Özbəkistanın kun.uz portalı 20 Yanvar faciəsindən yazıb
XƏBƏR / 19.01.2018 09:08
Daşkənddəki kun.uz portalının səhifəsində "20 Yanvar böyük faciədir, bununla bərabər Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir” sərlövhəli geniş məqalə yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, 1990-cı il yanvarın 20-dən 28 il keçir və bu tarix Azərbaycanın müstəqillik, azadlıq və ərazi bütövlüyünün simvoludur.
Yazıda bildirilir ki, 20 Yanvar günü Azərbaycan Prezidenti İlham Əliyev, hökumətin və parlamentin üzvləri, diplomatik korpusun nümayəndələri, vətəndaşlar, məktəblilər Şəhidlər xiyabanına gələrək Vətən uğrunda canlarını qurban verən insanları yad edir, ölkənin bütün rayon və kəndlərində mərasimlər keçirilir.
Məqalədə qeyd olunur ki, yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ-nin rəhbəri Mixail Qorbaçovun əmri ilə Bakıya qoşun yeridilib, günahsız insanlar qətlə yetirilib, çoxlu insan yaralanıb.
Vurğulanır ki, o vaxt Moskvada yaşayan ulu öndər Heydər Əliyev faciədən bir gün sonra Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək, başda Mixail Qorbaçov olmaqla, bu qanlı faciəni törədənləri ittiham edib, qırğının məsuliyyətini onların üzərinə qoyub.
Qeyd olunur ki, 1994-cü il martın 29-da Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Milli Məclisi 20 Yanvar faciəsi ilə bağlı Qanun qəbul edib, faciəyə siyasi-hüquqi qiymət verilib və günahkarların adları açıqlanıb.
Oxunub: 306
25.08.2026
22:52 Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
22:38 Buxara şəhərində “Ark” qalası ilə tanışlıq
08.08.2026
17:40 Deputat:
17:14 Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR22:52 Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
22:38 Buxara şəhərində “Ark” qalası ilə tanışlıq
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim