General göstəriş verdi, yol polisi hərəkətə keçdi - Azərbaycanda İLK
Cəmiyyət / 04.01.2018 17:20
Azərbaycanda ilk dəfə olaraq yol polisi rayonlardan Bakıya gələn bütün sərnişin avtobuslarını, eləcə də mikroavtobuslarla istirahətə gedən turistləri müşaiyət edib.
Yanvarın 3-də istirahət gününün sonuncu günü olduğu üçün yollarda yarana biləcək sıxlığı və təhlükəli vəziyyəti nəzərə alaraq DİN Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalov Yol-Patrul Xidməti Alayına ayrıca göstəriş verib. Göstəriş əsasında hava şəraiti ilə əlaqədar, habelə sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bütün istiqamətlərdə marşrut avtobusları patrul avtomobilləri ilə müşayiət olunublar.
Qeyd edək ki, belə hallar əvvəllər də baş verib. Lakin bu dəfə yol polisləri kütləvi şəkildə bu işə cəlb olunublar. Yol-Patrul Xidməti Alayının hər bir taqımının şəxsi heyəti öz ərazilərinə daxil olan avtobusları 8-10 maşından ibarət qrup halında müşaiyət edərək növbəti taqıma təhvil verib. Beləliklə, həmin avtobuslar növbəli şəkildə Sumqayıt şəhərinə, eyni zamanda, Bakının girşinə qədər müşaiyət olunub. Qarşıda patrul avtomobili olduğu üçün Bakı-Quba, Bakı-Qazax, Bakı-Şamaxı və Bakı-Astara yolu ilə hərəkət edən avtobuslar eyni sürət rejimində və bir cərgə üzrə tam təhlükəsiz şəkildə sərnişinləri mənzil başına çatdırıblar. Ən böyük yük isə yol polisinin Qaradağ, Saray və Zarat postlarının üzərinə düşüb. Hər iki istiqamətdə gün ərzində 200-dən artıq avtobus və mikroavtobus müşayiət olunara Bakıya yola salınıb.
Mikroavtobuslarla rayonlara səyahət edən xarici ölkə vətəndaşları, eləcə də yerli turistlər və sərnişinlər yol polisinin bu addımını müsbət qiymətləndiriblər. Elə sürücülər də təhlükəsizlik baxımından müşayiətlə hərəkəti üstün tutublar. Onlar bildiriblər ki, yol polisi onsuz da yollarda onlara hər zaman dəstək olur, kömək edir. Bu dəfə isə tam fərqli formada köməyə gəliblər.
Bir qrup xarici hərbçi qonağın olduğu avtobusu Qubaya qədər YPXA-nın 1-ci taqımının komandiri, mayor Ürfət Şükürov özü müşaiyət edib. Taqım komandiri daha sonra Bakıya gələn 9 avtobusu da müşaiyət edərək Xırdalan dairəsinə çatdırıb.
Yol polisinin gördüyü tədbirlər nəticəsində Bakınin giriş nöqtələrində hər hansı qəza, tıxac və digər xoşagəlməz hal baş verməyib. (avtosfer.az)
Oxunub: 274
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:19 Yağış yağacaq - PROQNOZ
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim