reklam
USD
9 ℃
EUR
BAKI

Ermənistana sarsıdıcı mesaj: Azərbaycan tezliklə...

RƏSMİ / 20.12.2017 10:25
Azərbaycan hərbi-elmi qanunlara uyğun olaraq yaratdığı ordusunun bütün təminatını öz üzərinə götürməyi qarşısına məqsəd qoyub.

Müdafiə sənayesi naziri Yavər Camalovun "Azərbaycan” qəzetində işıq üzü görən "Azərbaycanın müdafiə sənayesi ən modern və mükəmməl inkişaf mərhələsindədir” başlıqlı məqaləsini şərh edən hərbi ekspert Emin Həsənli deyib. Onun sözlərinə görə, Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin yaradılmasında əsas məqsəd ölkəmizin silah ixrac edən dövlətə çevrilməsini təmin etməkdir:

"Azərbaycan dəfələrlə beynəlxalq sərgilərdə uğurlar qazanıb. Nazirimizin son açıqlamasında verdiyi mühüm mesajlar Azərbaycanın gələcəkdə silah və ağır texnika istehsal edə biləcəyindən xəbər verir. Ölkəmiz bu istiqamətdə uğrulu adımlarını atmaqdadır. Azərbaycanın güclü ordusu ilə bərabər, güclü müdafiə sənayesi potensialı var. Aprel hadisələrində də öz yerli məhsullarımız sınaqdan çox uğurla çıxdı. Bunu təlimlərimiz də sübut edir və ölkəmizə maraq getdikcə artır. Azərbaycan prezidentinin vaxtında atdığı düşünülmüş addımlar həm ölkə iqtisadiyyatının, həm də ordunun inkişafına böyük töhfə verdi”.

Ekspert hesab edir ki, Azərbaycanın müdafiə sənayesinin irəliləməsi Qarabağ məsələsinin həllinə də ümidlər yaradır:

"Bir sıra siyasi və hərbi məsələlər var ki, onlar tamamilə Azərbaycanın xeyrinədir. Fikir verin, bu gün Azərbaycan dövləti magistrlərə möhlət hüquqi verir və orduya peşəkarları cəlb edir. İnsan resursu və iqtisadiyyatı olmayan Ermənistan isə bakalavrlara möhlət hüququnu ləğv edib. Bu, ölkəmizin apardığı uğurlu siyasətin nəticəsidir. Artıq ermənilər də Qarabağın onların olmadığını qəbul edirlər”.

Qeyd edək ki, Müdafiə sənayesi naziri Yavər Camalov sözügedən məqaləsində Azərbaycanda sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramının respublikanın digər qurumları ilə yanaşı, Müdafiə Sənayesi Nazirliyinin də qarşısında böyük öhdəliklər qoyduğunu bildirib. Nazir həmçinin düşmənin PUA-larını endirmək üçün cihazların hazırlanması istiqamətində işlərin aparıldığını, İsrailin "Aeronautika” şirkəti ilə birgə müəssisə yaradıldığını və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları (PUA) istehsal edildiyini, Türkiyənin "Aselsan” şirkəti ilə bir neçə istiqamətdə danışıqların aparıldığını da qeyd edib.


Oxunub: 557






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim