reklam
USD
13 ℃
EUR
BAKI

"ABŞ-ın Qüds qərarından Bakı istifadə edə bilər" - Politoloq

RƏSMİ / 10.12.2017 11:29
Qüds hadisələri bir presedent kimi yararlanmaq üçün Azərbaycana daha çox şans verən olaydır.

 Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. O bildirib ki, Qüds məsələsinin ABŞ-ın və Prezident Donald Trampın başına bəla olacağı istisna edilmir:

"Bu qərar geri götürülənə qədər ABŞ-da, Yaxın Şərqdə, həm Qüdsün özündə, həm də İsrailin müxtəlif bölgələrində terrorçu qruplaşmaların fəallığı artacaq. Düşünülməmiş və ABŞ-ın xarici siyasət prioritetlərinə uyğun olmayan, beynəlxalq hüquqla ziddiyyət təşkil edən bu qərarın ABŞ üçün ciddi qınaq mənbəyinə çevriləcəyi şəksizdir. Tramp artıq bütün dünyanın tənqid obyektinə çevrilib. Hətta Qərb ölkələrinin siyasi liderləri də Trampın bu qərarına qəbul etmirlər. Müsəlman dünyası da bir-birinin ardınca Trampın bu qərarına qarşı bəyanatlar səsləndirirlər. İƏT-in toplanacağı da gözlənilir. Bu mühüm təşkilatdan çox ciddi qərarların çıxacağı qənaətindəyəm. ABŞ belə qərar verməsinə baxmayaraq, öz səfirliyini də uzun müddət Qüdsə köçürməyəcək və bu qərar havadan asılı olaraq qalacaq”.

Politoloq erməni mediasında Qüds qərarından sonra Trampın növbəti addım kimi qondarma Dağlıq Qarabağın müstəqilliyini tanımalı olması ilə bağlı səsləndirilən fikirlərə də münasibət bildirib:

"Ermənilərin uydurmalarının heç bir perspektivi yoxdur. Ermənilərin bu ümidlərinin boşa çıxacağı gün kimi aydındır. Çünki Qüds elə məsələdir ki, ermənilər ondan simvolik də olsa, pay çıxara bilməz. Trampın Dağlıq Qarabağla bağlı hər hansı bir gediş edəcəyi, hətta ermənilərin səfeh şəkildə Qarabağ separatçılarını tanıyacağı ilə bağlı səsləndirdiyi iddialar mifdən başqa bir şey deyil. Əksinə, Azərbaycanın bu məsələdən istifadə edərək işğal altında olan torpaqlarımız barədə iddialarla çıxış etməsi üçün daha real imkanları var. Məsələn, Xankəndinin statusu məsələsinə Azərbaycanın iddialar qaldırmaq haqqı var. Azərbaycan Şuşa ilə bağlı daha ciddi iddialar səsləndirə bilər. Çünki Şuşa Azərbaycan xalqının mədəniyyət mərkəzidir və bu şəhəri həmşə "Azərbaycanın konservatoriyası” adlandırıblar. Ümumiyyətlə, Dağlıq Qarabağın Azərbaycan torpaqları olduğunu hamı, elə ermənilər də yaxşı bilir. 3 səmavi dinin mərkəzi olan və 3 sivilizasiyanın bir araya gəlib dinc, yanaşı yaşamağının nümunəsi olan Qüdsə qarşı ABŞ belə hərəkət edirsə, torpaqlarımızı işğal altında saxlayan, milli-mədəni mərkəzlərimizi işğaldan sonra darmadağın edən erməni vandalizminə qarşı dünya və ABŞ Prezidenti Tramp niyə biganədir? Bu istiqamətdə təbliğat qurulmasına və fəal işlər görülməsinə ehtiyac var”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdığını açıqlayaraq səfirliyin Təl-Əvivdən Qüdsə köçürülməsi barədə qərar verib.


Oxunub: 491






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim