Murad Dadaşov Yakuboviçə sürpriz etdi - Video
Reportaj / 16.12.2017 08:39
Rusiyanın "Birinci kanal”ında yayımlanan məşhur "Pole Çudes” verilişinin bu dəfəki buraxılışı Byenəlxalq Çay Günü və bu verilişin sponsoru olan Azərbaycan şirkəti "Azərçay”ın 20 illiyinə həsr edilib.
Kult.az xəbər verir ki, bununla əlaqədar verilişin yayımlandığı studiyada böyük armudu stəkan, oyun tablosunda isə müasir Azərbaycanın simvollarından biri olan Heydər Əliyev Mərkəzinin fotosu yerləşdirilib. "Pole Çudes”in bu dəfəki yayımına Bakı, Astara və digər bölgələrdən olan vətəndaşlar qatılıblar. İştirakçılardan biri isə şoumen, prodüsser və "Bakılı oğlanlar” komandasının aktyorlardan Murad Dadaşov olub. O, verilişin aparıcısı Leonid Yakubiçə məşhur Azərbaycan mürəbbəsi hədiyyə edib və ona Azərbaycana iyul ayında etdiyi səfəri xatırladıb. Dadaşov həmçinin Yakuboviçin Bakıdan getdikdən sonra nələrin baş verdiyini də söyləyib.
"Mən sizin Azərbaycanda nə qədər çox sevildiyinizi bildiyinizdən əminəm. Sizin gəlişinizdən sonra insanlar o qədər təsirlənmişdilər ki, övladlarını Leonid, hətta Yakuboviç, "Polu Çudes” adlandırmağa başladılar. Bəziləri hətta daha uzağa gedərək Yakuboviçin bığlarını dəb olsun deyə saxladı” – deyə Dadaşov zarafatla aparıcıya deyib.
Bundan sonra Qafqaz papağı və Yakuboviçin bığları olan uşağın fotosunu aparıcıya göstərib.
"Oradakı mürəbbə bankaları arasında siz mürəbbələrdən ən dəyərlisini görürsünüz. Əgər bunlardan heç biri sizin xoşunuza gəlməsə, o zaman bu bankada Azərbaycan nefti var. Qoy bu da sizin kolleksiyanızda qalsın” – deyə Dadaşov söyləyib.
Lakin Dadaşovun Yakuboviçə hədiyyələri bununla bitməyib:
"Bizim idman həyatımızda çox möhtəşəm bir hadisə baş verib. İlk dəfə olaraq Azərbaycanın "Qarabağ” klubu UEFA Çempionlar Liqasında oynayıb. Sizə bütün oyunçuların imzaladığı və Çempionlar Liqasında oynadıqları topu və xüsusi formanı hədiyyə edirik”.
Yayda Bakıya səfəri zamanı "Qarabağ”ın oyununa tamaş etməyə gedən Yakuboviç aldığı hədiyyələrdən çox məmnun olub.
Oxunub: 310
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:19 Yağış yağacaq - PROQNOZ
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim