reklam
USD
9 ℃
EUR
BAKI

“Fuad Türkiyəni qoruduğu üçün türklər onu işdən qovdu”

RƏSMİ / 17.12.2017 09:43
Fuad Abbasov Moskvada bir jurnalist və ekspert kimi Türkiyəyə və Azərbaycana qarşı kompaniyanı Rusiya efir məkanında ağıllı və cəsur çıxışları ilə zərərsizləşdirən fədakar bir insandır.

Bu sözləri millət vəkili Fazil Mustafa qeyd edib. O bildirib ki, Moskvada yaşayan soydaşımız Fuad Abbasovla görüşüb və maraqlı söhbətləri olub:

"Rəhbərlik etdiyi "Misra.ru" saytı üçün Azərbaycanla bağlı geniş müsahibə verdim. Allah qorusun, böyük bir missiyanı üzərinə götürüb. Maraqlandığım iki sualın cavabı isə tamamilə gözlənilən idi. Öncə soruşdum ki, Azərbaycanın Rusiyadakı səfirliyi ilə əlaqələrin varmı? Cavab verdi ki, müraciət etsə də, səfir onu qəbul etməyib. Əlbəttə, səfirin bu hərəkətinə haqq qazandırıram, necə ola bilər ki, azərbaycanlı olasan, Rusiya məkanında efirdə Azərbaycanın və Türkiyənin maraqlarını qoruyasan, üstəlik də ermənilərlə az qala əlbəyaxaya çıxasan, Azərbaycan səfiri də səni qəbul etsin?”

Millət vəkili Türkiyə ilə bağlı da eyni suallara oxşar cavablar aldığını vurğulayıb:

"Fuad bəy Türkiyənin Rusiyadakı səfirinin onu müraciət edən kimi qəbul etdiyini, ancaq Türkiyənin rəsmi məqamlarından kiminsə telefon açıb quruca "sağ ol!" demədiyini bildirdi. Əvəzində Türkiyənin xəbər agentliyindəki işindən də uzaqlaşdırılıb. Diplomatiya belə olar! Rusların qarşısına çıxacaq adamları yox, çıxana da quruca təşəkkür bildirmirlər, üstəlik adamı işsiz də qoyurlar".

Millət vəkili bildirib ki, bu şəxs İranı müdafiə etsəydi, indi minnətdarlıq zənglərində bezara gəlmişdi:

"Fars diplomatiyasının türk diplomatiyasından üstünlüyü buradadır. Təkbaşına, dəstəksiz öz işini görür, elə bu faktın özü bizim üçün sevindiricidir ki, Rusiyada belə bir Azərbaycan vətəndaşı var”.

Qeyd edək ki, bir neçə gün əvvəl Rusiyanın "Zvezda” telekanalında yayımlanan "Porses” siyasi tok-şousunda Türkiyə-Rusiya münasibətlərinin müzakirə olunduğu proqramda azərbaycanlı jurnalist Fuad Abbasov erməni ekspert Sərkis Saturyanla əlbəyaxaya çıxıb.

Hadisəyə səbəb erməni ekspertin Türkiyə ilə bağlı səsləndiyi təhqiramiz fikirlər olub.


Oxunub: 535






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim