MB açıqladı: 2018-ci ildə manatın məzənnəsi... – Şərh
İqtisadiyyat / 30.12.2017 10:09
Mərkəzi Bank 2018-ci ildə də valyuta bazarında mövqeyini qoruyub saxlayacaq.
Mərkəzi Bankın 2018-ci il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə verdiyi bəyanatı şərh edən iqtisadçı alim Vüqar Bayramov deyib. Ekspertin sözlərinə görə, 2018-ci ildə də konservativ pul siyasətinin davam etdirilməsi o anlama gəlir ki, MB yenə tənzimləyici funksiyasını və xüsusən də milli valyutanın məzənnəsinin müəyyənləşdirilməsi baxımından mövqeyini qoruyub saxlamağa çalışacaq:
"Pul-kredit siyasətində xüsusilə qeyd olunur ki, ehtiyac yaranacağı təqdirdə Mərkəzi Bank bazara müdaxilə edəcək. Bu o deməkdir ki, əgər dünya bazarında neftin qiyməti aşağı düşərsə və valyuta qıtlığı yaranarsa, baş bank valyuta bazarına intervensiya edəcək. Əgər əks proses baş verərsə, o zaman MB manat bazası vasitəsi ilə proseslərə müdaxilə edəcəyini istisna etmir. Yəni 2018-ci ildə baş bankın mövqeyi milli valyutanın məzənnəsinin qorunması baxımından çox vacib olacaq. Çünki MB gələn ildə də manatın məzənnəsinə təsir göstərəcək və əsas institusional qurum olacaq. Əslində, 2017-ci ildə sərt pul kredit siyasəti həyata keçirilirdi, ancaq neftin qiymətinin stabilləşməsi və artımların qeydə alınması MB-nin bu siyasətə düzəlişlər etməsinə səbəb oldu. Nəticə etibarilə baş bank artıq daha konservativ siyasət yeridir, ancaq bu liberal siyasət anlamına gəlməməlidir. Bu o deməkdir ki, MB bazarı, eləcə də valyuta bazarını tam olaraq liberallaşdırmayacaq. Bu, baş bankın pul-kredit siyasətində konservatizmin, yəni mövqeyinin qorunması saxlanılması prosesidir.
Ümumilikdə MB-nin 2018-ci il üçün nəzərdə tutulan planlarını qiymətləndirsək, baş bank yenə də valyuta bazarında və milli valyutanın məzənnəsinin müəyyənləşdirilməsində həlledici rol oyanacaq. Dünya bazarındakı dəyişikliklər, xüsusən də xarici faktorlardan asılı olaraq lazım gələrsə, MB öz valyuta ehtiyatlarının müəyyən hissəsini bazara çıxarmaqla və ya yenə manat bazasını azaltmaqla manatın məzənnəsinə təsir göstərə bilər. Bəyanatdan da göründüyü kimi, 2018-ci ildə manatın məzənənəsi MB-nin mövqeyindən asılı olacaq”.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı (AMB) 2018-ci il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətlərinə dairbəyanatyayıb. Bəyanatda bildirilir ki, makroiqtisadi sabitlik çərçivəsinin dayanıqlığının gücləndirilməsi 2018-ci ildə AMB-nin pul siyasətinin başlıca məqsədini təşkil edəcək, inflyasiya gözləntilərinin azaldılmasına yönəlmiş siyasət davam etdiriləcək.
Oxunub: 310
08.06.2026
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:30 Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb
10:28 Klassik və sürət avtomobillərinin festivalı başa çatıb
10:22 Səyyar ASAN xidmət Gürcüstanda vətəndaşlara xidmət göstərib – Reportaj
10:19 Balakəndə müasir meyvə bağları və ting ixracı genişləndirilir - VİDEO
10:15 AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda iştirak edib - VIDEO
10:11 Yaponiyada "Panç"ın volyerinə daxil olan amerikalılar cəzalandırıldılar - VİDEO
10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
10:07 İmişli sakini Araz çayında batdı
10:05 Azərbaycan dilini öyrənmiş astanalı qız: Musiqi mənim müəllimim olub
10:02 FHN: Ötən həftə ərzində 443 yanğına çıxış olub, 7 nəfərin meyiti təhvil verilib
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
10:07 İmişli sakini Araz çayında batdı
09:40 I və IV qruplar üzrə qəbul imtahanlarının CAVABLARI AÇIQLANDI
16:54 Birinci vitse-prezident Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik edib
09:51 Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib VİDEO
09:56 Prezident İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:47 Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen oyun vaxtı huşunu itirdi - VİDEO
10:47 Taekvondoçu Qaşim Maqomedov Romada bürünc medal qazanıb
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
00:23 HƏYATINI VƏTƏNİNİN İNKİŞAFINA HƏSR EDƏN PREZİDENT
Təqvim