Ankaradan Bakıya əsas: Qarabağ əməliyyatı başlaya bilər…
RƏSMİ / 23.01.2018 12:13
Artıq dörd gündür ki, Türkiyə Azad Suriya Ordusunun iştirakı ilə Suriyanın Afrin şəhərində YPG terrorçularına qarşı "Zeytun budağı” adlı əməliyyata başlayıb. Türkiyə sərhədləri boyunca milli təhlükəsizliyinə təhdid yaradan terror təhlükəsinin qarşısını almağı və özü üçün tampon bölgə yaratmağı qarşısına məqsəd qoyub.
Bəs, Azərbaycan qardaş ölkənin təcrübəsindən yararlanaraq Dağlıq Qarabağda hərbi əməliyyatlara başlaya bilərmi?
Sabiq dövlət müşaviri Qabil Hüseynli Axar.az-a açıqlamasında Türkiyənin təcrübəsindən yararlanmağın faydalı ola biləcəyini düşünür:
"Türkiyə öz sərhədlərinin təhlükəsizliyini əsas gətirərək, Afrində anti-terror tədbirləri aparırsa, Azərbaycanın Qarabağda hərbi əməliyyatlara başlamağıa ikiqat haqqı var. Bu nöqteyi-nəzərdən Azərbaycanın daha üstün hüquqları var. Beynəlxalq ictimai rəy də torpaqlarımızın Ermənistan tərəfindən işğal edildiyini birmənalı qaydada təsdiqləyir. ATƏT faktiki sülhyaratma prosesinin öhdəsindən gələ bilmir və təklif etdiyi müddəalar Bakı üçün məqbul sayıla bilməz. Üstəlik, təcavüzkara qarşı hər hansı sanksiya, təzyiq metodlarından istifadə edilmir. Belə bir şəraitdə Azərbaycan sülh danışıqlarının yalnız Ermənistana vaxt qazandırdığını əsas gətirərək və lazımı dövlətlərə xəbərdarlıq edərək öz ərazilərini azad etmək məqsədilə Qarabağda hərbi əməliyyatlara başlaya bilər. Bu, kimlər tərəfindənsə etirazla qarşılansa belə, hər hansı bir hüquqi məsuliyyət yaratmır. Türkiyənin Afrinə girməsi Fransanın təklifi ilə BMT TŞ-də müzakirə edildi. Ancaq Azərbaycanın bu addımı heç bir beynəlxalq təşkilatda müzakirə edə bilməz. Çünki Azərbaycan BMT-nin əsasnaməsinə uyğun olaraq hərəkət etmiş olacaq. Hadisələrin gedişatı da göstərir ki, bu yol məsələnin həllində ən real variantdır”.
Politoloq Elxan Şahinoğlu da hesab edir ki, Azərbaycanın Türkiyə təcrübəsindən istifadəyə haqqı çatır:
"Fikir verin, Rusiya Türkiyə ordusunun Suriyadakı hərbi əməliyyatına faktiki gözünü yumub, vəziyyətin bu həddə çatmasında Amerikanı ittiham edir. Radikal kürdlər isə Moskvanı xəyanətdə ittiham edirlər. Yəni tam Türkiyəyə uyğun bir durumdur. Türkiyə qonşu dövlətdə təhlükəsizliyini artırmaq üçün hərbi əməliyyat həyata keçirdiyi halda biz niyə öz ərazimizdə eyni hərbi əməliyyatlara başlayıb, işğala qon qoymayaq? Türkiyə həyata keçirdiyi hərbi əməliyyatdan əvvəl fəal diplomatik təmaslara baş vurdu. Moskva, Vaşinqton, Tehran və digər paytaxtlara hərbi əməliyyatın məqsədi izah edildi, razılıq alındı və düyməyə basıldı. Bizim qonşular da Azərbaycan ordusunun öz torpaqlarında hərbi əməliyyatına mane olmamalıdır və bu istiqamətdə diplomatik danışıqları davam etdirməliyik. Bunun üçün qardaş dövlətdə olduğu kimi Azərbaycan XİN-lə Müdafiə Nazirliyi birgə çalışmalı, ortaq strategiya formalaşdırmalıdırlar”.
Oxunub: 310
25.08.2026
22:52 Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
22:38 Buxara şəhərində “Ark” qalası ilə tanışlıq
08.08.2026
17:40 Deputat:
17:14 Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR22:52 Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
22:38 Buxara şəhərində “Ark” qalası ilə tanışlıq
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim