reklam
USD
8 ℃
EUR
BAKI

Səfirimiz sənədlərini prezidentə təqdim etdi

RƏSMİ / 15.01.2018 09:12
Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov etimadnaməsini bu ölkənin prezidenti Kolinda Qrabar-Kitaroviçə təqdim edib.

Xarici İşlər Nazirliyindən Carci.tv-aə verilən məlumatına görə, rəsmi təqdimetmə mərasimindən sonra keçirilən görüş zamanı F.Qurbanov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını prezident K.Grabar-Kitaroviçə çatdıraraq, ona tapşırılan məsuliyyətli vəzifədə iki ölkə arasında strateji səviyyədə olan əlaqələrin yüksələn xətlə inkişafı üçün çalışacağını bildirib.

F.Qurbanov Ümumdünya EXPO-2025 sərgisinə ev sahibliyi etmək üçün Bakı şəhərinin namizədliyinin irəli sürüldüyünü qeyd edərək, 2018-ci ilin noyabr ayında keçiriləcək səsvermədə Xorvatiyanın Azərbaycanı dəstəkləməsini xahiş edib. Səfir 1-ci Avropa Oyunları, 4-cü İslam Həmrəyliyi Oyunları, "Formula-1" və digər bu qəbildən olan beynəlxalq tədbirlərə ev sahibliyi etmiş Azərbaycanın Ümumdünya EXPO-2025 kimi mötəbər və nüfuzlu tədbirə sahiblik etmək üçün lazım olan təcrübəyə malik olduğunu vurğulayıb.

Bununla yanaşı, qeyd olunub ki, 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunması ilə əlaqədar Xorvatiyada da bir sıra tədbirlərin təşkili nəzərdə tutulur.

Səfir F.Qurbanov əlavə olaraq diqqətə çatdırıb ki, Zaqreb şəhərində Azərbaycan yazıçısı Qurban Səidin dünya bestselleri olan eyniadlı romanı əsasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən ekranlaşdırılan "Əli və Nino” filmi nümayiş etdirilib və xorvat tamaşaçıları tərəfindən maraqla qarşılanıb.

Sonda səfir "Əli və Nino” kitabının xorvat dilinə tərcümə olunmuş nüsxəsini prezident K.Grabar-Kitaroviçə təqdim edib.


Oxunub: 465






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim