reklam
USD
4 ℃
EUR
BAKI

"Şahdəniz-2" çərçivəsində qaz hasilatının başlanılması tarixi açıqlanıb

İqtisadiyyat / 14.01.2018 12:19
Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz-2” yatağından ilk təbii qaz hasilatına bu il sentyabrın 20-də başlanması nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bu barədə "Natural Gas World”ə SOCAR-dan bildirilib. Qeyd edilib ki, yataqdan ilkin mərhələdə az həcmdə qaz hasil olunacaq və 2019-cu ildə "Şahdəniz-2” layihəsi çərçivəsində əlavə 2 milyard kubmetr təbii qaz çıxarılacaq.

Qeyd edək ki, "Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunacaq qaz Avropa ölkələrinə "Cənub Qaz Dəhlizi” vasitəsilə nəql ediləcək. Layihə dörd hissədən ibarətdir. Birinci hissə "Şahdəniz” qaz yatağıdır. İkinci hissə Azərbaycanı Gürcüstanla birləşdirən Cənubi Qafqaz ixrac qaz boru kəmərinin genişləndirilməsidir. Üçüncü mühüm hissə Trans-Anadolu (TANAP) təbii qaz boru kəməri layihəsidir. Dördüncü hissə isə Azərbaycan təbii qazının Avropaya çatdırılmasına imkan yaradacaq "Trans-Adriatik” (TAP) boru kəməridir.

Yatağın tammiqyaslı işlənməsi və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) üzrə işlər artıq başa çatdırılır. "Şahdəniz-2” layihəsi çərçivəsində yataqda 15-ci quyu qazılır. Altı quyu tamamlanıb, daha bir quyu tamamlanmaq üzrədir. "Şahdəniz-2” layihəsi çərçivəsində yataqda ümumilikdə 26 quyu qazılacaq. TANAP-ın inşası bu il, TAP-ın tikintisi isə 2019-cu ildə qurtaracaq. "Cənub Qaz Dəhlizi” ilə ildə 16 milyard kubmetr "Şahdəniz” qazı ixrac ediləcək. Bunun 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Avropa ölkələrinə çatdırılacaq. "Cənub Qaz Dəhlizi”nin nəqletmə gücü sonralar ildə 31 milyard kubmetrə qədər artırılacaq.


Oxunub: 376






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim