reklam
USD
16 ℃
EUR
BAKI

BAKIDA 40 GÜNLÜK UŞAĞINI SATAN ATADAN ŞOK SÖZLƏR: "BAŞIMI İTİRMİŞDİM"

Reportaj / 27.12.2017 20:46
Bu gün Bakıda yeni doğulmuş uşağın satışa çıxarılması hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Lent.az-ın əməkdaşı 40 günlük oğlan uşağının satışa çıxarılması hadisəsini araşdırmaq üçün ailənin kirayə yaşadığı Hövsan qəsəbəsinə gedib.

Övladını daha əvvəl satmaq istədiyini deyən Orxan adlı şəxs əməkdaşımıza fikrindən daşındığını və bu məsələ ilə bağlı danışmaq istəmədiyini bildirib. O qeyd edib ki, 24 yaşı var və əslən Tovuz rayonundandır, uşağını da imkansızlıq səbəbindən satmaq istəyirmiş:

"Neçə vaxtdır ailə qurmuşam, kirayə yaşayıram. Amma iş tapa bilmirəm. Boyum balaca olduğu üçün mühafizə işinə götürmürlər, marketlərə yazdığım cv-lərə də cavab vermirlər. Ona görə çıxılmaz vəziyyətdə qalmışdım, evdə yemək, pampers qurtarmışdı, başımı itirmişdim. Bilmirdim nə edim, ona görə də belə bir fikir ağlıma gəldi".

Soyadını açıqlamaq istəməyən gənc əlavə edib ki, məsələ ictimailəşəndən sonra yaxın dostu ona kömək edəcəyinə söz verib:

"Bir dostum var, tez gəldi, mənə sillə vurdu. Dedi, sənin başın xarab olub? Səni tuta bilərlər. Ev sahibini çağırıb kirayə pulumu verdi. Mən də tutduğum əməldən peşman oldum, indi internet-kluba gedirəm, elanı çıxardacağam".

Övladını satışa çıxaran Orxan əlavə edib ki, həmin dostu ona avtoyuma məntəqəsində fəhləlik işi təklif edib və sabahdan maşın yuyub pul qazanacaq: "Mənim gündəlik qazancım olsa, evə çörək apara bilsəm, heç vaxt belə bir iş tutmazdım".

Qeyd edək ki, uşağın satılması ilə bağlı xəbər yayılandan sonra həmin elan saytı bir neçə dəqiqəlik fəaliyyətini dayandırıb. Axşam saatlarında isə uşaqla bağlı elan saytdan yığışdırılıb.
*****

18:47
Azərbaycanda 40 günlük uşaq satışa çıxarılıb. Lent.az-ın məlumatına görə, bu barədə qarabazar.az saytında məlumat yerləşdirilib.
Orxan adlı şəxs uşağa baxa bilmədiyini və bu səbəbdən körpəni satdığını yazıb: "Körpə oğlan uşağıdır, sağlamdır. Övladı olmayanlara verirəm, razılaşma yolu ilə".
Uşağını satışa çıxaran şəxs Lent.az-a açıqlamasında deyib ki, ailəsi ilə Suraxanı rayonu ərazisində həyət evində yaşayır: "İşsizəm, ailəmi dolandıra bilmirəm. Tezliklə ikinci uşağım da olacaq. Ona görə bunu satmaq qərarına gəlmişik. Mən də anası da sağlam adamlarıq. Uşaq normal doğulub, səhhətində problem yoxdur".
Qarabazar.az saytının admistratoru Məhyəddin Loğmanov Lent.az-a açıqlamasında bildirib ki, onların bu elandan xəbərləri yoxdur. "Biz sayta yerləşdirilən bütün elanlara nəzarət edirik. Lakin bu elan nəzərimizdən qaçıb".

Qeyd edək ki, bu barədə ilk xəbəri musavat.com saytı yayıb.


Oxunub: 416






SON XƏBƏRLƏR

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim