Sosial yardım alan ailələrin sayı 2 dəfə azaldı
İqtisadiyyat / 11.01.2018 09:48
Ötən il aparılmış köklü islahatlar nəticəsində pensiya sistemi qeyri-sığorta elementlərindən əsasən təmizlənib, sığorta-pensiya sisteminin öhdəlikləri ilə dövlət büdcəsinin öhdəlikləri bir-birindən tamamilə ayrılıb, fərdi uçot sistemində "açıq hesab” prinsipi tətbiq olunub və işləyən pensiyaçılara hər 72 aydan bir fərdi hesablarında yığılmış vəsaitlərdən istifadə edərək pensiyalarını artırmaq imkanı verilib.
XəzərXəbərxəbər verir ki, bunu yanvarın 10-da Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. Nazirin sözlərinə görə, altı ay ərzində 17 min 430 nəfər işləyən pensiyaçı bu hüquqdan istifadə edib və onların aylıq pensiyasının artımı orta hesabla 146 manat olub ki, bu da hər ay onlara 2,5 milyon manat əlavə vəsaitin ödənilməsi deməkdir. "Məşğulluq imkanlarının genişlənməsi, xüsusilə də regionlarda əhalinin kənd təsərrüfatı işlərinə geniş cəlb olunaraq gəlir əldə etmək imkanlarının güclənməsi ünvanlı sosial yardım proqramına müraciətlərin sayını azaldıb. 2017-ci ilin əvvəlində 159,5 min ailə ünvanlı sosial yardım alırdısa, ilin sonuna belə ailələrin sayı iki dəfə azalaraq 80 min, il ərzində orta aylıq sayı 116 min olub, müraciətlərin sayı isə ilin əvvəlinə nisbətən dörd dəfə azalıb. İl ərzində bu məqsədlərə büdcədən 215 milyon manat vəsait xərclənib"-deyən Nazir bildirib ki, 2017-ci ildə 483 min nəfərə aylıq və birdəfəlik sosial müavinət, 60 min nəfərə isə Azərbaycan Respublikası Prezidentinin təqaüdləri ödənilib. Bu məqsədlərə sərf edilmiş 371 milyon manat 2016-cı ilin göstəricisindən 9,3 faiz çoxdur. Nazir bildirib ki, il ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərdən və şəhid ailələrindən 315 nəfər mənzil və fərdi evlə təmin olunub ki, bu da son beş ilin ən yüksək göstəricisidir: "Eyni zamanda, əlilliyi olan şəxslərə 33 min ədəd protez-ortopedik məmulat və reabilitasiya vasitəsi, tibbi göstərişi olan əlillərə 1193 ədəd əlil arabası verilib, 39,8 min nəfərə bərpa xidməti göstərilib", - deyə nazir əlavə edib.Oxunub: 304
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
09:19 Yağış yağacaq - PROQNOZ
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim