reklam
USD
7 ℃
EUR
BAKI

Azərbaycanda bu avtomobillər 1500-4000 manata qədər bahalaşdı

Cəmiyyət / 10.01.2018 00:25
Azərbaycanda işlənmiş avtomobillərin qiymətində kəskin bahalaşma müşahidə edilir.

İli 1993-1999-cü il olan "Mercedes” markalı avtomobillərdə 1500-3500 manat arası bahalaşıb.

3 ay əvvəl buraxılış ili 1998-ci il olan "Mercedes” E 220 –nin satış qiyməti6500-7500arasında dəyişirdisə, hazırda bu avtomobilin qiyməti 10500-11500 arasındadır.

3 ay əvvəl buraxılış ili 1996-ci il olan "Mercedes” E 230 –nin satış qiyməti5500-6500olduğu halda, hazırda qiyməti 8500-9500 arasında dəyişir.

3 ay əvvəl buraxılış ili 1997-ci il olan "Mercedes” C 180–nin satış qiyməti6500-7500civarında idisə, hazırda qiyməti 8500-11500 arasında dəyişir.

3 ay əvvəl buraxılış ili 2007- ci il olan "Hyundai Sonata” satış qiyməti10 000-11500arasında dəyişirdisə, hazırda qiyməti13500-14500manatadır.

Bununla belə, "Opel”, "Nissan”, "KİA”, "Lada” (VAZ) markalı avtomobillərdə də bahalaşma qeydə alınıb.

Avtomobil alverçiləri qiymətlərin son 3 ayda artığını qeyd edir və buna səbəb kimi ehtiyat hissələrinin bahalaşmasını göstərirlər:

"Avtomobillərin ehtiyat hissələri ölkəyə çox baha gətirilir. Bununla belə, avtomobil yağları, təkərlərinin qiymətində də bahalaşma var. Avtomobil satışa hazır edilməsi üçün məcburi ehtiyat hissələri yeniləndiyi üçün qiymətlərdə bahalaşma müşahidə olunur. Yanvar ayının 1-dən tətbiq olunan idxal gömrük rüsumunun artımı avtomobillərin qiymətinə daha kəskin təsir göstərəcək”.

Mütəxxəsislər qiymətlərin bahalaşmasına baxmayaraq, bu sahədə durğunluğun da müşahidə edildiyini deyirlər: "Qiymətlər baha, alver isə yoxdur. Əvvəllər avtomobili olmayanlar, bazara tez-tez üz tuturdularsa, hazırda bazarda yalnız avtomobillərini barter edən, yaxud satıb, başqası ilə əvəzləyənlərə daha çox rast gəlinir”.

Qeyd edək ki, Azərbaycana gətiriləcək minik avtomobillərinə tətbiq edilən idxal gömrük rüsumu bu ilin yanvarın 1-dən artırılıb. Tətbiq edilən idxal gömrük rüsumu 2018-ci ilin yanvar ayının 1-dən 75%-ə qədər artırılıb. Nazirlər Kabinetinin qərarına əsasən mühərrik həcmi 1500 kubsantimetrdən böyük işlənmiş avtomobillər üçün hər 1 kubsantimetrə görə 1 dollar 20 sent, təzə avtomobillər üçün isə 70 sent idxal rüsumu alınacaq.


Oxunub: 398






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim