“Global Firepower”: Azərbaycan neft ehtiyatı ilə zəngin dünyanın 20-ci ölkəsidir
XƏBƏR / 04.01.2018 17:02
Azərbaycan neft ehtiyatı ilə zəngin dünyanın 20-ci ölkəsidir.
Bu barədə dünyanın neft ehtiyatına görə ən zəngin ölkələrinin yer aldığı "Global Firepower”in 2017-ci ilə dair hesabatında deyilir. Sıralamada Azərbaycan 7 milyard barrel neft ehtiyatı ilə 20-ci pillədə qərarlaşıb.
Siyahıya 300 milyard barrel neft ehtiyatı ilə Venesuela başçılıq edir. Üçlükdə 269 milyard barrel ehtiyatla Səudiyyə Ərəbistanı və 171 milyard barrellə Kanada qərarlaşıb.
İlk onluqda isə müvafiq olaraq 157,8 milyard barrel – İran, 143 milyard barrel – İraq, 104 milyard barrel – Küveyt, 98 milyard barrel - Birləşmiş Ərəb Əmirlikləri, 80 milyard barrel – Rusiya, 48,3 milyard barrel – Liviya, 37 milyard barrel – Nigeriya var.
ABŞ 36,5 milyard barrel neft ehtiyatı ilə 11-ci, Qazaxıstan 30 milyard barrellə 12-ci, Çin isə 25 milyard barrel ehtiyatla 13-cı sırada yer alıb.
Qeyd edək ki, Azərbaycanda bu günə dəqiqləşdirilmiş çıxarıla bilən neft-kondensat ehtiyatı 1,5 milyard ton, qaz ehtiyatı isə 2 trilyon 550 milyard kubmetr həcmindədir. Proqnozlaşdırılan neft ehtiyatı 2 milyard ton, qaz ehtiyatı isə 3 trilyon 450 milyard kubmetrdir. Başqa sözlə, Azərbaycanda bu günə dəqiqləşdirilmiş çıxarıla bilən karbohidrogen ehtiyatı neft ekvivalentində 4 milyard 50 milyon ton, proqnoz karbohidrogen ehtiyatı isə neft ekvivalentində 5 milyard 450 milyon tondur. Beləliklə, bizim ümumi karbohidrogen ehtiyatlarımız şərti yanacaqla 9,5 milyard ton həcmində qiymətləndirilir./Azərtac
Oxunub: 307
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:19 Yağış yağacaq - PROQNOZ
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim