reklam
USD
24 ℃
EUR
BAKI

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Reportaj / 08.12.2017 01:54
Surəti: Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Xanım Mehriban Əliyevaya,
Surəti: Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri cənab Kəmaləddin Heydərova,
Surəti: Azərbaycan Respublikasının Daxili İşlər naziri cənab Ramil Usubova
Surəti: CARÇI.TV saytının rəhbəri cənab Rahib Kərimliyə
Yevlax rayonunda qeydiyyatda olan, Sabunçu rayonu, Natavan küçəsi 20, ev 1-də müvəqqəti yaşayan şəhid ailəsi adından
Əliyeva Zeynəb İbrahim qızı tərəfindən


ƏRİZƏ
(AÇIQ MƏKTUB)
12 oktyabr 2014-cu il tarixdə Yevlax rayonunda 2 mərtəbəli evim naməlum səbəblərdən yanmişdir. Evim yanarkən içərisindəki əşyalarimi belə xilas etmək mümkün olmamışdı. Bu barədə YEVLAX RAYON İCRA HAKİMİYYƏTİNİN, YEVLAX RAYON POLİS ŞÖBƏSİNİN, FHN-in YEVLAX RAYON ŞÖBƏSİNİN də xəbəri var. 3 il keçməyinə baxmayaraq heç bir tədbir görulməmiş, ailəmin səfil yaşaması heç kimi maraqlandırmamışdır.
Hadisə baş verən zaman FHN-nin Yevlax rayon xidməti helihopter çağıraraq yanğın söndürülmüş və ətrafdakı qonşular şahidlik etmişlər, Evimə dəymiş ziyan FHN tərəfindən qiymətləndirilmişdir. Belə ki, evimin qiymətləndirilməsi əşyalari ilə birlikdə 161 min (bir yüz altmış bir min, yəni 125 min evimə və 36 min evimin əşyalarına) manat qiymətləndirilmişdir.
Ailəmin yatmağa yorğan-döşəyi belə yoxdur. 3 övladımla birlikdə üç ildir quru yerdə yatmaqdan mən də, övladlarım da xəstəlikdən əziyyət çəkirik. İş qabiliyyətimi itirmişəm və şəhid ailəsiyəm. Qohum-əqrəbam Qarabağ döyüşlərində şəhid olublar. Heç bir yerdən gəlirim yoxdur. Yaşayışımız çox ağırdır. Dəfələrlə özum və ailəm intihar etmək dərəcəsinə catmışıq. Çünki cavabdeh məmurlar, aidiyyatı orqanlar mənim ailəmlə nəinki maraqlanmır, hətta evinizin sığortası yoxdur deyə bizi dövlət orqanlarından qovaraq təhqir edir, hüquqlarımız kobudcasına pozulur. Muraciət etmədiyimiz yer qalmayıb. Azyaşlı yetimlərim göz yaşı içindədirlər.
Aidiyyatı qurumlar bizim bu faciəmizə göz yumdular. Səsimizi, sözümüzü Prezidentə - Dövlət başçısına çatdıran yoxdur. Əlacımız ona qalıb ki, Prezident İlham Əliyevin kartec maşını keçəndə camaatın və Prezidentin gözü qarşısında özumuzu yandiraq. Qoy Prezident bizim zülm və fəryadımızı görsun. Dövlət başçısına yazdığımız məktublar Yevlax RİH-ə göndərilir, onlarsa bizim qanımıza susamış kimi bizi qəbul etmir, sizə yazdığım məktublar müsbət icrasını tapmır, və bizə yazdıqları məktublarla (Yevlax RİH-dən məktub – N 442; 14 avqust 2017-ci il) kifayətlənib laqeyd münasibət göstərirlər. Biz Azərbaycan vətəndaşı olaraq, Rusiyadan, İrandan, Ermənistandan, Gürcüstandan, yaxud üçüncü ölkədən xahiş etmirik - şəxsən Sizə müraciət edirik.
Hörmətli Prezident cənab İlham Əliyev və analar anası hörmətli xanım Azərbaycanın Birinci Vitse Prezidenti Mehriban Əliyeva, bir ananın naləsini eşidib dəymiş ziyanın ödənilməsini və kimsəsiz şəhid ailəsinə sahib çıxmağınızı Sizdən xahiş edirik,

İmza: Əliyeva Zeynəb İbrahim qızı
Telefon: (055)-412-62-74

05 dekabr 2017-ci il


Oxunub: 680






SON XƏBƏRLƏR

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image

2025-06-19

18:03 Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində

Product image

2025-06-11

01:16 Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb

Product image

01:11 Azərbaycanda işığın qiyməti ilə bağlı YENİ QANUN

Product image

01:03 Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib

Product image

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image

2024-07-21

02:28 Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim