reklam
USD
13 ℃
EUR
BAKI

Zərif İrəvanda söz dedi, Bakıda isə imzaladı…

RƏSMİ / 21.12.2017 10:34
İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin Bakıda Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini vurğulayan bəyanata imza atması onun İrəvanda dediklərinə zidd idi.

Bu sözləri Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin 5-ci üçtərəfli görüşünü şərh edən politoloq Elxan Şahinoğlu deyib. Siyasi təhlilçi görüşün yekun bəyanatında üç bəndin daha çox diqqəti cəlb etdiyini vurğulayıb:

"Birincisi, nazirlər ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin pozulmamasına çağırış etdilər. Bəyanatda Dağlıq Qarabağ münaqişəsinin bu prinsiplər əsasında ən qısa müddətdə həllinin vacibliyi xüsusi qeyd edildi. İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif dekabrın 1-də Ermənistanda rəsmi səfərdə olarkən bu ölkəni bölgədə "sülhün və əmin-amanlığın çarçısı və təminatçısı” adlandırmışdı. Zərifin Bakıda sözügedən bəyanata imza atması onun İrəvanda dediklərinə zidd idi. Odur ki, imzalanmış bəyanat deyilmiş sözdən daha dəyərli olmalıdır.

İkincisi, nazirlər Rəşt-Astara dəmir yolunun tikintisinin ən qısa müddətdə tamamlanması üçün lazımı addımların atılmasının vacibliyini qeyd etdilər. Bu müddəa Azərbaycan üçün vacibdir. Çünki Azərbaycan qonşu ölkələrin regional layihələrə qarşı çıxmasını və bu layihələrə rəqib gözü ilə baxmasını istəmir. İranın Bakı-Tiflis-Qars dəmiryolunu dəstəkləməsi o deməkdir ki, Tehran Çindən çıxan malların Mərkəzi Asiya, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən daşınmasının əleyhinə deyil, əksinə, bəlkə gələcəkdə öz yüklərini də bu xətt üzrə Avropaya daşıdı.

Üçüncüsü, rəsmi Bakı Qüds məsələsində Ankara və Tehranın mövqeyinə dəstək verir. Rəsmi Bakı İslam Əməkdaşlıq Təşkilatının son İstanbul toplantısının bəyannaməsini dəstəkləyir. Prezident İlham Əliyev bu toplantı ilə eyni gündə Bakıya beynəlxalq konfransa gələn ABŞ yəhudi lobbisinin liderləri ilə də görüşdü. Bu, rəsmi Bakının balansı qoruduğuna işarədir. Siyasət qarşılıqlı maraqlar üzərində qurulur. Azərbaycan Dağlıq Qarabağ məsələsində islam aləminin dəstəyinin artırılmasını arzulayır”.

Qeyd edək ki, ötən gün Bakıda Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirlərinin 5-ci üçtərəfli görüşü baş tutub.


Oxunub: 486






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim