reklam
USD
18 ℃
EUR
BAKI

2017-də itirdiyimiz tanınmışlar

Cəmiyyət / 25.12.2017 10:22
Başa çatmasına sayılı günlər qalan 2017-ci il itkilərimizlə də yaddaşlara köçməkdədir.

Kult.az xəbər verir ki, 2017-ci ildə medianın gözləmədiyi ölümlər də var. Bunlardan biri həm gənc yazar kimi tanınıb-sevilən, həm də Teleqraf.com saytının əməkdaşı olan Mövlud Mövluddur. 1989-cu il təvəllüdlü Abdullayev Mövlud İsmayıl oğlu 16 mart tarixində 17 mərtəbəli binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar etmişdi.

Digər itkimiz isəNatiq Qədimovoldu. Keçmiş ANS telekanalından məşhurlaşan,APATV-nin əməkdaşı olan 41 yaşlı həmkarımız 22 noyabr tarixində ailəsi ilə birgə futbol izləyərkən qəfildən dünyasını dəyişib. Onun infark keçirdiyi məlum olub.

Aprel ayında isə futbol oynamaq üçün stadiona gedən həmkarımızÜlvi Musayevdünyasını dəyişmişdi. 1993-cü il təvəllüdlü Ü.Musayev elə futbol meydançasında canını tapşırmışdı. Gərgin oyun ərəfəsində gəncin ürəyi fiziki yükə dözməmişdi.

2017-ci ildə itirdiyimiz tanınmışlardan biriEnergetika naziri Natiq Əliyev oldu. Nazirimiz 9 iyunda İstanbulda dünyasını dəyişdi.

Xalq artisti Qəndab Quliyevada bu il dünyasını dəyişən məşhurlardandır. Ürək çatışmazlığı və xroniki böyrək çatışmazlığı diaqnozu qoyulan xalq artisti 10 gün xəstəxanada qaldıqdan sonra iyunun 26-da xəstəxanadan evə aparılarkən yolda vəfat etmişdi.

Həmçininəməkdar artist Telman Əliyevdə bu il ürək çatışmazlığından dünyasını dəyişib.

Bu il əbədi olaraq itirdiklərimizdən biri də dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis nəzəriyyənin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetininprofessoru Lütfi Zadəoldu. Sentyabrın 6-da Kaliforniya vaxti ilə səhər saat 7:30 radələrində dünyasını dəyişən alim dəfn üçün Bakıya gətirildi və burada dəfn olundu.

Məşhur və sevilən diktor,xalq artisti Rafiq Hüseynovda 2017-ci ildə dünyadan köçdü. Ağciyər xərçəngindən əziyyət çəkən diktor daha əvvəl Türkiyədə əməliyyat olunub, kimyaterapiya müalicəsi alıb. Sonradan müalicə üçün Almaniyaya aparılan xalq artisti 26 oktyabrda dünyaya əlvida dedi.

Bu il dünyasını dəyişənlərdən biri də Azərbaycanınəməkdar incəsənət xadimi Ədalət Nəsibovoldu. Bir müddət yataq xəstəsi olan 78 yaşlı Aşıq Ədalət 14 sentyabr tarixində dünyadan köçüb.

Məşhurmeyxana ustası Bayram Kürdəxanılıda 2017-ci ildə dünyadan köçənlərdəndir. 23 avqust tarixində Kürdəxanı qəsəbəsində yolu keçərkən onu avtomobil vurub. Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.



Oxunub: 404






SON XƏBƏRLƏR

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim