Adıgözəlov İsmayıl Çingiz oğlu yaşadığı evin həyətindəki tövlədə özünü kəndirlə asaraq intihar edib. 12 yaşlı məktəbli intihardan əvvəl valideynlərinə məktub yazıb. O, məktubda peyğəmbərin yanına getmək üçün intihar etdiyini qeyd edib. Uşağın psixoloji problemlərinin olmadığı, məktəbdə dərslərini yaxşı oxuduğu bildirilir.

12 yaşlı məktəblinin intiharında ən çox müzakirə edilən isə onun ölümündən öncə ailəsinə yazdığı məktubdur. Məktubun olduqca səliqəli və düzgün yazılması, bəzi hərf səhvlərini çıxmaqla, əlavə heç bir yanlışlğın olmaması təəccüb doğurub. Müzakirə edənlər bildirib ki, mətndəki cümlələr tamdır və fikir bitmiş formadadır, bu da 12 yaşlı uşağın yaza biləcəyi cümlələr deyil. Üstəlik, bu cür dolğun məktub yazan uşağın sonda "Tovlaya bax” ("tövlə” əvəzinə) qeydi də şübhələr doğurub.

Faktla bağlı Ağdaş Prokurorluğu tərəfindən araşdırma aparılır.


Oxunub: 2556






SON XƏBƏRLƏR

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image

2025-06-19

18:03 Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində

Product image

2025-06-11

01:16 Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb

Product image

01:11 Azərbaycanda işığın qiyməti ilə bağlı YENİ QANUN

Product image

01:03 Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib

Product image

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image

2024-07-21

02:28 Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim