reklam
USD
15 ℃
EUR
BAKI

Konqresmenlər mane oldu, ancaq Əliyev bacardı

XƏBƏR / 21.12.2017 09:09
2017-ci ildə ilk dəfə olaraq ölkədə ixrac idxalı üstələdi, ticarət balansında təxminən 4 milyarddan yuxarı müsbət saldo var.

Bu sözləri 2017-ci ilin iqtisadi yekunlarını Axar.az-a dəyərləndirən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Millət vəkili 2017-ci ildə Azərbaycanda müəyyən uğurlu əməliyyatların keçirildiyini bildirib:

"Birincisi, kənd təsərrüfatının inkişafı ilə əlaqədar çox ciddi addımlar atıldı. Özəlliklə də sahibkarlığın inkişafı yönündə mühüm qanun dəyişiklikləri edildi. Kənd təsərrüfatı məhsullarının ixracının kəskin artması çox mühüm hadisədir. İlk dəfə olaraq ölkədə ixrac idxalı üstələdi, ticarət balansında təxminən 4 milyarddan yuxarı müsbət saldo var. Bu, Azərbaycanın atdığı müsbət addımların nəticəsidir. Bu il ən mühüm hadisələrdən biri Bakı-Tiflis-Qars dəmiryolunun açılışı idi. Nəqliyyat dəhlizi olan Azərbaycan üçün bu layinənin reallaşması müstəqilliyimizin qorunması, Avropa ilə Asiyanın birləşməsi baxımından çox böyük əhəmiyyət daşıyır. Vaxtilə Bakı-Tiflis-Qars dəmiryolunun çəkilişinə bir çox dövlətlər etiraz edirdi. Hətta ABŞ-da amerikalı konqresmenlər bu layihənin əleihinə idilər. Ancaq ölkə rəhbərinin güclü iradəsi nəticəsində BTQ istifadəyə verildi”.

Millət vəkilinin sözlərinə görə, 2017-ci il prezident tərəfindən 2016-cı ildə qəbul olunmuş Strtateji Yol Xəritəsinin icrası baxımından uğurlu il oldu:

"Bu sahədə görülən işlər davam edir. Sumqayıtda və Neftçalada bir sıra sənaye məhəllələri istifadəyə verildi, yeniləri isə tikilir. Hazırda bu sahəyə diqqət böyükdür. Ümumilikdə, ÜDM-də artım olmasaydı, bu ili minusla çıxardıq. Ancaq neft qiymətində də ciddi problemlər olmadı, milli valyutamız qorunub saxlanıldı. Bütün bunlar ölkə iqtisadiyyatına müsbət təsir göstərməklə bərabər, insanların həyat səviyyəsinin aşağı düşməsinin qarşısını aldı.

Ən əsası isə 2017-ci ildə kənddən şəhərə axının qarşısı müəyyən qədər alındı. Məhz kənd təsərrüfatına edilən yatırımlar bu sahəyə marağı artırdı. Kiçik, orta və iri sahibkarlıq artıq aqrar sektorla məşğul olur. Bu fonda aqrar fermaların və iri kənd təsərrüfatı sahələrinin yaradılması da mühüm addımlardandır. Çox təəssüf ki, bu il ən mühüm problemimiz olan Dağlıq Qarabağ məsələsinin həllində irəliləyiş əldə olunmadı. 2018-ci ilin bu baxımdan uğurlu il olmasını arzu edirik”.



Oxunub: 567






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim