Ərəb şeyxləri Ermənistana sərmayə yatıracaq? – Şərh
RƏSMİ / 17.12.2017 10:53
Ermənistanın rəsmi statistikasına görə, birbaşa xarici investisiyaların illik həcmi hazırda ölkənin ümumdaxili gəlirinin sadəcə 1 %-ini təşkil edir.
Bu sözləriAxar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə ərəb şeyxləri və övladlarının İrəvana gəlməsinə münasibət bildirərkən deyib. O bildirib ki, bundan öncə də Ermənistana digər ölkələrin nümayəndə heyətləri, o cümlədən biznes dairələrinin nümayəndələri gəlib, müəyyən danışıqlar aparmışdı:
"Amma iş orasındadır ki, sonradan onlar real vəziyyəti öyrənərək, yaxud biznes, iqtisadiyyat nöqteyi-nəzərindən təhlillər apararaq bu danışıqları yarımçıq saxlayıb. Hətta yerli bazar haqda məlumatlar əldə edəndən sonra bir çox belə nəzəri layihələr reallaşdırılmamış qalıb. Çünki Ermənistandakı real vəziyyət buna imkan vermir”.
Politoloq qeyd edib ki, hətta keçən illər buna görə Ermənistanda İqtisadiyyat Nazirliyinin adı da dəyişdirildi:
"İqtisadiyyat və Ticarət Nazirliyinin rəsmi adı dəyişərək İqtisadiyyat və İnvestisiya Nazirliyi adlandırıldı. Burada əsas məqsəd ölkəyə xarici investisiyalar cəlb etməkdən ibarət idi. Amma ad dəyişməklə, xarici nümayəndə heyətlərinin bu ölkəyə səfərlərini təşkil etməklə xarici investisiyanın cəlb olunmasına nail olmaq mümkün deyil. Çünki bu iş üçün kifayət qədər ciddi addımlar atılmayıb”.
Qeyd edək ki, ərəb şeyxləri və övladları İrəvana gəlib. İrəvana gələnlər arasında Birləşmiş Ərəb Əmirliyinin Əbu Dabi Əmirliyinin şahzadəsi Mənsur ibn Zeyd əl-Nahyanın da olduğu bildirilir. Görüşdə əsas məqsədin ərəb investisiyasının Ermənistana cəlb edilməsi olduğu qeyd edilib.
Oxunub: 327
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:19 Yağış yağacaq - PROQNOZ
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim