reklam
USD
7 ℃
EUR
BAKI

Azərbaycanda uşaqlar niyə intihar edir? - Nazirlik AÇIQLADI

Cəmiyyət / 09.12.2017 14:01
Səhiyyə Nazirliyi Azərbaycanda baş vermiş uşaq intiharlarının ilkin səbəblərini açıqlayıb.

Unikal.org xəbər verir ki, Nazirliyin Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov APA-ya deyib ki, bütün dünyada uşaq intiharları artıb.

F. İsmayılov bildirib ki, Azərbaycanda intihar etmiş uşaqların sayı elə də yüksək deyil:

"Ötən il 18 yaşına qədər olan 16 nəfər intihar edib. Bu rəqəm 30 nəfər təşkil etsəydi, təhlükəli vəziyyətdən danışmaq olardı. Azərbaycanda ailədaxili münaqişələr nəticəsində uşaqların intihar etmə halları müşahidə edilir. Münaqişəli ailələrdə uşaqlar çox əziyyət çəkir. Məsələn, ata övladını döyür. Uşaq isə intihara əl atır. Digər tərəfdən, qonşuda uşaqlarla, sinif yoldaşları ilə problemlər intihara gətirib çıxarır”.

Onun sözlərinə görə, 3 il öncə uşaqlı-böyüklü Psixi Sağlamlıq Mərkəzinə ildə 2000 nəfər müraciət edirdisə, indi ildə Mərkəzə 4000 - 5000 nəfər müraciət edir:

"Psixi Sağlamlıq Mərkəzinə edilən müraciətlərin sayında artım var. Lakin bu heç də vəziyyətin təhlükəli olması demək deyil. Bu, Mərkəzin xidmətlərinin keyfiyyətinin artdığından xəbər verir ki, insanlara bizə inanıb müraciət edirlər”.

Direktor qeyd edib ki, Azərbaycanda hər 100 min nəfər 5,3 intihar halı düşür:

"Bu, çox cüzi rəqəmdir. Ümumdünya Səhiyyə Təşkilatının rəqəmlərinə əsasən Gürcüstanda hər 100 min nəfərə 9,7, Ermənistanda 8,6, Rusiyada 32 intihar halı düşür. Avropada ən aşağı rəqəmlər Azərbaycandadır”.


Oxunub: 406






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim