Oxuduğu universitet və ixtisasını dəyişmək istəyən tələbələrin NƏZƏRİNƏ - VİDEO
CANLI TV / 17.01.2018 11:19
Fevralın 1-dən etibarən tələbələrin bir ali məktəbdən digərinə, eləcə də bir ixtisasdan digərinə köçürülməsinə başlanılır. Tələbələrin müraciəti fevralın 7-ə qədər davam edəcək. Bu ilki qaydalarda bir sıra dəyişikliklər edilib. Əsas dəyişikliklərdən biri magistrlara da bu şansın verilməsi ilə bağlıdır.
Fevralın 1-dən etibarən tələbələrin bir ali məktəbdən digərinə köçürülməsi,eləcə də ixtisaslarının dəyişdirilməsi məqsədilə elektron sənəd qəbuluna başlanılacaq. Tələbələr fevralın 7-ə qədər transfer.edu.az saytına daxil olaraq sənədlərini yükləməlidirlər. Bundan sonra fevralın 15-ə qədər köçürülmək istəyən tələbələrin sənədləri araşdırılaraq onların müraciətinə cavab veriləcək.
Qaydalara əsasən tələbənin köçürülmək istədiyi ixtisaslar Dövlət Imtahan Mərkəzi tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır. Bundan əlavə Dövlət Imtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarinda tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından çox olmalıdır.Bu ildən etibarən edilmiş dəyişikliyə əsasən bir sıra hallarda bal məhdudiyyəti tətbiq edilməyəcək
digər bir Yenilik isə magistr pilləsində təhsil alanlarla bağlıdır.
Qaydalara görə ixtisaslarını və ali məktəblərini dəyişən tələbələr sonradan bundan imtina edə bilməyəcəklər. Bu şans onlara yalnız bir dəfə verilir.Daha bir məqam ondan ibarətdir ki,dövlət sifarişi əsasında təhsil alanlar, yalnız bir halda oxuduqları təhsil ocağını dəyişərlərsə yalnız bir halda təhsillərini ödənişsiz əsaslarla davam etditə bilərlər.
Bundan əlavə ixtisasını yaxud oxuduğu ali məktəbini dəyişənlər seödikləri məktəbin müəyyənləşdirdiyi təhsil haqqını ödəməlidirlər. Ödənişli əsaslarla oxuyan tələbələr ixtisaslarını dəyişdikləri halda yeni ixtisasın ödənişi çox da ola bilər, az da.
Əyani və ya qiyabi təhsil formasını dəyişən tələbələr eyni ixtisas olsa belə köçürülərkən onların topladıqları ballarla köçürülmək istədikləri təhsil formasının balı müqayisə edilir. Bu ilki yeniliklərdən biri də tələbələrin köçürülmək istədikləri ixtisaslarda say məhdudiyyətinin tətbiq edilməməsidir.
Oxunub: 371
25.08.2026
22:52 Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
22:38 Buxara şəhərində “Ark” qalası ilə tanışlıq
08.08.2026
17:40 Deputat:
17:14 Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR22:52 Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
22:38 Buxara şəhərində “Ark” qalası ilə tanışlıq
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim