Sarı it ilində bizi nə gözləyir? - Astroloji proqnoz
XƏBƏR / 14.12.2017 13:22
2018-ci il astroloji baxımdan sarı it ili hesab olunur. "Qoroskop" qəzetinin baş redaktoru, astroloq Səbuhi Rəhimli qarşıdan gələn Sarı it ili ilə bağlı "Qafqazinfo”ya açıqlamasında proqnozlarını irəli sürüb.
Astroloq deyib ki, Sarı İt ili 2018-ci il fevral ayının 16-da (Bakı vaxtilə saat 01:05 dəqiqədə) start götürəcək: "Ünsürü torpaq, himayədar planeti isə Veneradır. İt ilinin mövcud olduğu bütün dövrlərdə qüvvələr nisbəti tarazlaşır, zəif tərəf olmur. İki güclü əks qütbün qarşıdurması isə həmişə qorxuludur. Bəhs etdiyimiz illərdə qanunlar daha sağlam və sərt işlədiyindən qanundankənar fəaliyyət göstərənləri təhlükəli risk qarşısında qoyur.
Tarixi xronologiyaya baxanda qarşıdan gələn İt ilinin çox təzadlı, hətta ziddiyyətli mənzərəsini görürük. Buna baxmayaraq yüzlərlə hadisəni təhlil edib gəldiyimiz qənaət bu oldu ki, İt illərində əsasən münaqişələrin dayandırılması, sülh müqavilələri, azadlıqların bərpası və birləşmələr baş verir. Hər halda yola saldığımız ifrat gərginlik və müharibələr içində keçən, sövdələşmələri pozan, siyasi ədalətsizliyə dəstək verən Xoruz ilindən fərqli olaraq yeni il sakitliyin bərpasına çalışır.
Yəqin elə bu səbəbdən orta əsrlərin çinli astroloqları qarşıda duran dövrü "Xoruzun dağıtdıqlarını İtlər yığışdıracaq” adlandırırdılar”.
.jpg)
S. Rəhimlinin sözlərinə görə, İt ili həm də dünyada mövcud olan siyasi fikir ayrılıqlarını qaydasına salır, müharibələri dayandırır, insanlarda vəhdət və birlik yaradır, xalqları milli özünüdərkə aparır: "Yerin ahəngi əsaslı şəkildə bərpa olunur, böyük və müsbət dəyişikliklərə yol açır. Sarı İt ilinin müddəti 16.02.2018-04.02.2019-cu ilədəkdir.
Planeti Venera, uğurlu ayları may, oktyabr, uğursuz ayları aprel, noyabrdır.
Düşərli günü bazar ertəsi, cümə, ağır günü çərşənbə axşamı, bazar, düşərli təqvimləri 2, 3, 4, 5, 7, 8, 9, 14, 19, 22, 27. Aparıcı bürcləri Buğa, Tərəzi, aparıcı işarələri İt, Pələng, At rəngi sarı, narıncı, mavi, göy, daş-qaşı sapfir, əqiq, zümrüd, mirvari metalı, bürünc , çiçəyi bənövşə, qızılgül talismanı ürək, qızıl öküz.
İlin aktiv əraziləri Rusiya, Avstriya, İsveçrə, İrlandiya, Polşa, Avstraliya, Qafqaz, Çin, Yaponiya, Tailand, İran, İraq, Əfqanıstandır”.
Günel Türksoy
Oxunub: 302
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:19 Yağış yağacaq - PROQNOZ
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim