reklam
USD
3 ℃
EUR
BAKI

Azərbaycanda halal turizmin tətbiqi...

İqtisadiyyat / 25.12.2017 09:35
Azərbaycanda "halal” hotellər olmasa da, onlara tələbat kifayət qədərdir.

 Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Turizm və Menecment Universitetinin "Turizm və qonaqpərvərlik” fakültəsinin dekanı Rəhman Səfərov deyib.

Onun sözlərinə görə, Azərbaycanda bu tip hotellərə marağın yüksək olmasına baxmayaraq, onlar hələ ki, fəaliyyət göstərmirlər: "Lakin apardığımız araşdırmalar zamanı məlum oldu ki, "halal” hotel olmasa da, hotellərdə dindar müştərilərə fərdi qaydada yanaşılır. Elə müştərilər var ki, onlar spirtli içki, donuz əti və digər islam adətlərinə uyğun olmayan xidmətləri istəmirlər. Bu zaman mətbəxə və başqa müvafiq bölmələrə xəbər verilir ki, müştərinin istəyi nəzərə alınsın. Lakin buna baxmayaraq, hotellər yenə də tam "halal” hotel kimi xidmət göstərmirlər”.

Mütəxəssis qeyd edib ki, Azərbaycana islam ölkələrindən gələn turistlərin sayının artması ölkədə halal turizmin tətbiqini zəruri edir.
R.Səfərov qeyd edib ki, Azərbaycanda bundan sonra tikiləcək bəzi hotellər "halal” standartlarını nəzərə almaqla, inşa edilməlidir: "Azərbaycanda "halal” turizmini inkişaf etdirmək üçün maarifləndirmə işləri aparılmalı, "halal” hotellərdə işləmək üçün mütəxəssislər yetişdirilməlidir".

Bir çox ölkələrdə "halal” hotellərin yaradıldığını deyən R.Səfərov qeyd edib ki, Türkiyə "halal” turizmi inkişaf etdirməklə 2023-cü ilədək il ərzində 50 milyon turist qəbul etməyi, turizmdən 10 milyard gəlir əldə etməyi hədəf götürüb.

R.Səfərov onu da qeyd edib ki, "halal” turizm turizmin bir növü olmasa da, turizm istiqamətlərindən biridir: "Turizmin dünyada 200-ə qədər istiqaməti var. Bu istiqaməti bazar tənzimləyir. Ola bilsin ki, müəyyən müddət keçdikdən sonra "halal” turizm də turizmin bir növü olsun”.



Oxunub: 388






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim