Turizm sənayesi iştirakçılarının "qara siyahı"sı hazırdır
Dünya / 22.12.2017 09:52
Azərbaycanda turizm sənayesi iştirakçılarının ilkin "qara siyahı"sı artıq hazırdır. Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib.
N.Bağırov bu siyahının ictimaiyyət üçün açıq olmadığını, yalnız AzTA-nın üzvləri üçün nəzərdə tutulduğunu söyləyib.
O qeyd edib ki, siyahıya artıq 10 fiziki və hüquqi şəxs daxil edilib. Sistemə yalnız turistləri aldadan turizm şirkətləri deyil, şirkətləri, hotelləri aldadan müştərilər də daxil edilib: "Elə turistlər var ki, onlar şirkətləri aldadırlar, hansısa xidmətdən istifadə edirlər, amma pulunu vermirlər. Hansısa hotel və turizm şirkəti ilə problemləri olan, onları aldadan bir neçə şəxsin adı artıq bu siyahıya daxil edilib. Həmin şəxslər ölkəyə girişinə qadağa qoyulan şəxslər deyil və yerli turistlərdir".
Oxşar təcrübənin artıq "Azərbaycan Hava Yolları" QSC (AZAL) tərəfindən tətbiqi edildiyini və onların da "Arzuolunmaz şəxslər" siyahısının olduğunu deyən N.Bağırov bildirib ki, AzTA-nın istənilən üzvü siyahıya məlumat daxil edə bilməz. Hər hansı neqativ hala yol verənlər barədə məlumat sistemə daxil edilməmişdən əvvəl həmin məlumat AzTA-nın komitələri tərəfindən tam araşdırılır.Əsaslı nəticələr olduğu halda məlumat verilən şirkət və şəxs haqqında məlumatlar sistemə daxil edilir.
N.Bağırov qeyd edib ki, "qara siyahı"nın hazırlanması oraya daxil edilən şəxslər barəsində inzibati tədbirlərin görülməsi demək deyil. Siyahının hazırlanmasında əsas məqsəd AzTA üzvlərini dələduzluqla məşğul olan, xoşagəlməz hallara yol verən turizm sənayesi üzvləri barədə məlumatlandırmaqdır.
Qeyd edək ki, Azərbaycan Turizm Assosiasiyası 2009-cu ildən fəaliyyət göstərir və onun aktiv üzvlərinin sayı 100-ə yaxındır. AzTA üzvləri ölkənin turizm sənayesində aktiv fəliyyət göstərən müəssisələrdir.
Oxunub: 298
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:19 Yağış yağacaq - PROQNOZ
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim