Yolda hərəkəti iflic edən tikinti işləri nə vaxt bitəcək? - VİDEO
CANLI TV / 09.01.2018 11:33
Bakı Olimpiya Stadionunun qarşısında, Heydər Əliyev prospektində yeni avtomobil tunelinin tikintisi bu il ərzində başa çatacaq.
Bu barədə XəzərXəbər-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, tunelin inşasında məqsəd günün pik saatlarında metronun "Koroğlu" stansiyasının qarşısında yaranan tıxacı aradan qaldırmaqdır. Belə ki, Ziya Bünyadov prospekti istiqamətindən gələn və hava limanı istiqamətində gedən avtonəqliyyat vasitələri Böyükşor yol qovşağında yerləşən körpünün üzərinə qalxaraq oradan dövrə vurub, "Koroğlu” ostansiyasının qarşısından keçib düşərək hərəkət edirlər. Bu isə həmin ərazidə müəyyən qədər sıxlığa səbəb olur. Məhz o sıxlığın aradan qaldırılması üçün avtonəqliyyat vasitələrinin "Koroğlu” stansiyasının qarşısına düşmədən Ziya Bünyadov prospektindən birbaşa hava limanı istiqamətinə hərəkət edə bilməsi üçün yeni avtomobil tuneli inşa olunur.
Yeni avtomobil tuneli hazır olanda artıq avtomobillər "Koroğlu" stansiyasının qarşısından keçmədən birbaşa Ziya Bünyadov prospektindən Atletlər kəndi istiqamətinə, oradan da Bakı Olimpiya Stadionunun arxasında yerləşən yoldan və tuneldən istifadə etməklə hava limanı istiqamətinə hərəkət edə biləcəklər.
Tunelin ümumi uzunluğu 655 metr, qapalı hissəsinin uzunluğu isə 125 metr təşkil edəcək. Avtomobil tuneli hər biri 4.5 metr eni olan 2 hərəkət zolağından ibarət olacaq. Yeni tunelin ümumi eni isə 11.5 təşkil edəcək.
Tikinti işlərinin 2018-ci il ərzində yekunlaşması planlaşdırılır.
Qeyd edək ki, artıq bu gündən Böyükşor şosesi, Olimpiya Stadionunun qarşısı (metronun "Koroğlu" stansiyasına çatmamış), şəhər istiqamətində təmir-tikinti işləri ilə əlaqədar yolun 3 zolağı bağlanıb və nəticədə həmin istiqamətdə sıxlıq yaranıb.
Oxunub: 341
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:19 Yağış yağacaq - PROQNOZ
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim