reklam
USD
26 ℃
EUR
BAKI

ABŞ Türkiyəyə qarşı inanılmaz addıma hazırlaşır

Dünya / 15.12.2017 10:08
Artıq ABŞ Səudiyyə ilə Türkiyənin rollarını dəyişmək qərarına gəlib. Əvvəllər Türkiyə dünyəvi, Səudiyyə radikal islam dövlətləri idisə, indi onları əksinə təqdim etməyə çalışırlar. Guya Türkiyə radikal ictimai təşkilatlara dəstək verir və bununla radikal islamın yayılmasına çalışır.

Bu sözləri Axar.az-a politoloq Nəzakət Məmmədova Ağ Evin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Herbert Makmasterin dekabrın 18-də Prezident Trampın ölkəsinin yeni Milli Təhlükəsizlik Strategiyasını elan edəcəyi və burda əksini tapan məsələlərlə bağlı fikirlərini şərh edərkən deyib. O bildirib ki, strategiyada ABŞ üçün həyati əhəmiyyət daşıyan 4 maddənin yer alacağı qeyd olunur:

"Bunlardan birincisi ABŞ dövlətini və ABŞ xalqını qorumaq, ikincisi ABŞ-ın rifahını yüksəltmək, üçüncüsü sülhü güc tətbiq etməklə qorumaq, daha sonra isə Amerikanın nüfuzunu artırmaqdır. Makmaster radikal islamın artıq xeyriyyə cəmiyyətləri, mədrəsələr və digər sosial qurumlar vasitəsilə yayıldığını önə çəkib və Türkiyə ilə Qətərin bu təşkilatlara sponsorluq etdiyini bildirib. O, onilliklər boyu Səudiyyə Ərəbistanının bu cür təşkilatlara dəstək verdiyini önə çəkərək onlara indiyədək təhlükə mənbəyi olaraq diqqət göstərilməməsini təəssüf hissi ilə qeyd qeyd edib. Makmaster Türkiyənin Qərb dəyərlərindən uzaqlaşdığını bildirib və ABŞ tərəfindən terror təşkilatı kimi qəbul edilən Müsəlman Qardaşları ilə Türkiyənin əlaqələrinə diqqət çəkib. Təsadüfi deyil ki, Müsəlman Qardaşları təşkilatını rəsmi olaraq Konqresdə terror təşkilatı kimi tanıya biləcəklərini də vurğulayıb”.

Politoloq qeyd edib ki, aydın görünür ki, ABŞ son zamanlar Türkiyə və Qətərlə münasibətlərinin pisləşməsi fonunda onları radikal islamı yaymaqda ittiham etməyə, gözdən salmağa çalışır:

"Türkiyədə islamı yaymağa çalışan da, mədrəsələrə sponsorluq etməyə çalışan da FETÖ olub. ABŞ onu ekstradisiya etmək əvəzinə, Türkiyəni radikallıqda ittiham edir və bu tam əsassız iddiadır. Heç şübhəsiz ki, bu iddianı öz milli təhlükəsizlik konsepsiyasına daxil etməyə vadar edən səbəblər Türkiyənin son dövrdə apardığı siyasət kursudur”.

Politoloqun sözlərinə görə, Türkiyənin İstanbulda islam ölkələrini toplayaraq ABŞ-ın Qudslə bağlı qərarını boykot etməsindən sonra ABŞ öz müttəfiqinə qarşı bu cür ittihamlar səsləndirməyə başlayıb.

Qeyd edək ki, Türkiyə XİN Ağ Evin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Herbert Makmasterin Türkiyə və Qətərin radikal ideologiyaların yeni sponsorları olduğu ilə bağlı açıqlamalarına qarşı bəyanat yayıb.

"Ölkəmizin terrorçuluq və radikalizmin hər növü ilə necə mübarizə apardığını ən yaxşı bilməli olan bir vəzifənin sahibi Ağ Evin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Herbert Makmasterin gerçəkliklə əlaqəsi olmayan iddiaları heyrətləndirici, təməlsiz və qəbul edilə bilməz mahiyyət daşıyır”, - XİN bəyanatında bildirilib.


Oxunub: 392






SON XƏBƏRLƏR

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image

2024-07-21

02:28 Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilib

Product image

2025-05-27

17:23 QƏZƏLLƏR : O.D.ELMAN

Product image

2025-05-26

15:16 Prezident İlham Əliyev Bakı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsində görülən işlərlə tanış olub

Product image

15:01 “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin İsmayıllıda yeni istehsal müəssisəsi açılıb

Product image

2025-05-19

00:14 YAZMAĞA VARIMDIR QƏLƏM, VARAĞIM, TUTARLI YAZMAĞA SÖZ AXTARIRAM

Product image

00:08 ÖMRÜN SONU İLƏ ÖMRÜN ƏVVƏLİ, AXIRDA BİRLƏŞİB, BİR YOL GEDİRLƏR

Product image

2025-02-01

03:12 Prezident İlham Əliyev Albaniyaya işgüzar səfərə gəlib VİDEO

Product image

2025-05-12

11:22 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər

Product image

2025-05-04

23:58 Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim