reklam
USD
8 ℃
EUR
BAKI

Bayramqabağı bu məhsullar bahalaşacaq - PROQNOZ

XƏBƏR / 18.12.2017 18:31
Qarşıdan Yeni il bayramı gəlir. Hər il olduğu kimi, bu il də əsas qida məhsullarının bahalaşması gözləniləndir. Artıq noyabr ayında oktyabr ayı ilə müqayisədə bəzi məhsulların - kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsulları, pendir və yumurtanın, kərə, zeytun və marqarin yağlarının, xiyarın, bibərin, badımcanın, soğanın, kartofun, çayın qiymətlərində artım qeydə alınıb. Dekabrda da prosesin davam edəcəyi istisna edilmir. Maraqlıdır, bayramqabağı hansı məhsullar satıcıların spekulyativ qiymət artımına uğrayacaq?

Nəzərə çatdıraq ki, artıq bayramın əsas təamı hinduşka ətinin kiloqramı 3-4 manat arasında bahalaşıb. Hinduşkanın kiloqramı hazırda 10-12 manat arasında dəyişir.

Satıcılarla söhbət əsasında öyrəndik ki, proses yumurtanın qiyməti ilə başlayıb. Yumurta 14 qəpikdən 15 qəpiyə yüksəlib. Qənnadı məhsullarının - konfetin qiymətində artım baş verib. Xüsusilə, Rusiya istehsalı olan qənnadı məhsulları bu aydan bazara 1 manat baha qiymətə çıxarılıb. O da məlum oldu ki, bu artım davam edəcək.

Öyrəndik ki, düyünün, yağın, toyuq və mal, qoyun ətinin, meyvənin qiymətində artımlar gözlənilir. Satıcıların sözlərinə görə, bu səbəbdən bəzi istehlakçılar bayram tədarükünə indidən başlayıblar. Beləliklə, bayram ərəfəsi dəyərinin yüksəlməsi gözlənilən məhsullar aşağıdalılardır.

Düyü

Çərəz

Meyvə-tərəvəz

Ət və ət məhsulları

Balıq

Süd və süd məhsulları

Qənnadı məmulatları.

Unikal.org xəbər verir ki, iqtisadçı-ekspert Qubad İbadoğlu Oxu.Az-a açıqlamasında bildirdi ki, istehsalçı müəssisələrin anbarlarında hazır məhsul qalığı artmaqdadır: "Belə ki, anbar qalığı 01 yanvar 2015-ci il vəziyyətinə 355,1 milyon manat, 01 yanvar 2016-cı il vəziyyətinə 415,8 milyon manat, 01 yanvar 2017-ci il vəziyyətinə 471,2 milyon manat olduğu halda, 01 noyabr 2017-ci il vəziyyətinə 577 milyon manat təşkil edib. Göründüyü kimi, 10 ay ərzində istehsalçı müəssisələrin anbarların hazır məhsul qalığı 106 milyon manata qədər artıb. Anbarlarda hazır məhsul qalığının artımını, əsasən, 2 səbəblə izah etmək olar. Birincisi, istehsal olunan mallar keyfiyyətsiz və rəqabətə davamlı olmadığından, eləcə də, bazarın tələblərinə cavab vermədiyindən satılmaması, ikincisi isə bəzi məhsulların qiymətlərində artımın gözlənildiyini nəzərə alaraq, istehsalçıların onları satışa çıxarmamasıdır".

Onun sözlərinə görə, hazırda Azərbaycan iqtisadiyyatında qiymətlərin artım tendensiyası davamlı xarakter daşıyır və onun səviyyəsi də getdikcə qalxır.


Oxunub: 439






SON XƏBƏRLƏR

2025-04-10

16:26 QÜRBƏT ELDƏ BİR ÖMÜR DƏ GÜLMƏRƏM, ÖZ YURDUMUN BİR GÜNÜNƏ QURBANAM.

Product image

16:14 PÜNHANIN PÜNHAN DÜNYASI

Product image

16:08 ŞAİQ MUSTAFAYEV YARADICILIĞINDA

Product image

15:57 Giya Paçxataşvilinin “Doğum şəhadətnaməsi” şeirlər kitabı haqqında bir neçə kəlmə

Product image

15:32 Armud ağacı. Natavan YUSİFOVA

Product image

15:26 Sərçə. Məryəm ƏLİYEVA

Product image

15:10 Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları keçirilib

Product image

14:58 ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Product image

2025-04-08

10:09 Arıdan qorxan oğlan

Product image

2025-03-26

15:15 Dubayda "Burj Xəlifə"nin zirvəsində 51 milyon dollarlıq satış

Product image

15:03 Əvvəlki biznesini borcla bağlamışdı - Bu gün 45 bağçanın qurucusudur

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim