reklam
USD
9 ℃
EUR
BAKI

AB-nin Tiflis xəbərdarlığı Bakıya mane ola bilər? – Şərh

XƏBƏR / 24.12.2017 10:27
Gürcüstan SSRİ zamanından da kriminal qruplaşmaların çoxluğu, ümumiyyətlə, bu yönü ilə pis mənada seçilib.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Əhəd Məmmədli Avropa Komissiyasının Qərbi Balkan ölkələri, Gürcüstan, Moldova və Ukrayna ilə viza rejiminin liberallaşması barədə hesabatında Gürcüstanın mütəşəkkil cinayətkar qruplaşmalarının Avropa Birliyi ərazisindəki fəaliyyətindən narahat olduqları ilə bağlı xəbərdarlığına münasibət bildirərkən deyib. O bildirib ki, Saakaşvili Gürcüstanda kriminal aləmə zərbə endirməyi bacarmışdı:

"Amma göründüyü kimi, onların tam kökünü kəsə bilmədi. Yeni iqtidarın zamanında isə Gürcüstanda onlar yenidən fəallaşmağa başladılar. Avropa Komissiyası bu xəbərdarlığı ilə Gürcüstan vətəndaşlarının kriminal fəliyyətlərindən xəbərdar olduqlarını bildirir. Onlar bir növ Gürcüstan hakimiyyətindən bu kimi halların qarşısını almaları üçün tədbirlər həyata keçirməli olduqlarını tələb edirlər. Amma bütün bunlara baxmayaraq, Avropa Birliyi Gürcüstanla viza rejiminin liberallaşdırılmasına dair qanunu ləğv edə bilməz. Çünki mafiya deyəndə ilk olaraq İtaliya yada düşür. Yəni Avropanın özündə də kifayət qədər çox kriminal qruplaşmalar var”.

Politoloq qeyd edib ki, yaxın gələcəkdə Azərbaycanla Avropa Birliyi arasında da viza rejiminin liberallaşdırımasına dair saziş imzalanacaq:

"Düşünmürəm ki, bu xəbərdarlıq Avropa Birliyinin digər ölkələrə qarşı siyasətinə təsir etsin. Çünki bu, bir neçə ölkəyə dair hesabat olsa da, burada sadəcə Gürcüstanın adı qeyd edilib”.

Qeyd edək ki, Avropa Komissiyasının Qərbi Balkan ölkələri, Gürcüstan, Moldova və Ukrayna ilə viza rejiminin liberallaşması barədə hesabatında Gürcüstanın mütəşəkkil cinayətkar qruplaşmalarının Avropa Birliyi ərazisindəki fəaliyyətindən narahatlıq əksini tapıb.


Oxunub: 565






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim