reklam
USD
13 ℃
EUR
BAKI

YAP-dan İranda baş verənlərə MÜNASİBƏT

RƏSMİ / 04.01.2018 11:02
"İranda baş verən hadisələr onların daxili işidir. İran cəmiyyətinin kifayət qədər potensialı var ki, ölkəsinin problemlərini həll etsin. Biz hər hansı formada qonşu və dost ölkənin daxili işlərinə qarışmağın, bu və ya digər formada hansısa siyasi qüvvənin dəstəklənməsinin əleyhinəyik”.

Carci.tv xəbər verir ki, bunu "Report”a hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Aydın Mirzəzadə deyib.

O bildirib ki, hakim partiya İranın yaşanan problemlərdən qısa bir zamanda çıxacağına inanır: "İran qədim dövlətçiliyə malik olan ölkədir, Azərbaycanla mehriban qonşuluq münasibəti var. Arzu edirik ki, İranda tezliklə vətəndaş həmrəyliyi və stabillik əldə edilsin”.

YAP rəsmisi qeyd edib ki, İranda baş verənlər heç bir formada Azərbaycana təsir edə bilməz: "Biz qonşu ölkələr olsaq da, hər birimizin inkişafı fərqli mərhələlərdən keçib. Müstəqil olduğumuz 27 il ərzində bir-birimizin daxili işlərinə qarışmamışıq, eyni zamanda mehriban qonşuluq siyasəti üzərində münasibətlərimizi qurmuşuq. Azərbaycan daxili stabilliyi olan, daim inkişafını gücləndirən ölkədir, ölkəmiz qarşısında duran problemlərin həlli üçün dövrün tələblərinə cavab verən addımlar atır. Vaxtaşırı aparılan islahatlar həm siyasi, həm də iqtisadi sistemi dayanıqlı edir. Azərbaycan dünyada stabil və inkişaf edən ölkə kimi tanınır. Hansısa ölkənin daxilində gedən proseslər ilk növbədə həmin ölkənin özünün inkişaf səviyyəsindən irəli gəlir. Narazılıq nə səbəbdən baş verir, bunu həmin ölkənin rəsmiləri, təhlilçiləri daha yaxşı bilərlər. İranda baş verənlərin Azərbaycana heç bir formada təsiri ola bilməz. Azərbaycanın özünün inkişaf modeli var, ölkəmiz stabillik mexanizmini qurub”.

Qeyd edək ki, ötən ilin dekabrın 28-dən İranda etiraz aksiyaları keçirilir. Aksiyalar zamanı etirazçılarla hakimiyyətin təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmalar nəticəsində 27 nəfər ölüb.


Oxunub: 530






SON XƏBƏRLƏR

2026-03-06

16:03 Azərbaycan Prezidenti cənab İlham Əliyevin İranın Azərbaycana qarşı dron hücumu ilə bağlı çıxışından təsirlənərək MÜRACİƏT

Product image

03:52 Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

Product image

03:17 POEZİYA DƏQİQƏLƏRİ Elnarə BABAYEVA

Product image

03:05 Sürücülər

Product image

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Haqqımızda

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim